Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7679/2021 10.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi» tələbinə iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" istehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, 74-cü məhəllə, 116B saylı evə tərtib olunmuş ******* saylı, 17 may 2021-ci il tarixli akt əsasında əsassız olaraq hesablanmış 216 manat borcun, sayğacın dəyəri olaraq hesablanmış 185,73 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, 74-cü məhəllə, 116B saylı evin sahibidir. Onun ünvanında qaz sayğacı plastik kartladır. 11,08.2020-ci il tarixdə "xxxx" istehsalat Birliyinin işçiləri tərəfindən ünvanında quraşdırılmış qaz sayğacı dəyişdirərək yenisi ilə əvəz edilmişdir. Bu barədə akt tərtib olunmuşdur. 17 may 2021-ci il tarixdə cavabdehin əməkdaşları onun evinə məxsus sayğacda yoxlama keçirmişdir. Həmin yoxlamada o özü də iştirak etmişdir. Daha sonra xəbəri olmuşdur ki, onlar həmin tarixdə ona ******* saylı akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, sayğacın klapanı işlək deyil, sayğacın maqnit ötürücü dişli çarxı kəsici alətlə kəsilmiş və Alarm-1 rejimi aşkarlandığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Aktda onun imza etməkdən imtina etdiyi göstərilmişdir. Sonra da ona 185,73 manat borc yazılmışdır “Azəriqaz" istehsalat Birliyinin işçilərinin qanunsuz hərəkətləri nəticəsində o ziyan çəkmişdir . Hesab edir ki, cavabdehin onun üzərinə qoyduğu borc əsassızdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd etdiyi kimi zərər vurmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməlləri sübuta yetirilməyənəcən üzərinə məsuliyyət qoyula bilməz. Məhkəmənin nəzərinə çatdırır ki, həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bır məntiqə sığmır. Çünki qaz sayğacı onun evində yox, blokda yerləşir. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır və əsassız olaraq ona 185,73 manat borc hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddianın əsassız olduğunu bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17.05.2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, 74-cü məhəllə, 116B saylı evə quraşdırılmış sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil, sayğacın maqnit ötürücü dişli çarxı kəsici alətlə kəsilmiş və Alarm-1 rejimi aşkarlandığından sayğac istismara yararsızdır. İş materiallarında olan 18.05.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, 74-cü məhəllə, 116B saylı evə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, 74-cü məhəllə, 116B saylı evə 216 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 01/01MS-11-736 nömrəli, 16.06.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, 74-cü məhəllə, 116B saylı evdən çıxarılmış sayğacın klapanı işlək deyil, sayğacın maqnit ötürücü dişli çarxı kəsici alətlə kəsildiyinən və Alarm-1 rejimi aşkarlandığından sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 185.73 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia təmin olunmalı “Təbii X2n pozulması haqqında” 11.08.2021-ci il tarixli, ******* №-li Akta əsasən qeyd edilən 216 manat borc və sayğacın dəyərinə görə hesablanmış 185.73 manat borc silinməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, 116B saylı evə (abunə kodu: **********00002) “Təbii X2nın pozulması haqqında” 17.05.2021-ci il tarixli, ******* №-li akt əsasında 18.05.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə hesablanmış 216 manat borc və sayğacın dəyərinə görə hesablanmış 185.73 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-7679/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7679/2021
10.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver