Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-793/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 29 dekabr 1971-ci il tarixli, 10/1055 nömrəli orderin xx xxxx 1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş İddiaçı məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9 ünvanında yerləşən 46 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, imtina edilmişdir. Belə ki, ona ünvanlanmış 12 oktyabr 2023-cü il tarixli məktubda imtinaya əsas olaraq qeyd edilmişdir ki, müraciətinin araşdırması zamanı ərizəyə əlavə olunmuş 29 dekabr 1971-ci il tarixli, 10/1055 nömrəli orderdə qeyd olunan şəxslərin adı tam göstərilməmişdir. Məhz bu səbəbdən də ərizənin icrasından imtina edilmişdir. Bildirmək istəyir ki, orderdə yalnız soyadı tam şəkildə qeyd edilmiş, adının isə yalnız başlanğıc hərfi qeyd edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi sözügedən mənzil faktiki olaraq onun mülkiyyətində və istifadəsindədir, pasport qeydiyyatı da məhz həmin ünvanadır. Qeyd edir ki, orderdə ondan başqa adları qeyd olunan şəxslər atası, anası və bacılarıdır və onlarda vəfat etmişdir. Qeyd edir ki, bacıları ailə həyatı qurmuş və həyat yoldaşlarının soyadını qəbul etmişdirlər. Yuxarıda qeyd olunanlara əsaslanaraq faktın müəyyən edilməsi üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırkı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi mübahisəli mənzilin özəlləşdirilməsi üçün ona lazımdır. Atası-anası və bacıları rəhmətə gedib. Orderin çıxarışlarında adlar tam qeyd olunmayıb. Reyestr Xidməti də orderdə bacılarının adı oxunmadığı üçün imtina edib. Onu da bildirir ki, hazırda qeyd edilən evdə yaşayır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İİ 073820 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 454598 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 1773 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 158129 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2005-ci ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 916 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 421822 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2009-cu ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu ildə 903 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.1971-ci il tarixli, 10/1055 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9 , mənzil 46 X10 və onun ailə üzvlərinə ayrılmışdır. İş materiallarına əlavə olunmuş İV-JQ 428896 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 xx.xx.1988-ci il tarixdə Sumqayıt Nikah Evində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 849 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş İV-JQ 482561 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 xx.xx.1988-ci il tarixdə İmişli Rayon VVAQQ Şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 243 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir. İşdə olan AZB 051493 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür k, İddiaçı xx xxxx 1965-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X2, anası X1r. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, 29 dekabr 1971-ci il tarixli, 10/1055 nömrəli orderdə qeyd olunan şəxslərin adı tam göstərilmədiyindən müraciətin icrasından imtina edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X10 və onun ailə üzvləri X3, İddiaçı, X7 və Şükürova (Həsənova) Səmahət Həmid qızına Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 9 , mənzil 46 ayrılmış, bu barədə onlara xx.xx.1971-ci il tarixli, 10/1055 saylı order verilmişdir. Orderdə adları qeyd edilən şəxslərdən yalnız ərizəçi İddiaçı sağdır. Onun adı orderdə “İddiaçıH” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 29 dekabr 1971-ci il tarixli, 10/1055 nömrəli orderin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin izahatı və işdə olan digər sənədlərlə tam təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 29 dekabr 1971ci il tarixli, 10/1055 nömrəli orderin İddiaçı məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 dekabr 1971-ci il tarixli, 10/1055 nömrəli orderin İddiaçı məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-793/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-793/2024
05.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver