Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-79/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qeyri yaşayış binasının sökülərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Cavabdeh və (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qarşı qeyri-yaşayış binasının sökülərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri, 43-cü məhəllə, Koroğlu prospekti, 6 ünvanında vətəndaş Cavabdeh tərəfindən zirzəmisi ilə birlikdə 4(dörd) mərtəbəli inşa etdiyi və hazırda “MÖHTƏŞƏM” adı altında şadlıq sarayı kimi istifadə olunan qeyri-yaşayış binasının cavabdehin hesabına sökülməsi və tikilinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quluyev xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən Sumqayıt şəhəri, 43-cü məhəllə, Koroğlu prospekti, 6 ünvanında vətəndaş Cavabdeh tərəfindən zirzəmisi ilə birlikdə 4 (dörd) mərtəbəli inşa etdiyi və hazırda “Möhtəşəm” adı altında şadlıq sarayı kimi istifadə olunan qeyri-yaşayış binasının layihədən kənar inşa edilmiş hissə və çıxıntılarının cavabdehin hesabına sökülməsi və tikilinin təsdiq edilmiş layihəyə uyğun əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini və mənafelərinə birbaşa toxunduğu üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə kompleks məhkəməxətşünaslıq, məhkəmə tikinti-texniki və sənədlərin texniki ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, iş üzrə mülki işin icraatı isə dayandırılmışdır. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1269 nömrəli ekspert rəyi və mülki iş məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli 12 №-li qərarına əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il qərarına əsasən iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclaslarının (SMS xəbərdarlıq və bildiriş), məhkəmə baxış iclasına təyin olunma yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməyərək, iddia ərizəsinə münasibət bildirməmiş, onun iddia tələbini müdafiə etdiyini və yaxud etmədiyini isə müəyyən etmək mümkün olmamışdır. Ona görə də iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qeyri yaşayış binasının sökülərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qeyriyaşayış binasının sökülərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-79/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-79/2024
26.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver