Məhkəmə qərarları › İş №2(060)-783/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-783/2024

13.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-783/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən X3yə görə yaşadığı mənzilin üzərinə əsassız olaraq hesablanmış 1000 (bir min) manat borcun və 530 (beş yüz otuz) manat cərimənin silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəbrayıl rayonundan məcburi köçkün kimi gəlib ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 15-ci məhəllə, 15 saylı Yataqxananın 125-ci otağında məskunlaşmışlar. Məskunlaşdıqları otağa X3yə görə hesablayıcı sayğac qoyulmuş və X3yə görə pul iddiaçıya ödənilən humanitar yardımdan çıxılmışdır. Təxminən 2021-ci ildə yaşadıqları otağa aid kod açılmış və Yataqxananın dəhlizinə sakinlərə ayrıayrı “Smart-kart” tipli elektrik sayğacı quraşdırılmışdır. Bu günə kimi X3yə görə əvvəlcə karta, sonradan isə sayğaca pul yükləməklə ödəniş etmişlər. Yaşadıqları müddət ərzində X3yə görə heç vaxt cavabdeh "xxxx" ASC-nə borcu olmamışdır. Lakin, son vaxtlar məlum olmayan səbəbdən yaşadıqları mənzil üzərinə X3yə görə 1000 (bir min) manat borc və 530 (beş yüz otuz) manat cərimə hesablanmış və hər dəfə sayğaca pul yükləyəndə əsassız olaraq həmin pulun yarısı çıxılır. Cavabdehin iddiaçıya qarşı bu hərəkəti əsassız və qanunsuz olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçının və digər sakinlərin ünvanlarına aid olan elektrik sayğacı Yataqxananın dəhlizində möhürlənmiş halda divara quraşdırılmışdır və tərəfindən heç vaxt sayğaca müdaxilə olunmamışdır. Cavabdeh "xxxx" ASC etirazla məhkəməyə müraciət edərək İddiaçı X1 Azərişıq" ASC-nin əməkdaşları tərəfindən X3yə görə yaşadıqları mənzilin üzərinə əsassız olaraq hesablanmış 1000 (min) manat borcun və 530 (beş yüz otuz ) manat cərimənin silinməsi tələbinə dair" iddia tələbinin əssasız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacları qidalandıran güc naqilinə əlavə xətt qoşmaqla sayğac sxemindən kənarlaşdırılmışdır. Kənar xəttin en kəsiyinin sahəsi 4 mm mis dən ibarətdir. Naqilin qoyuluş gücü P=8.3 kvt-dır halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X3 qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, NDM № 031513 saylı akt əsasında 529,80 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və əməkdaşlar tərəfindən qapı döyülsə də mənzilin qapısı açılmamış, bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən isdifadə olunmasını bir daha subut edir. Bundan əlavə iddiaçının silinməsini istədiyi 1000 manat borcla bağlı qeyd edilir ki, həmin borc onun istehlak etdiyi elektrik enerjisinin dəyəridir və mütləq qaydada ödənilməlidir. İddiaçının hal-hazırda 1551,50 manat ödənilməmiş borcu vardır. Bu məbləğin 529,80 hissəsi akt əsasında, qalan 1021,70 (bir min iyirmi bir manat yetmiş qəpik) manat borc X3yə görə yaranmış borcdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, məcburi köçkündür, silinməsini tələb etdiyi 1000 manat əvvəldən yaranmış borcdur, 530 manat isə cərimə borcudur. İddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə etirazı müdafiə edərək tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İB-nin 22 saylı MKS tərəfindən verilmiş 1378 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Cəbrayıl rayonundan mcburi köçkündür, Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. - etirazdan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, sayğacları qidalandıran güc naqilinə əlavə xətt qoşmaqla sayğac sxemindən kənarlaşdırılmışdır. Kənar xəttin en kəsiyinin sahəsi 4 mm mis dən ibarətdir. Naqilin qoyuluş gücü P=8.3 kvt-dır halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X3 qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, NDM № 031513 saylı akt əsasında 529,80 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və əməkdaşlar tərəfindən qapı döyülsə də mənzilin qapısı açılmamış, bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən isdifadə olunmasını bir daha subut edir. - Abunə haqqında arayışdan görünür ki, İddiaçı "xxxx" ASC-nə 1551,50 manat məbləğində borcu vardır. - cavabdehin nümayəndəsinin təqdim etdiyi video materialdan görünür ki, iddiaçının yaşadığı evdə olan sayğacdan kənar xətt aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1də (Abonent: **********01140) elektrik enerjisindən sayğacdan kənar istifadə edilmiş, bununla bağlı hazırda abonentin 1551,50 manat borcu yaranmışdır. Bu məbləğin 529,80 hissəsi akt əsasında, qalan 1021,70 (bir min iyirmi bir manat yetmiş qəpik) manat borc X3yə görə yaranmış borcdur. Buna görə də iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının qeyd etdiyi borc məbləği enerji təchizatı müəssisəsindən onun istifadə etdiyi elektrik enerjisinə görə hesablanmışdır. Buna görə də Enerjitəhcizatı müəssisəsi tərəfindən iddiaçının mənzilinə hesablanmış həmin borc məbləği və həmin borcu tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilə bilməz. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1-ə (Abonent: **********01140) X3yə görə hesablanmış 1000 (bir min) manat borcun və 530 (beş yüz otuz) manat cərimənin silinməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1-ə (Abonent: **********01140) X3yə görə hesablanmış 1000 (bir min) manat borcun və 530 (beş yüz otuz) manat cərimənin silinməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar