Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-793/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə bağlanmış ********* saylı, xx.xx.2019-cu il tarixli payçı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında hüquqların qeydiyyatı haqqının daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 4, blok 4, mərtəbə 9, ümumi sahəsi 60,8 kv.metrdən ibarət 2 otaqlı 72 saylı mənzilin alınması üçün Cavabdeh ilə İddiaçı MTK arasında ********* saylı, xx.xx.2019-cu il tarixli payçı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir ki, həmin çıxarışa əsasən AZ 5001, Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi 125, M9, m2 mənzili cavabdehin mülkiyyətinə keçmişdir. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və borcunu tam ödəməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanan müqavilənin etibarsız hesab edilməsi və bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində göstərilmiş müqavilənin və bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1988-ci ildə, Rusiya Federasiyası, Saratov vilayətində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 125, M9, m2 saylı mənzil xx.xx.2019-cu ildə cavabdehin adına qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2019-cu il tarixli payçı müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, 9-cu tikilmiş olan 4-cü bina, blok 4, mərtəbə 9, 2 otaqlı 72 saylı mənzili inşa edib cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə müqavilədə göstərilən müddətdə və qaydada tələb olunan bütün ödənişlərin edilməsini öhdəsinə götürmüşdür. Sumqayı “ASAN xidmət” mərkəzində notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, cavabdeh və onun həyat yoldaşı X1 şəhəri, 9-cu mikrorayon, 4-cü bina, blok 4, mərtəbə 9-da yerləşən, 2 otaqlı 72 saylı mənzildən və pay hüququndan imtina etmiş, mənzilin ipotekaya qoyulmasına və satılmasına etiraz etməmişlər. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh payçı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmçinin, cavabdeh də pay hüququndan imtina etmiş, mənzilin ipotekaya qoyulmasına və satılmasına etiraz etməmişdir. Bu səbəbdən iddiaçı payçı müqaviləsinin ləğvi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Sözügedən müqavilənin ləğv edilməsi həmin müqavilə əsasında verilmiş çıxarışın da ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı, xx.xx.2019-cu il tarixli payçı müqaviləsi və bu müqavilə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-793/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-793/2021
18.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver