Məhkəmə qərarları › İş №2(060)-7899/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7899/2021

22.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7899/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən “təbii X5nın pozulması haqqında” 30.08.2021-ci il tarixli, ******* nömrəli akta əsasən qeyd edilən 720 m3 qaz sərfiyyatına görə hesablanmış 72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Opit bazanın arxası ünvanında yerləşən, 25 nömrəli ev faktiki olaraq onun istifadəsindədir. Cavabdeh tərəfindən tərtib edilən aktlarda onun həyat yoldaşının mərhum babası X1 adı qeyd edilmişdir. «Azəriqaz» İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilinə xidmət edən smartkart tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni mexaniki tipli qaz sayğacı quraşdırmışlar. Mənzildən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X6 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş və 20.08.2021ci il tarixli, MSK-29/1710-03174-1 saylı akta əsasən müəyyən edilmişdir ki, “Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxunmuş və istismar müddətində Alarım-1 rejimi aşkar olunmamışdır. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Təbii X5n pozulması haqqında” 30.08.2021-ci il tarixli, ******* №-li Akt tərtib edilmişdir. O, istehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibində iştirak etməmiş və aktları imzalamamışdır. Qaz sayğacı fərdi evin bayır divarındadır. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə o günahkar deyil. Bu səbəbdən də tələb olunan məbləği əsassız hesab edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, abonent olmuş X3 oğlu 06 aprel 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan arayışdan görünür ki,İddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Opit bazanın arxası ünvanında yerləşən, 25 nömrəli evdə məcburi köçkün kimi məskunlaşmışdır. İş materiallarında olan ******* nömrəli, 30.08.2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Opit bazanın arxası ünvanında yerləşən, 25 nömrəli evdən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilən rəyə görə sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın yaddaş arxivi oxunmuş və istismar müddətində Alarım-1 rejimi aşkar olunmamışdır. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İş materiallarında olan 31.08.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Opit bazanın arxası ünvanında yerləşən, 25 nömrəli evə 720 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X5”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarına əsasən iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehlik daşımadığından, qaz sərfiyyatına görə hesablanmış 72 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 25 nömrəli evə (abunə kodu: **********00070) 30.08.2021-ci il tarixli, ******* nömrəli akt əsasında 31 avqust 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair təlabnamə ilə 720 m3 qaz sərfiyyatına görə hesablanmış 72 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar