Məhkəmə qərarları › İş №2(060)-792/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-792/2024

19.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-792/2024 19.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderin eləcə də Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-601-2023 nömrəli 07 iyul 2023-cü il tarixli arxiv arayışının xx xxxxxx 1973-cü il tarixdə anadan olmuş Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də imtina edilmişdir. Belə ki, ona ünvanlanmış 12 oktyabr 2023-cü il tarixli məktubda imtinaya əsas olaraq qeyd edilmişdir ki, müraciətinin araşdırması zamanı ərizəyə əlavə olunmuş 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderdə adı qeyd olunmamışdır və Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-601- 2023 nömrəli 07 iyul 2023-cü il tarixli arxiv arayışında isə qeyd olunan şəxslərin adı tam göstərilməmişdir. Bildirmək istəyir ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli order ilə anası X2 verilmişdir. Qeyd edir ki, anası 18 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qeyd olunan orderdə anasından başqa heç kimin adı qeyd edilməmiş, arxiv arayışında isə onun və digər şəxslərin adları tam göstərilməmişdir. İddia ərizəsinə əlavə edilmiş 602 nömrəli arayışda isə onun və digər şəxslərin adları tam qeyd olunmuşdur. Qeyd etdiyi kimi sözügedən mənzil faktiki olaraq onun mülkiyyətində və istifadəsindədir, pasport qeydiyyatı da məhz həmin ünvandadır. Qeyd olunanlara əsaslanaraq faktın müəyyən edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmədə ərizəçi N,Ə.Məmmədov eyni məzmunlu ərizə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni nəzərdə keçirdib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil X2 verilmişdir. İşdə olan xx.xx.1986-cı il tarixli arayışın surətindən görünür ki, Ərizəçi və dörd nəfər ailə üzvləri ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ № 328609 saylı, xx.xx.2008-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İşə əlavə olan İİİ-JQ № 331417 saylı, xx.xx.1985-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Məmmədov Əbdüləzim Hüseyn oğlu xx.xx.1985ci il tarixdə ölmüşdür. İş materiallarında olan İİ-JQ № 300118 saylı, xx.xx.1973-cü il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında-Məmmədov Əbdüləzim Hüseyn oğlu, ana qrafasında-X4 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin 17 iyul 2023-cü il tarixli, 3-48- DA-10F/2-601-2023 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda Sumqayıt şəhər X5 30 iyun 1986-cı il tarixli qərarında ünvan 1 ünvanında yerləşən 2 saylı mənzil X1 və 4 nəfər ailə üzvlərinin istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 17 oktyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, təqdim edilən xx.xx.1986-cı il tarixli, 05/52 nömrəli orderdə adı qeyd olunmamışdır və Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-601- 2023 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışında isə qeyd olunan şəxslərin adı tam göstərilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarındda olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 4 ünvanında yaşayır. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderin eləcə də Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-601- 2023 nömrəli 07 iyul 2023-cü il tarixli arxiv arayışının xx xxxxxx 1973-cü il tarixdə anadan olmuş Ərizəçi məxsus olması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 08 iyul 1986-cı il tarixli, 05/552 nömrəli orderin eləcə də Dövlət Arxivinin Sumqayıt filialının 3-48-DA-10F/2-601-2023 nömrəli 07 iyul 2023-cü il tarixli arxiv arayışının xx xxxxxx 1973-cü il tarixdə anadan olmuş Ərizəçi məxsus olması fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar