Məhkəmə qərarları › İş №2(060)-7889/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7889/2021

02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7889/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi Mövsümov Bəfadar Xudayar oğlunun iştirakı ilə Ərizəçi Mövsümov Bəfadar Xudayar oğlunun maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Mövsümov Bəfadar Xudayar oğlu ərizə ilə məhkəməyə müraciət edərək, 707 №-li Hərbi Hissəsinin şəxsi heyətinin 18.10.N96-cı il tarixli əlifba qeydiyyat kitabında, hərbi hissə komandirinin N oktyabr N95-ci il tarixli, N №-li əmrində və hərbi hissə komandirinin N aprel N98-ci il tarixli, N №-li əmrindəki məlumatların Mövsümov Bəfadar Xudayar oğluna məxsus olması faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi Mövsümov Bəfadar Xudayar oğlu ərizəni müdafiə edərək göstərdi ki, o, Mövsümov Bəfadar Xudayar oğlu xx xxxxxx N76-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. 29.06.N95-ci il tarixdə Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 888 №-li Hərbi Hissəsinə göndərilmişdir. Bundan sonra hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 707 №-li Hərbi Hissəsinə göndərilmiş və 707 №-li Hərbi Hissə komandirinin 07.10.N95-ci il tarixli, N №-li əmri ilə şəxsi heyətin siyahısına daxil edilərək sürücü mexanik vəzifəsinə təyin olunmuşdur. Müdafiə nazirinin 25.03.N98-ci il tarixli, 46 №-li əmrinə əsasən ehtiyyata təxris olunduğu üçün, 707 №-li Hərbi Hissə komandirinin 04.04.N98-ci il tarixli, N №-li əmri ilə həmin hərbi hissənin kəşfiyyat bölüyünün, 2-ci tağımının, 1-ci kəşfiyyat manqasının kəşfiyyatçısı vəzifəsindən, şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan azad edilərək qeydiyyata düşmək üçün Sumqayıt RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət edərək, 07.10.N95-ci il tarixdən 04.04.N98-ci il tarixədək döyüş bölgəsində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 707 №-li Hərbi Hissəsində hərbi xidmətdə olmağı barədə arayış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş 17.04.2017-ci il tarixli, 9/2 6647 saylı arxiv arayışında qeyd olunmuşdur ki, 707 №-li Hərbi Hissəsinin şəxsi heyətinin 18.10.N96-cı il tarixli əlifba qeydiyyat kitabında, hərbi hissə komandirinin N oktyabr N95-ci il tarixli, N №-li əmrində, hərbi hissə komandirinin N aprel N98-ci il tarixli, N №-li əmrində, adı Vəfadar yazıldığı üçün məlumatların Mövsümov Bəfadar Xudayar oğluna aid olmasını təsdiq edə bilmirlər. Hazırda təqaüdə çıxdığından aldığı təqaüdün məbləğinin artırılması üçün qeyd olunan hərbi hissədə xidmət keçməyi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, 707 №-li Hərbi Hissəsinin şəxsi heyətinin 18.10.N96-cı il tarixli əlifba qeydiyyat kitabında, hərbi hissə komandirinin N oktyabr N95-ci il tarixli, N №li əmrində və hərbi hissə komandirinin N aprel N98-ci il tarixli, N №-li əmrindəki məlumatların Mövsümov Bəfadar Xudayar oğluna məxsus olması faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X3 bildirdi ki, ərizəçi qardaşıdır. Qardaşının adı Bafadardı və xx.xx.N76-cı il təvəllüdlüdür. Bafadar N ay Tağıyev qəsəbəsində hərbi hissədə xidmətdə olduqdan sonra, 4 il Qazax rayonunda hərbi xidmətini davam etdirmişdir. Məhkəmədə şahid X6 bildirdi ki, ərizəçi qardaşıdır. Qardaşı N76-cı il tarixdə anadan olub, adı Bafadardı. Bafadar ilk N ayı Tağıyev qəsəbəsində hərbi hissədə olub, daha sonra Qazax rayonunda hərbi xidmətini davam etdirmişdir. Üç ildən artıq müddət orda hərbi xidmətdə olmuşdur. Məhkəmə ərizəçi Mövsümov Bəfadar Xudayar oğlu, şahidlər X3 və X4 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv 17.04.2017-ci il tarixli arxiv arayışından görünür ki, Mövsümov Bəfadar Xudayar oğlu N №li hərbi hissənin şəxsi heyətinin 18.10.N96-cı il tarixli əlifba qeydiyyatı kitabında (əsas: səh-58, sıra-304, əmrdə adı Vəfadar yazılmışıdır) N №li hərbi hissədən gəlmiş, 29.09.N95-ci il tarixdə Sumqayıt RHK-nın çağırılmış sıravi V.X.Mövsümovun hərbi hissə komandirinin 07.10.N95-ci il tarixli N №li əmrilə şəxsi heyətinin siyahısına daxil edilərək sürücü mexanik vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №li hərbi hissə komandirinin N oktyabr N95-ci il tarixli N №li əmrində (əsas: səh-135, §-3, əmrdə adı Vəfadar yazılmışıdır) xidmətini davam etdirmək üçün N №li hərbi hissədən gəlmiş bir qrup hərbi mükəlləfiyyətİilərin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Müdafiə nazirinin 25.03.N98-ci il tarixli 46 №li əmrinə əsasən kiçik çavuş V.X.Mövsümov ehtiyyata tərxis olunduğu üçün N №li hərbi hissə komandirinin N aprel N98-ci il tarixli 94 №li əmrilə (əsas: səh-54, §-1, sıra-7, əmrdə adı Vəfadar yazılmışıdır) kəşfiyyat bölüyünü.", 2-ci kəşfiyyat tağımının, 1-ci kəşfiyyat manqasının baş kəşfiyyatçısı vəzifəsindən, şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan azad edilərək qeydiyyata düşmək üçün Sumqayıt RHK-na göndərilmişdir. Qeyd edirlər ki, N №li hərbi hissənin şəxsi heyətinin siyahısında və hərbi hissə komandirinin iyun N95-ci il tarixli nizami hissə üzrə əmrlərində V.X.Mövsümovun xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirir ki, N №li hərbi hissənin şəxsi heyətinin 18.10.N96-cı il tarixli əlifba qeydiyyatı kitabında, hərbi hissə komandirinin N oktyabr N95-ci il tarixli N №li əmrində, hərbi hissə komandirinin N aprel N98-ci il tarixli 94 №li əmrində adı Vəfadar yazıldığı üçün məlumatın Mövsümov Bəfadar Xudayar oğluna aid olmasını təsdiq edə bilmirlər. İş materiallarında olan AA3147255 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı, adı, ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İş materiallarında olan NZ № ******* saylı, 29.06.N95-ci il tarixli “Hərbi Bilet”in surətindən görünür ki, ərizəçi X1 qeyd edilmişdir. İş materiallarında olan İV-JQ № 430451 saylı, 29.11.N76-cı il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətində ərizəçinin adı X2 qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Sumqayıt şəhəri, məhəllə 45, ev 11/13, mənzil 35-də qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 707 №-li Hərbi Hissəsinin şəxsi heyətinin 18.10.N96-cı il tarixli əlifba qeydiyyat kitabında, hərbi hissə komandirinin N oktyabr N95-ci il tarixli, N №-li əmrində və hərbi hissə komandirinin N aprel N98-ci il tarixli, N №-li əmrindəki məlumatların Mövsümov Bəfadar Xudayar oğluna məxsusdur. Bu fakt iş materiallarında olan doğum haqqında şəhadətnamədə, arayışda, ərizəçinin və şahidlərin izahatı və digər iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, 707 №-li Hərbi Hissəsinin şəxsi heyətinin 18.10.N96-cı il tarixli əlifba qeydiyyat kitabında, hərbi hissə komandirinin N oktyabr N95-ci il tarixli, N №-li əmrində və hərbi hissə komandirinin N aprel N98-ci il tarixli, N №-li əmrindəki məlumatların Mövsümov Bəfadar Xudayar oğluna məxsus olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. 707 №-li Hərbi Hissəsinin şəxsi heyətinin 18.10.N96-cı il tarixli əlifba qeydiyyat kitabında, hərbi hissə komandirinin N oktyabr N95-ci il tarixli, N №-li əmrində və hərbi hissə komandirinin N aprel N98-ci il tarixli, N №-li əmrindəki məlumatların Mövsümov Bəfadar Xudayar oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar