Məhkəmə qərarları › İş №2(060)-7922/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7922/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7922/2021 02.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «hüquqmüəyyənedici sənədin eyni şəxsə məxsus olması» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus AZE Seriyalı 07979465 saylı şəxsiyyət vəsiqəsində və 7E-2025 №-li, 18.09.2019-cu il tarixli etibarnamədə qeyd edilmiş Ərizəçi ilə 28.07.1992-ci il tarixli, 3432 saylı inventar işi üzrə Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində göstərilən Ərizəçi Göyçə qızının eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, mənzil 61 mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu 28.07.1992-ci il tarixdə Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi təsdiq edir. O, Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında yerləşən, 32 saylı evin, 61-ci mənzili üzərində əvvəllər yaranmış hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Maraqlı tərəf olan 2 saylı Sumqayıt Ərazi İdarəsi özünün 16.07.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, “sözügedən ünvana dair 28.07.1992-ci il tarixində Sumqayıt Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində mülkiyyətçinin ata adı ilə müraciət zamanı təqdim edilmiş 7E-2025 №-li, 18.09.2019-cu il tarixli etibarnamədə və şəxsiyyəti təsdiq edən sənədin surətində uyğunsuzluq vardır. Beləki mülkiyyətçinin ata adı Qeydiyyat vəsiqəsində “Göyçə” kimi qeyd olunduğu halda təqdim edilmiş sənədlərdə (etibarnamədə və şəxsiyyət vəsiqəsində) mülkiyyətçinin ata adı Qoca kimi göstərilmişdir. Bu səbəbdən də xahişi təmin edilməmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bildirir ki, ona məxsus olan doğum haqqında şəhadətnamədə atasının adı “Qoca” kimi göstərilmişdir. Bunu Sumqayıt Şəhər Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2(060)-4671/2021 saylı qətnamə təsdiq edir. Həmçinin ХП-ТИ 568574 №~li Sovet pasportunda da atasının adı “Qoca” kimi qeyd edilmişdir. Həmçinin ona məxsus AXF Seriyalı 07979465 saylı şəxsiyyət vəsiqəsində də atasının adı “Qoca” kimi göstərilmişdir. X1 arasında qeydə alınmış “nikah haqqında şəhadətnamədə”də atasının adı “Qoca” kimi qeyd olunmuşdur. Beləliklə ona məxsus A/,H Seriyalı 07979465 saylı şəxsiyyət vəsiqəsində və 7E-2025 №-li, 18.09.2019-cu il tarixli etibarnamədə qeyd edilmiş Ərizəçi ilə 28.07.1992-ci il tarixli, 3432 saylı inventar işi üzrə Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində göstərilən Ərizəçi Göyçə qızının eyni şəxs olması barədə qətnamə qəbul edilməlidir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X2 ifadə verərək bildirdi ki, ərizəçi onun kəndçisidir. Ərizəçinin atasını Qoca adı ilə tanımış hər zaman da o formada müraciət etmişdir. Məhkəmədə şahid X5 ifadə verərək bildirdi ki, ərizəçi onun qaynı arvadıdır. Məhbubənin atasının adı Qoca olub, hər zamanda adı “Qoca” deyə müraciət edilib. Məhkəmə Ərizəçi izahatını, şahidlər X2 və X4 ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 16.07.2021-ci il tarixli bildirişindən görünür ki, təqdim edilən sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, sözügedən ünvana dair 28.07.1992-ci il tatixdə Sumqayıt Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsində mülkiyyətçinin ata adı ilə müraciət zamanı təqdim edilmiş 7E-2025 nömrəli, 18.02.2019-cu il tarixli etibarnamədə və şəxsiyyəti təsdiq edən sənədin surətində uyğunsuzluq vardır. Beləki mülkiyyətçinin ata adı qeydiyyat vəsiqəsində “Göyçə" kimi qeyd olunduğu halda təqdim edilmiş sənədlərdə “Qoca” göstərilmişdir. Arxiv məlumatlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, 3438 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş 28.07.1992-ci il tarixli müqavilədə də hüquq əldə edənin ata adı “Göyçə” qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5. maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan “Qeydiyyat Vəsiqəsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, mənzil 61 28 iyul 1992-ci il tarixli bağışlanma müqaviləsi əsasında Ərizəçi Göyçə qızının adına qeydə alınmışdır. İş materiallarında olan Xİİ-Tİ № 568574 saylı “Pasport”un surətindən görünür ki, ərizəçinin ata adı Qoca kimi qeyd edilmişdir. İş materiallarında olan AZ-İ № 956769 saylı, 13.06.2014-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin ata adı “Qoca” kimi qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4671/2021 saylı, 23.07.2021 ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə qismən təmin edilərək, Ərizəçi xx.xx.1954-cü ildə Ermənistan Respublikası, Kalinin rayonunda doğulması faktı müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə Ərizəçi xx.xx.1954-cü ildə Ermənistan Respublikası, Kalinin rayonunda doğulması və yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X8, ana qrafasında X7 göstərilməsi qət edilmişdir. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyi 13 saylı Mənzil Kommunal Sahəsinin 24.08.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, mənzil 61də yaşayır. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi məxsus AZE Seriyalı 07979465 saylı şəxsiyyət vəsiqəsində və 7E-2025 №-li, 18.09.2019-cu il tarixli etibarnamədə qeyd edilmiş Ərizəçi ilə 28.07.1992-ci il tarixli, 3432 saylı inventar işi üzrə Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində göstərilən Ərizəçi Göyçə qızının eyni şəxs olması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi məxsus AZE Seriyalı 07979465 saylı şəxsiyyət vəsiqəsində və 7E-2025 №-li, 18.09.2019-cu il tarixli etibarnamədə qeyd edilmiş Ərizəçi ilə 28.07.1992-ci il tarixli, 3432 saylı inventar işi üzrə Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində göstərilən Ərizəçi Göyçə qızının eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi məxsus AZE Seriyalı 07979465 saylı şəxsiyyət vəsiqəsində və 7E-2025 №li, 18.09.2019-cu il tarixli etibarnamədə qeyd edilmiş Ərizəçi ilə 28.07.1992-ci il tarixli, 3432 saylı inventar işi üzrə Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsində göstərilən Ərizəçi Göyçə qızının eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar