Məhkəmə qərarları › İş №2(060)-7808/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7808/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7808/2025 18.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavаbdеh Cavabdeh BSK4706624 nömrəli, 14 oktyabr 2020-ci il tarixli müqavilə üzrə 551 manat əsas, 165 manat dəbbə pulu (cərimə), BSK5926702 saylı 10 mart 2021-ci il tarixli müqavilə üzrə 203 manat əsas, 61 manat dəbbə pulu (cərimə), S5K5926989 saylı, 5 iyul 2021-ci il tarixli müqavilə üzrə 903 manat əsas, 271 manat dəbbə pulu (cərimə), S5K5926170 saylı, 19 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 1201 manat əsas, 360 manat dəbbə pulu (cərimə), S5K5926314 saylı, 12 oktyabr 2021-ci il tarixli müqavilə üzrə 211 manat əsas, 63 manat dəbbə pulu (cərimə), S5K6208191 saylı 12 dekabr 2021-ci il tarixli müqavilə üzrə 415 manat əsas, 125 manat dəbbə pulu (cərimə), S5K5926486 saylı 8 yanvar 2022-ci il tarixli müqavilə üzrə 4310 manat əsas, 1293 manat dəbbə pulu (cərimə) və 120 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10,252 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş ərizəni nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki iş materiallarından görünür ki, ərizəyə 120,40 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, həmin iddiaya görə xx.xx.2025-ci il tarixdə ödənilmiş 120,40 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı xx.xx.2025-ci il tarixdə müvafiq ödəniş vasitəsi ilə müvafiq olaraq ********** nömrəli qəbzlə ödəmiş olduğu 120,40 manat dövlət rüsumu Dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar