Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-799/2024 06.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi faktın müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1986-cı ildə ünvan 1 ünvanda yaşayır. ünvan 2asən 1 saylı Sumqayıt Tikinti Quraşdırma İdarəsində işləmiş babası X9 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20-də 51 saylı, 3 otaqlı mənzil ayrılmışdır. Babası xx.xx.2010-cu ildə, anası X11 xx.xx.2021-ci ildə, nənəsi X21 isə xx.xx.2018-ci ildə vəfat etmişlər. Mənzilin verilməsinə dair order itdiyi üçün ərizəçi Sumqayıt şəhər Arxiv İdarəsinə müraciət etmiş və ona həmin mənzilin ayrılması barədə Protokolun surəti verilmişdir. Həmin protokolda babasının ata adı səhvən «Qriqoryeviç» yazıldığı üçün ərizəçi müvafiq düzəlişin edilməsi və babasının ata adının dəyişdirilməsində «Semyonoviç» kimi qeyd olunması ilə bağlı Sumqayıt şəhər İcra hakimiyyətinə rəsmi qaydada müraciət etmiş, lakin həmin müraciətə cavab verilməmişdir. AR DƏDRX 2 saylı Sumqayıt ərazi idarəsi isə bu uyğunsuzluq səbəbindən ərizəçiyə 27 oktyabr 2023-cü ildə imtina cavabı verərək mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almamışdır. Ərizəçinin babası «X12» olduğu halda həmin protokolda babasının ata adının səhvən «Qriqoryeviç» kimi yazılması ərizəçiyə bu mənzil üzərində hüquqlarının həyata keçirilməsində, mənzili özəlləşdirməkdə çətinliklər yaradır. Buna görə də həmin protokolda aparılmış qeydin babasına məxsusluğu faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Göstərilənlərə əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20-də 51 saylı, 3 otaqlı mənzilin ayrılması barədə Sumqayıt şəhər XDS İK-nin 15 yanvar 1965-ci il tarixli 1 saylı X5 Qriqoryeviçə dair qeydin babası X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, ərizəçi mərhum X6 nəvəsidir. X1 müəllimi, həm də qonşusu olmuşdur, 2010-cu ildə rəhmətə getmişdir. Mərhumun adı, soyadı və ata adı tam olaraq X4muşdur.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, X1 qonşusu olmuşdur. Ərizəçi onun nəvəsidir. Hazırda sözügedən ünvanda nəvəsi yaşayır.
9. İş materiallarında olan xx.xx.1963-cü il tarixdə verilmiş, АЗ № 547522 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X15, anası X16.
10. İş materiallarında olan Sumqayıt şəhər VVAQD şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş Xİ-ЖГ № 439333 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, anası X3.
11. İş materiallarında olan 2 nömrəli Forma arayışdan görünür ki, X12 14 dekabr 1938-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.
12. İş materiallarında olan HЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, X17 xx.xx.1938-ci ildə Bakı şəhərində anadan olmuşdur.
13. İş materiallarında olan Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İ № 934487 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2018-ci il tarixdə infarkt olduğu dəqiqləşdirilməyən insult xəstəliyindən ölmüşdür.
14. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli ətraflı arayışından görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20/29a, mənzil 51, mənzilin yaşayış sahəsi 32,8 kv metrdir, 2 otaqdan ibarətdir, 03/330 saylı orderə əsasən xx.xx.1965-ci ildə X13 verilmişdir, ev sahibi vəfat etmişdir, həyat yoldaşı 1943-cü il təvəllüdlü X20 vəfat etmişdir, qızı 1963-cü il təvəllüdlü X11 vəfat etmişdir, oğlu 1972-ci il təvəllüdlü X18 vəfat etmişdir, nəvəsi 1986-cı il təvəllüdlü Ərizəçi 2003-cü il tarixdən qeydiyyata düşmüşdür. Hal hazırda Ərizəçi göstərilən ünvanda tək yaşayır.
15. İş materiallarında olan 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ № 346936 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə qətnaməyə əsasən ölmüş hesab edilmişdir.
16. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İİ № 346974 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2010-cu il tarixdə qaraciyər sirrozu xəstəliyindən ölmüşdür.
17. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, Ərizəçi xx.xx.2005-ci ildən etibarən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20, 51 saylı mənzildə tək olaraq qeydiyyatdadır.
18. İş materiallarında olan Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədova tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli, 5-6/1-İ-198- 091/2023 saylı məktubdan görünür ki, 1965-ci ilə dair arxiv sənədləri Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin arxivində olmadığından məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır.
19. İşin materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36/2 saylı arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər X24 İcraiyyə Komitəsinin 15 yanvar 1965-ci il tarixli, 1 saylı protokoluna əsasən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20, 51 saylı, 3 otaqlı mənzil 1960-cı ildən işləyən X7 ayrılmışdır. Ailə tərkibi 3 nəfərdən ibarətdir.
20. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3-31/2-İ-0047-8/2023 “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, təqdim edilən sənədlərin araşdırılması zamanı sözügedən mənzilə dair Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 36/2 nömrəli arxiv çıxarışında adın olmadığı və adına mənzil verilən şəxsin ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş uyğun olmalıdır. Həmin qanunun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir Bundan başqa inventarlaşdırma və ölçmə işlərinin yerinə yetirilməsi ilə idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
21. Beləliklə məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhər X24 İcraiyyə Komitəsi tərəfindən verilmiş 15 yanvar 1965-ci il tarixli, 1 saylı protokoluna əsasən X9 Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20, 51 saylı, 3 otaqlı mənzil ayrılmışdır. Ərizəçinin babasının ata adı ona məxsus sənədlərdə “Semyonoviç” kimi qeyd olunmasına baxmayaraq, 15 yanvar 1965-ci il tarixli, 1 saylı protokola əsasən ata adı səhvən “Qriqoryeviç” kimi qeyd olunmuşdur və yanlışlığın yol verildiyi qərar hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
23. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.
24. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
25. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
25. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.
26. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
27. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əsasən qeyd olunan sənədlərin texniki səhvlik nəticəsində ərizəçinin babasının ata adının Qriqoryeviç kimi yazılması müəyyən edildiyindən, səhvin düzəldilərək yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin səhvin düzəldilməsinin başqa qaydası müəyyən olunmadığından ərizə təmin edilməli, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20, 51 saylı, 3 otaqlı mənzilin ayrılması barədə Sumqayıt şəhər X24 İcraiyyə Komitəsi tərəfindən verilmiş 15 yanvar 1965-ci il tarixli, 1 saylı Protokolda X7 dair qeydin Ərizəçi babası X9 məxsus olması faktı müəyyən edilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20, 51 saylı, 3 otaqlı mənzilin ayrılması barədə Sumqayıt şəhər X24 İcraiyyə Komitəsi tərəfindən verilmiş 15 yanvar 1965-ci il tarixli, 1 saylı Protokolda X7 dair qeydin Ərizəçi babası X9 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva