Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-778/2022 03.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki işə 03 fevral 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik şəhadətnaməsinin alınması üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü hesab olunması və müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9V saylı binanın qarşısında yerləşən eni 3 metr 95 sm, uzunluğu 5 metr 50 sm olan qaraj (dəmir qaraj) sahəsinin qanuni varis qismində miras kimi adına rəsmiləşdirilməsini həyata keçirmək istəyir. Belə ki, X3na məxsus olan şəxsi qaraj sahəsinin ayrılması üçün 22 iyul 1999-cu il tarixli Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam verilmişdir. Həmin sərəncama müvafiq olaraq, salınan şəxsi qaraj sahəsinə 03 avqust 1999-cu il tarixində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısının sərəncamına əsasən texniki pasport verilmişdir. X3 10.05.2016-cı il tarixində “Ürəyin işemik xəstəliyi” nəticəsində vəfat etmişdir. Atasının vəfatından sonra həmin qaraj sahəsi faktiki olaraq onun mülkiyyətinə keçmişdir. Hazırda da həmin qaraj sahəsindən faktiki olaraq istifadə edir və həmin qaraj sahəsi faktiki istifadəsindədir. Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsələr bərabər pay hüquqlu vərəsələr sayılır. X1 08.12.2001-ci il tarixində "Qan dövranı çatışmazlığı” səbəbindən dünyasını dəyişmişdir. Həmçinin, qardaşı X14 da 24.02.2021-ci il tarixində "Dəqiqləşdirilməmiş ürək dayanmasından” dünyasını dəyişmişdir. Digər qardaş və bacıları X18, X6 və X10 öz paylarından notarial qaydada onun xeyrinə imtina etmişdirlər. Belə olan halda qanuni vərəsə kimi yeganə şəxs o qalır və həmçinin sözügedən əmlak onun faktiki olaraq sərəncamındadır. Vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edilmişdir. Həmin notariat mərkəzindən 22 noyabr 2021-ci il tarixində verilmiş 3233 nömrəli məktubdan aydın olur ki, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxıldığına görə məhkəməyə müraciət etmək tövsiyə olunur. Vərəsəlik şəhadətnaməsinin alınması üçün nəzərdə tutulan müddətin buraxılması məsələyə səhlankar yanaşıldığından baş vermişdir. Belə ki, həmin qarajın faktiki olaraq onun sərəncamında olması və bununla bağlı heç bir problem olmadığından qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materialında olan AZ-İ 779383 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X17 10.05.2016-cı il tarixində “Ürəyin işemik xəstəliyi” səbəbindən Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 13.05.2016-cı il tarixə 79 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ 033337 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Qubadlı rayonu Xəndək kəndində anadan olmuşdur, X3, anası isə X2r. İşdə olan İE-687015 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 04.09.1952-ci il tarixdə Qubadlı rayonu Xəndək kəndində anadan olmuşdur,X3, anası isə X2r. İş materiallarında olan İ-İ-474674 saylı nikah haqqında şəhadətnaməyə əsasən X11 ilə X12 14 oktyabr 1971-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 5 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Salmanova soyadı verilmişdir. İş materiallarında X7 tərəfindən verilmiş 24.11.2021-ci il tarixli **********850 nömrəli ərizədən görünür ki, X7 10.05.2016-cı il tarixində vəfat etmiş X3ndan irs qalmış (yaşayış (ev, mənzil və otaq) və qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edir. İşdə olan AZ T -190233 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 10.02.1959-cu il tarixdə Qubadlı rayonu Xəndək kəndində anadan olmuşdur, X3, anası isə X2r. İş materiallarında X13 tərəfindən verilmiş 25.11.2021-ci il tarixli **********926 nömrəli ərizədən görünür ki, X13 10.05.2016-cı il tarixində vəfat etmiş X3ndan irs qalmış (yaşayış (ev, mənzil və otaq) və qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edir. İş materiallarında olan İİ-JQ 340993 saylı nikah haqqında şəhadətnaməyə əsasən X13 ilə X19 20 dekabr 1973-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 1521 saylı akt qeydilə rəsmiləşdirilmişdir. İş materialında olan AZ -0977115 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 08.12.2001-ci ildə "Qan dövranı çatışmazlığı” səbəbindən Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.12.2001-ci il tarixə 174 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan texniki pasportun surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9V saylı binanın qarşısında yerləşən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının 22 iyul 1999-cu il tarixli sərəncamı ilə ayrılmış qaraja dair X8 adına texniki pasport tərtib edilmişdir. İşdə olan AZ 033337 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 10.08.1956-cı il tarixdə Qubadlı rayonu Xəndək kəndində anadan olmuşdur, X3, anası isə X2r. İş materiallarında X18 tərəfindən verilmiş 24.11.2021-ci il tarixli **********851 nömrəli ərizədən görünür ki, X18 10.05.2016-cı il tarixində vəfat etmiş X3ndan irs qalmış (yaşayış (ev, mənzil və otaq) və qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edir. İş materialında olan AZ -İİ-167960 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 24.02.2021-ci il tarixində "Dəqiqləşdirilməmiş ürək dayanması” səbəbindən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.04.2021-cı il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən X8 ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəyə cavab olaraq İddiaçı ünvanlanmış 22.11.2021-ci il tarixli 3233 saylı məktubla qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X17 10.05.2016-cı il tarixində vəfat etmiş, ondan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9V saylı binanın qarşısında yerləşən qaraj miras qalmışdır. İddiaçı Musa Məmmədovun birinci növbə vərəsəsidir. Digər birinci növbə vərəsələr onun xeyrinə mirasdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı X8 birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 10.05.2016-cı il tarixində vəfat etmiş X5 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 10.05.2016-cı il tarixində vəfat etmiş X5 miras qalmış əmlakın qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-778/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-778/2022
03.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver