Məhkəmə qərarları › İş №2(060)-7874/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7874/2025

05.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(060)-7874/2025 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh * saylı Sumqayıt regional "Asan xidmət" mərkəzində notariat ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mərhum bacısı - ## ###### 2023-cü il tarixdə vəfat etmiş X5 mülkiyyətində olmuş miras əmlakın iddiaçı – ## #### 1956-cı il il təvəllüdlü İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ## #### 1956-cı il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçının bacısı - X5 ## ###### 2023-cü il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində daşınmaz əmlaklar olmuş, iddiaçı həmin əmlakları faktiki olaraq qəbul etsə də, rəsmi olaraq mirası qəbul etməmişdir. Belə ki, miras əmlakın qəbulu ilə əlaqədar iddiaçı cavabdeh notariat ofisinə ərizə ilə müraciət etmiş, lakin mirasın qəbul müddətini ötürdüyü üçün imtina edilmişdir. İddiaçının müddəti ötürməsinin səbəbi qanunun tələbini səhv başa düşməsi olmuşdur. Belə ki, o miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxtı notariat ofisinə müraciət etməli olduğunu başa düşmüşdür. Lakin sonradan ona izah olunmuşdur ki, 6 ay tamam olduqdan sonra müraciət etməli olduğu yox, 6 ay müddət tamam olduqdan sonra vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni qanunun tələbini iddiaçı səhv başa düşmüşdür. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçının bacısı ailə həyatı qurmamışdır, onların ata və anası vəfat etmişdir. Yəni, birinci dərəcəli vərəsələri yoxdur. Hazırda vərəsə iddiaçıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh * saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işlərin sıxlığı ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**IS/******-** saylı arayışdan görünür ki, X5 subaydır və onun nikah bağlamasına mane olan hallar mövcud deyil. - Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**IS/******-** saylı arayışdan görünür ki, X1 (atası), X2 (anası), X3 (qardaşı), İddiaçı (bacısı) X5 ailə üzvləridir. - Xaçmaz rayon Nabran icra nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2008-ci ildə kardiogen şok xəstəliyindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2008-ci il tarixdə 16 nömrəsi ilə qeyd edilmişdir. - Xaçmaz rayon Nabran icra nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.2012-ci ildə kardiogen şok xəstəliyindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2012-ci il tarixdə 1079 nömrəsi ilə qeyd edilmişdir. - Xaçmaz rayon Nabran icra nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.1984-cü ildə bronxit astma xəstəliyindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.1984-cü il tarixdə 05 nömrəsi ilə qeyd edilmişdir. - Xaçmaz rayon Nabran icra nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ##.##.2023-cü ildə dəqiqləşdirilməmiş kəskin miokard infarktı xəstəliyindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2023-cü il tarixdə 1009 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda X5 adına 1413015200 qeydiyyat nömrəsi ilə, ##.##.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. - * saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, **** saylı məktubdan görünür ki, İddiaçı mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı * saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mərhum bacısı X5 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçının müddəti ötürməsinin səbəbi qanunun tələbini səhv başa düşməsi olmuşdur. Belə ki, o miras əmlakın qəbulu ilə bağlı 6 ay tamam olduqdan sonra istənilən vaxt notariat ofisinə müraciət etməli olduğunu başa düşmüşdür. Lakin sonradan ona izah olunmuşdur ki, 6 ay tamam olduqdan vərəsəlik haqqında şəhadətnamə verilir. Yəni, qanunun tələbini səhv başa düşmüşdür. Bundan əlavə X5 ailə həyatı qurmamışdır və onun atası,qardaşı və anası vəfat etmişdir. Yəni, birinci dərəcəli vərəsələri yoxdur. Hazırda vərəsə iddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı X5 üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iddiaçı İddiaçı X5 üzrə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mirasın qəbul edilməsi üçün qanunla buraxılmış müddəti üzrlü hesab edilərək bərpa edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı ##.##.2023-cü il tarixdə ölmüş bacısı X5 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürməsi üzrlü hesab edilərək bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar