Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7700/2021 14.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçinın Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 12.04.2001-ci ildə Sumqayıt şəhərində doğulmuş X5 oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 12.04.2001-ci il təvəllüdlü, Sumqayıt şəhərində doğulmuş oğlu X5 oğlu 1-ci qrup əlildir. O, «ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozğunluğu» diaqnozu ilə xəstəlikdən əziyyət çəkir və SRƏDdə və 2 saylı Sumqayıt şəhər Poliklinikasında qeydiyyatdadır. Xəstə kimi onun kənar qulluğa ehtiyacı olmaqla öz hərəkətlərinə rəhbərlik və özünü idarə edə bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş maraqlı şəxsin nümayəndəsi ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan: İ-MЮ seriyalı 695649 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 oğlu 12.04.2001-ci ildə Moskva şəhərində anadan olmuş, atası Ərizəçi, anası X1r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 408 saylı arayışdan görünür ki, X5 oğlu “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozğunluğu” diaqnozu ilə poliklinikada dispanser qeydiyyatındadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə verilən arayışdan görünür ki, X5 oğlu həqiqətən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional ərazi filialında 28.05.2021-ci il tarixdən müddətsiz 1-ci qrup əlilliyə görə müavinət, 1-ci qrup əlilliyə görə sosial müavinət alan bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan kimi qeydiyyatdadır və təqaüdün məbləği 150,00 manat (bir yüz əlli), müavinətin məbləği 130,00 manat (bir yüz otuz) təşkil edir. Məhkəmə tərəfindən 13.09.2021-ci il tarixdə X5 oğlu barəsində məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsi tərəfindən verilmiş 21.10.2021-ci il tarixli, 3438 saylı rəyindən görünür ki, X5 oğlunda ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X5 oğlu öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X5 oğlunun onda müəyyən edilən ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixo-nevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi X5 oğlunun atasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, X5 oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Odur ki, X5 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12.04.2001-ci il tarixdə anadan olmuş X5 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7700/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7700/2021
14.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver