Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7697/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı vəkili X5 və Cavabdeh5ə Vəli qızının iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakın faktiki qəbul edilmə faktının müəyyən edilməsi və vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınmasına dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilərək miras əmlak olan ünvan 1 ünvanda yerləşən 0.1637 ha torpaq sahəsinin ¼ pay hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X11 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh5 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 20 saylı Dövlət Notariat Kontorunu cavabdehlər qismində işə cəlb olunmmasnı xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 27.10.2021-ci il tarixli qərardadı ilə Cavabdeh4, Cavabdeh5 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 20 saylı Dövlət Notariat Kontorunu cavabdehlər qismində işə cəlb olunmuşdur. iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilərək miras əmlak olan ünvan 1 ünvanda yerləşən 0.1637 ha torpaq sahəsinin ¼ pay hissəsinə vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri, Novxanı bağ massivinin 436 nömrəli ünvanında yerləşən bağ sahəsi olan miras əmlakının faktiki qəbul edilməsi və Cavabdeh5 adına verilmiş ********** qeydiyyat nömrəli 17.09.2019-cu il tarixli reyestrdən çıxarışın ləğv edilərək, həmin əmlaka ¼ payda mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X11 məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək göstərmişdir ki, İddiaçı digər vərəsələr kimi X2nun birinci dərəcəli qanuni vərəsəsi olmaqla doğma qızıdır. X2 08.10.1994-cü ildə vəfat etmişdir. Anası isə 1987-ci ildə vəfat etmişdir. X2 vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən 0.1637 ha torpaq sahəsi olan bağ sahəsi miras qalmışdır. Azərbaycan Respublikası ƏMDK yanlnda DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı qeydiyyat nömrəsi ********** olan 04.05.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi sözügedən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının atası H.Məmmədovun adına qeydiyyatdan keçmişdir. İddiaçının atası vəfat etdikdən sonra ondan miras qalmış, ünvan 3 ünvanda yerləşən 0.1637 ha torpaq sahəsi olan bağ sahəsindən 2002-ci ilədək gedib gəlmiş, həmin bağ sahəsindən ata mülki kimi istəyinə uyğun istifadə və sahiblik etmiş. əkin işləri aparmış, bağ sahəsini səliqə sahmana salmışdır. İddiaçı həmin bağ sahəsinə su xətti çəkdirərək içməli su ilə təmin etmişdir. Bir sözlə iddiaçının atası vəfat edənədək və vəfat etdikdən sonra həmin miras əmlakı faktiki olaraq qəbu etmiş və istifadə sahiblik hüquqlarını həyata keçirmişdir. Lakin 2014-cü ildən sonra cavabdehlərlə aralarında sözsöhbətlər yaranmış və cavabdehlər konkret olaraq iddiaçını bağa buraxmadılar və qanunsuz olaraq bağın qapısını qıfılladılar. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, Novxanı bağ massivinin 436 nömrəli ünvanında yerləşən bağ sahəsi olan miras əmlakının faktiki qəbul edilməsi və Cavabdeh5 adına verilmiş ********** qeydiyyat nömrəli 17.09.2019-cu il tarixli reyestrdən çıxarışın ləğv edilərək, həmin əmlaka ¼ payda mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə qət etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh5ə Vəli qızı iddia tələbini qəbul etməyərək göstərdi ki, hazırda sözügedən torpaq sahəsi onun adına olmaqla, Elmira, Firəngiz və onun payları 1/3 hissədə müəyyən edilmişdir. İddiaçı 2009-cu ildən paralic olub və həmin vaxt bir mddət gəlib bağda yaşamışdır. Bağ evidi ora gəlib gedilməsinə iddiaçıya heç kim məhdudiyyət qoymur. Lakin onun pay tələb etməsi əsassızdır. Çünki onun həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. Belə ki, Səlimə ailə həyatı qurub başqa ünvanda yaşamışdır. Lakin Səlimənin bacıları olan Firəngiz və Elmira ailə həyatı qurmamış və onlar bir yerdə həmin bağ evində yaşamış və qaynatası rəhmətə gedəndən sonra onlar bağ evində yaşayıb, qeydiyyatları olduğu üçün payları müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügedən bağ evində qeydiyyatda yalnız onların ailə üzvləri olmuşdur. Heç bir sənəddə Səlimənin adı qeyd edilməmişdir. Hazırda o, bacısı Elmira ilə sözügedən bağ evində yaşayır. 1999-cu ilin noyabr ayında özəlləşmə olub. Özəlləşmə zamanı heç kim onlardan Səlimə ilə bağlı heç nə soruşmamışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh4 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Ataları Hüseyn 1987-ci ildə sözügedən torpaq sahəsini almışdır. Atası öləndən sonra qardaşı tərəfindən torpaq vergisi ödənməyə başlamışdır. 1994-cü ildə isə hər şey qardaşının adına keçmişdir. Qardaşı rəhmətə gedəndən sonra sözügedən torpaq sahəsi bacısı Firəngiz və gəlinləri Gülnarənin payı 1/3 hissədə müəyyən olunmuşdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhər 20 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi X11, Cavabdeh5ə Vəli qızı, Cavabdeh1, Cavabdeh4 izahatlarını dinləyərək, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İ N-621344 saylı “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 28.08.1994-cü il tarixdə ölmüşdür. İş materialalrında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən RX seriyalı, N-0179223 saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 saylı, 0,1637 ha ölçüdə olan torpaq sahəsi 04.05.2013-cü il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ N-631508 saylı, 17.03.1964-cü il tarixli, “doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X7 02.12.1951-ci il tarixdə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X13 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş 20.06.2000-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 28.08.1994-cü ildə ölmüş X6 əmlakının vərəsələrinin Bakı şəhəri, Biləcəri qəsəbəsi, 4-cü M.Mikayılov döngəsi, ev 8/16-da yaşayan oğlu Cavabdeh2, Bakı şəhəri, 4-cü M.Mikayılov döngəsi, ev 8-də yaşayan Cavabdeh4, Cavabdeh1 hissələrdə irs almalıdırlar. Şəhadətnamənin verildiyi vərəsəlik əmlakı: X6 adına olan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, ev 8/16-da yerləşən, yaşayış sahəsi 52,0 kv.m. ümumi sahəsu 57,5 kv.m olan 3 otaqdan ibarət yaşayış evidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş İV-JQ N-262997 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 28.01.1987-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Cavabdeh2 atası mərhum X4 1964-cü ildən vəfat edən günədək yəni 28.08.1994-cü ilədək Biləcəri qəsəbəsi, 4-cü döngə, Mikayıl Mikayılov küçəsi, 8/16 saylı evdə yaşamışdır və həqiqətən vəfat edən zaman onun həmin ünvanda Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 ilə birlikdə yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş AZ N-631047 saylı, 19.02.1964-cü il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1954-cü il tarixdə Xızı rayonu, Giləzi kəndində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X13 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş Cavabdeh2 20.07.2000-ci il tarixli ərizəsinin surətindən görünür ki, atası X4 28.08.1994-cü ildə vəfat etmişdir. Atasından qalan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, döngə 4, 8/16 nömrəli evə dair qanun üzrə irs almaq hüququna dair ona şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş 20.04.1952-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1952-ci il tarixdə Xızı rayonu, Giləzi kəndində anadan olmuş, ata qrafasında X4, ana qrafasında X13 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş Cavabdeh1 20.07.2000-ci il tarixli ərizəsinin surətindən görünür ki, atası X4 28.08.1994-cü ildə vəfat etmişdir. Atasından qalan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, döngə 4, 8 nömrəli evə dair qanun üzrə irs almaq hüququna dair ona şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş Cavabdeh4 20.07.2000-ci il tarixli ərizəsinin surətindən görünür ki, atası X4 28.08.1994-cü ildə vəfat etmişdir. Atasından qalan Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, döngə 4, 8/16 nömrəli evə dair qanun üzrə irs almaq hüququna dair ona şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayılov küçəsi, döngə 4, 8/16 nömrəli ev X1 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər 20 saylı Dövlət Notariat Kontorunun 2B-49 saylı notariat işinə əlavə edilmiş 18.05.2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 28.08.1994-cü ildə ölmüş X6 əmlakının vərəsələri Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 4A-da qeydiyyatda olan oğlu Cavabdeh2, qızları Cavabdeh4 və Cavabdeh1 bərabər paylarda miras almalıdırlar. Şəhadətnamənin verildiyi miras əmlakı: Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən reyestr kitabı 66, vərəq 3, qeydiyyat nömrəsi ********** olan 04.05.2013-cü il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 ünvanında yerləşən 0,1637 ha torpaq sahəsi olan bağ sahəsindən ibarətdir. İş materiallarında olan AZ-İ № 773154 saylı, 26.09.2015-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 23.09.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 18.05.2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 28.08.1994-cü ildə ölmüş X6 vərəsələri bunlardır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 4A-da qeydiyyatda olan Cavabdeh2, qızı Cavabdeh4, Cavabdeh1 bərabər paylarda şəhadətnamə verilən miras əmlak: Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən reyestr kitabı 66, vərəq 3, qeydiyyat nömrəsi ********** olan 04.05.2013-cü il tarixli çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 ünvanında yerləşən 0.1637 ha torpaq sahəsi olan bağ sahəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat Ofisinin 04.11.2021-ci il tarixli, 348 nömrəli məktubundan görünür ki, İddiaçı adından Bakı şəhəri, 20 saylı notariat ofisində miras əmlaka dair heç bir vərəsəlik işi açılmamışdır. İş materiallarında olan 07.12.2019-cu il tarixli, “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh4 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 ünvanında yerləşən ümumi sahəsi 0.1637 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan hissəsini Cavabdeh5 bağışlamışlar. İş materialalrında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət Reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 436 saylı, 0,1637 ha ölçüdə olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında 1/3 hissədə Cavabdeh4, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə, 17.09.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 30.07.2013-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 Hüseyn qızı Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, ev 4A-da qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 30.07.2013-cü il tarixli arayışından görünür ki, Cavabdeh4 Bakı şəhəri, Bakıxanov küçəsi, A.Alı küçəsi, ev 9, mənzil 5-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № 10734779 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, Döngə 5, ev 23-də qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Sözügedən Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyriformal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir. Yəni vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. Qanunun mənasına görə vərəsə tərəfindən miras kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Mirasın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion” (sübutetmə yükü 6 təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı valideynlərinin öldüyü vaxtı və atasının mülkiyyətində mübahisə predmeti olan fərdi yaşayış evinin olduğunu bilmişdir. Lakin, o, mirasın açıldığı vaxtdan, yəni atası X16 öldüyü 08 oktyabr 1994-cü il tarixdən vərəsə kimi mirasın açıldığı yer üzrə notariat kontoruna mirası kütləsinin (mübahisə predmeti olan fərdi yaşayış evinin) qəbul edilməsi barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, əmlakı idarə etməyə faktik başlamamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Nəticədə iddiaçı mülki qanunvericiliyə əsasən mirasın qəbuletmə müddətini ötürmüş və mirasın açıldığı gündən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçı ərizəsində atasına məxsus bağ evini faktiki istifadə və sahiblik etdiyini qeyd etsə də, bu hal miras əmlakın qəbul edilməsinə dəlalət etmir. Çünki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda isə vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin qeyd edilməlidir ki, mübahisəli miras əmlak 18 may 2013-cü il tarixdə mərhum Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 birgə mülkiyyəti kimi qeydə alınmış, bundan sonra, 18 may 2013-cü il tarixdə onlar miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışlar. Bundan sonra, 07 dekabr 2019-cu il tarixli bağışlanma müqaviləsi əsasında Cavabdeh4 və Cavabdeh1 torpaq sahəsini 07 dekabr 2019-cu il tarixdə öz paylarını Cavabdeh5 bağışlamışlar. İş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh2 23.09.2015-ci il tarixdə ölmüşdür. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 20 saylı Dövlət Notariat Kontoruna qarşı “Sumqayıt şəhəri, Novxanı bağ massivinin 436 nömrəli ünvanında yerləşən bağ sahəsi olan miras əmlakının faktiki qəbul edilməsi və Cavabdeh5 adına verilmiş ********** qeydiyyat nömrəli 17.09.2019-cu il tarixli reyestrdən çıxarışın ləğv edilərək, həmin əmlaka ¼ payda mülkiyyət hüququnun müəyyən olunması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən tələb üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu X8 özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-7697/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7697/2021
01.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver