Məhkəmə qərarları › İş №2(060)-789/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-789/2023

03.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-789/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ASC tərəfindən iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 7/12, mənzil 27-yə əssasız olaraq hesablanmış 1149.40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 7/12, mənzil 27 mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu onun adına xx.xx.2007-ci il tarixdə verilmiş çıxarış təsdiq edir. Cavabdehin nümayəndələri tərəfindən ona məxsus olan mənzildə xidmətlərdən istifadəyə görə 1149.40 manat borcu olduğu bildirilmişdir. Mənzildə xidmətlərə görə xx.xx.2002-ci il tarixdə kod açılmış və 5 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır. Kod açıldıqdan sonra ailə üzvləri ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün olmaqları barədə sənədlər idarəyə təqdim olunmuşdur. Sumqayıt Sukanal İdarəsinə həmin mənzildə yaşayış olmaması barədə ərizə ilə müraciət etmişdir. Lakin ərizə təqdim etməklərinə baxmayaraq idarənin əməkdaşları təqdim olunan ərizəni nəzərə almayaraq əsassız olaraq ona məxsus mənzilə illər üzrə 5 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparmışdır.Ona görə də hesablanmış borc məbləği ilə razı deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sayğaç yoxdur. 2021-ci ildən həmin ünvanda yaşamırlar. Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2021-ci ildən kodun açılmış, normativ qaydada hesabat aparılmış, iddiaçı tərəfindən illər üzrə də heç bir ödəniş olmamışdır. 17 fevral 2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının mənzilinə 2022-ci ildə kod açılmış və 5 nəfər ailə üzvünə görə normativ qaydada hesabat aparılmışdır. 2017-ci ilə qədər qaçqın limitindən istifadə olunmuş və həmin vaxta qədər borc olmamışdır. İddiaçının silinməsini tələb etdiyi borc məbləği güzəşt ləğv olunandan hazırki vaxta qədər hesablanmış borcdur. Həmin borc üzrə ödəniş olmamışdır. 2017-ci ildən yaranmış borcdur. 2017-ci il üçün 144 manat, 2018-ci il üçün 151,50 manat, 2019-cu il üçün 150,50 manat, 2020-ci il üçün 152 manat, 2021-ci il üçün 279,40 manat, 2022-ci il üçün 296 manat , cəmi 1173 manat 40 qəpik borcu vardır. Borc metodik hesablamaya əsasən 5 nəfərə görə hesablanmışdır.Ona görə də iddia tələbini əsassız hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: **********470/30677580 saylı abonentə məxsus abonent kartından görünür ki, həmin kodlu abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 1149.40 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* seriyalı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayonda istifadədə olan 0.071995 ha torpaq sahəsində yerləşən 4A/30 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 41.99 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 47 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin 5 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 928 saylı arayışdan müəyyən olunur ki, İddiaçı oğlu ünvan 2 mənzildə xx.xx.2022-ci ildə yazılmış akta əsasən 2016-cı ildən göstərilən ünvanda yaşamır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. übahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 551ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Mülki Məcəllənin 551.2.4-cü maddəsinə gəldikdə isə burada nəzərdə tutulan 30 illik müddətin keçməsi öhdəliyin xitamına deyil (o, natural öhdəlik olaraq mövcudluğunu davam etdirir), məhkəmə qərarı ilə müəyyən edilmiş öhdəliyin məcburi icrası imkanının aradan qalxmasına səbəb olur və bu səbəbdən də qeyd edilən norma mahiyyət etibarı ilə məhkəmə qərarlarının icrası ilə bağlı olan hüquq normasıdır. Konstitusiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 527.1-ci maddəsində öhdəliklərin xitamı əsasları sırasında “müddətin keçməsi” halı sırf hüquqi xarakterinə və ya tərəflərin razılaşmasına əsasən müddətə bağlı öhdəliklərə münasibətdə yaranır. Yəni, bir öhdəlik məhz müəyyən bir müddət üçün əmələ gətirilibsə (məsələn, konkret bir müddətə bağlı xidmətin göstərilməsinə dair öhdəliklər), həmin müddətin keçməsi öhdəliyin xitam olunması nəticəsini yarada bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında sudan istifadəyə görə 2017-2022-ci illər üzrə 5 nəfər ailə tərkibi nəzərə alınmaqla, 1149.40 (bir min yüz qırx doqquz manat qırx qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan arayışa əsasən müəyyən edilir ki, 2016-cı il tarixindən ünvanda yaşayış olmamış, cavabdeh tərəfindən ailə üzvləri üzrə hesab aparılmasına baxmayaraq, borc məbləği tələb olunmamışdır. Həmçinin iddiaçı qeyd etdiyi halları təqzib edən sübutlar cavabdeh tərəfindən təqdim olunmamışdır. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbinə etiraz etmiş, lakin etirazının əsası təşkil etdiyi halları məhkəmə araşdırması gedişatında təsdiq edə bilməmişdir. Məhkəmə hesab edir ki, hesablanmış borc hazırki vaxtadək tələb olunmamış, yaşayış olmayan ünvana beş nəfər şəxsin su sərfiyatından istifadə etməsi kimi hesabat aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1). Həmin Məcəllənin 551-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapması nəzərə alınaraq, iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanına mənzilə sudan istifadəyə görə 2017-2022-ci illər üzrə hesablanmış 1149.40 (bir min yüz qırx doqquz manat qırx qəpik) manat məbləğində borc abonentin hesabından ( abonent kodu **********470 ) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanına mənzilə sudan istifadəyə görə 2017- 2022-ci illər üzrə hesablanmış 1149.40 (bir min yüz qırx doqquz manat qırx qəpik) manat məbləğində borc abonentin hesabından ( abonent kodu **********470 ) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar