Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(060)-7872/2025 04.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 16cı məhəllə, yat-3, ev 23, ** saylı mənzil ünvanına ##.##.2025-ci il tarixə hesablanmış 1286,95 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddiaçı İddiaçı Sumqayıt şəhəri, 16-cı məhəllə, yat-3, ev 23, ** saylı mənzil ünvanına ##.##.2025-ci il tarixə hesablanmış 1286,95 manat borcun silinməsi barədə iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X1 iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 16-cı məhəllə, yat-3 ev 23 ** saylı ünvanına ##.##.2025-ci il tarixə hesablanmış 1286.95 manat borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən iddiaçı X1 "xxxx” ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, abunə haqqında çıxarışdan da aydın görünür ki, iddiaçının mənzili ##.##.2008cü il tarixdə abonent qeydiyyatına aIınmışdır. ##.##.2008-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. ##.##.2008-ci il tarixdən hal hazırki dövrə qədər 6454,33 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. İddiaçı məcburi köçkün olduğuna görə ona hər ay müvafiq olaraq qaçqınlıq limiti ayrılmışdır. Ümumi ayrılan limit 5242,98 manat təşkil etmişdir. İddiaçının hal- hazırda limitdən artıq sərfiyyat borcu olaraq 1211,35 manat borcu vardır. İddiaçı limitdən artıq sərfiyyatlardın bu günə kimi ümumiyyətlə ödəniş etməmişdir. İddiaçının borcu elektrik enerji sərfiyyatına görə sayğac əsasında yaranmış borcdur.Mütləq qaydada ödənilməlidir. 6454,33 manat – 5242,98 man=1211,35 manat. Hazırki iş üzrə məhkəmə iclası ##.##.2026-cı il tarixə, saat 11:45-ə təyin edilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: İddiaçı İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-7872/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7872/2025
04.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver