Məhkəmə qərarları › İş №2(060)-7759/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7759/2021

16.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7759/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi X6 Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə qarşı «müqavilənin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi arasında mübahisəli torpaq sahəsinin üzərində yerləşən 16,6 kv.m, icarəyə verilmiş dövlət əmlakının satılmasına dair bağlanmış 18.03.2016-cı il tarixli 6015 nömrəli müqavilə etibarsız sayılmalı, Cavabdeh1 Azərbaycan Respublikası Əmiak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01.04.2016-cu il tarixli, № ********** saylı çıxarış və bununla bağlı Cavabdeh1 dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi, və Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX, № ********** saylı çıxarış (qeydiyyat tarixi 21.05.2016) və bununla bağlı Cavabdeh1 dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 vəsatətlə müraciət edərək, əsl cavabdeh olmayan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi X6 Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyini ilə əvəz edilməsini xahiş etmiş, iş üzrə 01.11.2021-ci il tarixli qərardadla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi X6 Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi əsl cavabdeh olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 vəsatətlə müraciət edərək, əsl cavabdeh olmayan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə əvəz edilməsini xahiş etmiş, iş üzrə 01.12.2021-ci il tarixli qərardadla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi əsl cavabdeh olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək göstərmişdir ki, Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09 aprel 2004-cü il tarixli, 111 saylı qərarı ilə İddiaçı Bələdiyyə ilə 99 il müddətinə 12 may 2004-cü il tarixli 104 nömrəli "Torpaq sahəsinin icarəyə verilməsi haqqına” müqavilə bağlamışdır. Müqavilə Sumqayıt-Novxanı dəniz kənarı yolu ərazisində əhaliyə müxtəlif növ xidmət göstərilməsi məqsədilə bağlanmışdır. Müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, icarəçi 2.100 00 X 99 =207.900 000 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin məbləğin bir hissəsi İddiaçı tərəfindən ödənilmiş və müqavilənin şərtlərinə heç bir dəyişiklik edilməmişdir. Bir müddət əvvəl Bələdiyyə həmin sahənin qalan icarə haqqının ödənilməsini təklif etmiş və iddiaçı vəsaitin Bələdiyyənin hansı hesabına ödənilməsinə dair bildiriş verilməsini xahiş etmişdir. Bələdiyyə 04 aprel 2018-ci li tarixli məktubla icarə haqqı ödənilməzsə müqaviləyə xitam verilməsi barədə məhkəməyə müraciət olunacağı bildirmişdir. Qeyd olunan məsələyə aydınlıq gətirilən zaman bəlli olmuşdur ki, Sumqayıt Novxanı dəniz kənarı yolun iddiaçıya verilən ərazisi başqa şəxslərə verilmiş və onların hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmışdır. Bundan sonra, iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edilərək icarəsində olan torpaq sahəsinin kimə və hansı sənədlərə əsasən verilməsinə dair ona məlumat verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətin **********22 saylı, 04 aprel 2019-cu il tarixli məktubunda əldə edilmiş faktiki koordinatlarla torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16,6 kv.m olan qeyri-yaşayış binasının icarəyə verilmiş əmlakın 18 mart 2016-cı il tarixli 6015 nömrəli alqı-satqı müqaviləsi əsasında digər vətəndaşın adına rəsmiləşdirildiyi, 07 aprel 2016-cı tarixli 392 saylı özəlləşdirilən dövlət müəssisəsi və obyektlərin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin inşa edildiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında 1,614374 ha torpaq sahəsinin eyni vətəndaşa alqı-satqı müqaviləsi ilə rəsmiləşdirildiyi aşkar ediimişdir. Qeyd olunan əsaslarla həmin vətəndaşın mülkiyyət hüququnun dövlət qeydiyyatı 21.05.2016-cı il tarixli **********91-06301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İddiaçının İcarəsində olan torpaq sahəsini hansı səbəbdən vətəndaş Cavabdeh1 mülkiyyətinə keçib-keçmədiyini müəyyən etmək üçün 18.06.2021-ci il tarixdə vəkil sorğusu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edərək növbəti suallara cavab suallara cavab verilməsini agentlikdən xahiş etmişlər. Cavabdeh1 tərəfindən mübahisə predmeti olan torpaq sahəsini üzərində yerləşən 16,6 kv metr qeyri-yaşayış obyektlninin icarəyə götürülməsini təsdiq edən icarə müqaviləsinin surəti; Mübahisə predmeti olan torpaq sahəsi üzərində yeləşən 16,6 kv metr qeyri-yaşayış sahəsinin X5 mülkiyyətinə keçməsini təsdiq edən 18.03.2016-cı il tarixli 6015 nömrəli alğı-satqı müqaviləsinin surəti; Cavabdeh1 tərəfindən icarəyə verilmiş dövlət əmlakı özəlləşdirilərkən təqdim edilən mübahisə predmeti olan torpaq sahəsini üzərində yeləşən 16,6 kv metr qeyri-yaşayış sahəsinin texniki pasportu; Mübahisə predmeti olan torpaq sahəsi üzərində yeləşən 16,6 kv metr Qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında müvafiq qərar: Lakin Agentlik tərəfindən ünvanladıqları sorğuya cavab verilməmişdir. Agentlik tərəfindən qeyd olunan məlumatın təqdim edilməməsindən mübahisə predmeti olan torpaq sahəsinin qanundan kənar formada vətəndaş Cavabdeh1 satıldığı aydın olur. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində dövlət əmlakının özəlləşdiriiməsinin üsullarından biri kimi də icarəyə verilmiş dövlət əmlakının satışı göstərilmişdir. Həmin qanunun 22-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiqlənmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramının 4.6.5-ci maddəsində qeyd edilir ki, icarə müqavilələrinə əsasən icarəyə verilmiş dövlət əmlakı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aşağıdakı qaydada özəlləşdirilir; İcarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; İcarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Sadalanan normalardan göründüyü kimi, iddiaçının sahibliyində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün ilk növbədə Cavabdeh1 sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakına dair müvafiq icarə müqaviləsi bağlamalıydı. Daha sonra həmin müqaviləyə əsasən dövlət əmlakını alqısatqısı baş verməli və yalnız ondan sonra dövlətə əmlakının altındakı torpağa dair alqısatqı müqaviləsi bağlanmalı idi. Lakin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən sənədlərin bilərəkdən təqdim edilmədiyi bir daha qeyd olunan müqavilənin mövcud olmadığını təsdiq edir. Özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakına dair müvafiq icarə müqaviləsi olmadan dövlət əmlakının satılması istiqamətində bağlanılan əqd düzgün bağlanılmadığından etibarsız sayılmalıdır. Beləliklə, göstərilənlərə əsasən bildirmək istəyir ki, İddiaçı Bələdiyyə ilə 99 il müddətinə 12 may 2004-cü ii tarixli 104 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqına müqaviləyə əsasən sahibliyində olan torpaq sahəsi qeyri-qanuni olaraq vətəndaş Cavabdeh1 adına rəsmiləşdirilmişdir və bu səbəbdən də həmin vətəndaşın mülkiyyət hüququnun dövlət qeydiyyatı 21.05,2016-cı il tarixli **********91-06301 reyestr nömrəli çıxarışı ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi arasında mübahisəli torpaq sahəsinin üzərində yerləşən 16,6 kv.m, icarəyə verilmiş dövlət əmlakının satılmasına dair bağlanmış 18.03.2016-cı il tarixli 6015 nömrəli müqavilə etibarsız sayılmalı, Cavabdeh1 Azərbaycan Respublikası Əmiak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01.04.2016-cu il tarixli, № ********** saylı çıxarış və bununla bağlı Cavabdeh1 dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi, və Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX, № ********** saylı çıxarış (qeydiyyat tarixi 21.05.2016) və bununla bağlı Cavabdeh1 dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı ərizəsində qeyd etdiyi xususiyyətləri əsaslandırmamışdır. Umumiyyətlə sözügedən qeyri-yaşayış binasına dair iddiaçının heç bir sənədi yoxdur. Sənədi olmadığı halda da, hazırki iddia tələbi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim olunan torpaq sahəsinə dair kordinatlar dövlət reyestrində qeydiyyatda yoxdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı sözügedən qeyri-yaşayış binasının Bələdiyyənin fonduna aid olması barədə heç bir sənəd iş materiallarına əlavə etməmişdir. Cavabdeh1 onlara qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin alınması ilə bağlı müraciət etmiş və torpaq və qeyriyaşayış binası 18.03.2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən alınmışdır. Hazırda, iddia tələbini əsassız hesab edir və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 12.05.2004cü il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən Sumqayıt şəhər Bələdiyyəsi Şurasının 09.04.2004-cü il tarixli qərarı ilə Dəniz kənarı ərazidən 3500 (üç min beş yüz) kv.m torpaq sahəsi 09.04.2004-cü il tarixdən 09.04.2013cü il tarixə qədər İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyə Şurasının 09.04.2004-cü il tarixli, qərarının surətindən görünür ki, şəhər bələdiyyəsi torpaq komissiyasının 08.04.2004-cü il tarixli 10 saylı protokoluna əsaslanaraq, Sumqayıt şəhər bələdiyyəsi Şurasının 25 iyul 2003-cü il tarixli (protokol № 83) qərarı ilə X3 adına Sumqayıt-Novxanı yolunda rəsmiləşdirilmiş 50 m.sahil zolağının, ümumilikdə 140 metr sahil zolağının əhaliyə müxtəlif növ xidmət göstərilməsi məqsədilə İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Sumqayıt Bələdiyyəsinin qeyri-vergi tədiyələrinin qəbulu üçün qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən 2004-2006cı illər üzrə torpaq icarə haqqı ödənilmişdir. İş materiallarında olan 07.04.2016-cı il tarixli, 392 nömrəli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi 01.04.2016-cı il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onlara məxsus olan Sumqayıt şəhəri, Sahil küçəsi ünvanındakı qeyri-yaşayış binasının altında yerləşən 16143,74 kv.m torpaq sahəsini Cavabdeh1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən 16.6 kv.metr qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 21.05.2016-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04.04.2019-cu il tarixli məktubundan görünür ki, Xidmətin 2 saylı Sumqayıt Ərazi İdarəsində aparılan araşdırmalar zamanı sözügedən torpaq sahəsinin Sumqayıt Şəhər Bələdiyyəsi 09 aprel 2004-cü il tarixli 111 saylı qərarı və 12 aprel 2004-cü il tarixli 104 saylı icarə müqaviləsi ilə 99 il müddətinə əldə etdiyi, lakin sənədlərə ləğv edilmiş X7 Komitəsinin plan və ölçü sənədinin əlavə edilmədiyi, bununla belə əlavə edilmiş yerquruluşu planında isə torpaq sahəsinin istinad (koordinat) nöqtələri də göstərilmədiyi, bələdiyyənin qərarında torpaq sahəsinin Sumqayıt-Novxanı avtomobil yolunun 140 metr sahil zolağ kimi göstərildiyi aşkar edilmişdir. Əldə edilən faktiki koordinatlarla torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 16.6 kv.m qeyri-yaşayış binasının icarəyə verilmiş əmlakın 18 mart 2016-cı il tarixli 6015 nömrəli alqı-satqı müqaviləsi əsasında digər vətəndaşın adına rəsmiləşdirildiyi, 07 mart 2016-cı il tarixli 392 saylı özəlləşdirilən dövlət müəssisə və obyektlərin fiziki və hüquqi şəxs tərəfindən inşa edilmiş müəssisə və obyektlərin inşa edidliyi torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında 1,614374 ha torpaq sahəsinin eyni vətəndaşa alqı-satqı müqaviləsi ilə rəsmiləşdirildiyi aşkar edilmişdir. Qeyd olunan əsaslarla həmin vətəndaşın mülkiyyət hüququnun dövlət qeydiyyatı 21.05.2016-cı il tarixli **********91-063 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan 18.03.2016-cı il tarixli, 6015 nömrəli “İcarəyə verilmiş əmlakın alqı-satqı” müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı 25.02.2016-cı il tarixli 8819 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü Sumqayıt şəhəri, Sahil küçəsi ünvanında yerləşən 16.6 kv.m qeyri-yaşayış binasını tam dəyərlə 2400 manata alınmışdır. İş materiallarında “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 25.02.2016-cı il tarixli, 8819 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 16.6 kv.metr təşkil edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə Cavabdeh1 müddətli icarəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 02.11.2021-ci il tarixli “Daşınmaz əmlakın hüquqi rejimi” barədə məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə vətəndaş Cavabdeh1 arasında bağlanmış 18.03.2016-cı il tarixli, 6015 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi və 07.04.2016-cı il tarixli, 392 nömrəli özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən 16.6 kv.m-dən ibarət qeyri-yaşayış binası və onun yerləşdiyi 1.614374 ha torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 21.05.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan sözügedən daşınmaz əmlak mülkiyyətçi tərəfindən hissələrə bölünərək özgəninkiləşdirilmişdir. İş materiallarında olan AZE seriyalı, №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Z.Xəlilov küçəsi, ev 30A, mənzil 22-də qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış 25.02.2016-cı il tarixli, 8819 nömrəli müqaviləyə əsasən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 16.6 kv.metr təşkil edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə Cavabdeh1 müddətli icarəsinə verilmişdir. İddiaçı ilə bağlanmış 12 may 2004-cü il tarixli müqaviləyə əsasən, Dəniz Kənarı ərazidən 3500 kv.m torpaq sahəsi İddiaçı icarəsinə 09.04.2004-09.04.2013-cü ilədək verilmişdir. 18.03.2016-cı il tarixli, 6015 nömrəli “İcarəyə verilmiş əmlakın alqı-satqı” müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı 25.02.2016-cı il tarixli 8819 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü Sumqayıt şəhəri, Sahil küçəsi ünvanında yerləşən 16.6 kv.m qeyri-yaşayış binasını tam dəyərlə 2400 manata alınmışdır. Hazırda mübahisəli 16.6 kv.m qeyri-yaşayış binası Cavabdeh1 adına dövlət qeydiyyatından keçmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh1 həmin qeyri-yaşayış binasının altında yerləşən qanunvericiliklə müəyyən edilmiş 16143,74 kv.m torpaq sahəsinə dair qanuni əsaslarla icarə müqaviləsi bağlamaqla sonradan həmin əsasa dayanaraq torpaq sahəsini mülkiyyət hüquqi ilə dövlət reyestrində qeydiyyata almışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi aşağıdakılara əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatıəsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir . “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı 5 ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, sözügedən qeyri-yaşayış binasının faktiki icarəsində olmasını sübut etmək vəzifəsi Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı halda Cavabdeh1 mülkiyyətində olan qeyri-yaşayış binasına dair İddiaçı tərəfindən iddia qaldırılması mövcud olan mülki və prosessual qanunvericiliyə əsasən yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hazırkı halda, İddiaçı məhkəmə iclasında cavabdehlərin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Cavabdeh1 ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi arasında mübahisəli torpaq sahəsinin üzərində yerləşən 16,6 kv.m, icarəyə verilmiş dövlət əmlakının satılmasına dair bağlanmış 18.03.2016-cı il tarixli 6015 nömrəli müqavilə etibarsız sayılmalı, Cavabdeh1 Azərbaycan Respublikası Əmiak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01.04.2016-cu il tarixli, № ********** saylı çıxarış və bununla bağlı Cavabdeh1 dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi, və Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX, № ********** saylı çıxarış (qeydiyyat tarixi 21.05.2016) və bununla bağlı Cavabdeh1 dövlət reyestrində aparılmış qeyd ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar