Məhkəmə qərarları › İş №2(060)-791/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-791/2024

19.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-791/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ 2 saylı Regional ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001–ci il tarixli, 01 saylı qərarı əsasında verilmiş JN -820A, kodu 30213018 olan torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən, mərhum X1ndan miras qalmış Xaçmaz rayonunda yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsinin miras əmlakı kimi qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə xx.xx.1983-cü il tarixdə rəsmi nikah dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.1984cü il təvəllüdlü X8, xx.xx.1986-cı il təvəllüdlü X9 və xx.xx.1994-cü il təvəllüdlü X6 adlı 3 övladları olmuşdur. X1 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Qeyd edir ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001–ci il tarixli, 01 qərarı ilə Xaçmaz rayonunda yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsi yoldaşının adına ayrılmış və həmin qərar əsasında JN -820A, kodu 30213018 olan torpağın mülkiyyətinə verilməsinə şəhadətnamə mərhum yoldaşının adına qeydiyyata alınmışdır. Görünüdüyü kimi həmin torpaq sahəsi yoldaşı vəfat etdikdən sonra ona miras qalmışdır. Belə ki, qanunvericiliyə uyğun digər vərəsələr olan övladları həmin torpaq sahəsi ilə bağlı iddiaları yoxdur, vərəsəlik hüquqlarında imtina edirlər. Həmin mübahisəli torpaq uzun müddətdir onların istifadəsindədir. Lakin əmlak adına sənədləşdirərkən vərəsəlik işinin açılmasına zərurət yaranmışdır. O, da bununla bağlı, ƏN saylı Sumqayıt regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmişdir. “Asan Xidmət” Mərkəzində notariat ofisi 914 № li, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilmədiyi qeyd edilmişdir. Hesab edir ki, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş onun müddət tərəfindən buraxılmayıb. Belə ki, qanunvericilikdə də bu barədə ətraflı qeyd edilmişdir ki, miras olan əmlaka sahiblik etməyə fakitki başladıqda və vərəsələr arasında mübahisə olmadıqda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görə də mirasın qəbul edilmək üçün ötürülmüş müddətin bərpa edilməsi və miras kimi qəbul etmə faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ 2 saylı Regional ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ 2 saylı Regional ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 01 saylı qərarı ilə 0,06 ha torpaq sahəsi X3 istifadəsinə vermişdir. İşdə Ədliyyə Nazirliyi 2 saylı Regional “Asan Xidmət” Mərkəzi Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşə əlavə olan AZ-İİ № 008426 saylı, xx.xx.2019-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, X8, X6 və X5 doğum haqqında şəhadətnamələrdə ata qrafalarında-X7, ana qrafasında İddiaçı qeyd edilmişdir. İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məçəllənin 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X3 04 aprel 2019-cu ildə vəfat etməsi ilə ondan qalmış miras əmlakına dair miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2001–ci il tarixli, 01 saylı qərarı əsasında verilmiş JN -820A, kodu 30213018 olan torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən, mərhum X1ndan miras qalmış Xaçmaz rayonunda yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsinin miras əmlakın qəbulu edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək müddətin uzadılması bərpa edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar