Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7996/2021 15.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu İddiaçı “X4 Bankı”-nın cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı “X4 Bankı” cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 02.07.2009-cu il tarixli borc müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində 48.426.756.12 avro məbləğində əldən çıxmış faydanın cavabdehlər Cavabdeh2 və qeyrilərindən tutularaq İddiaçı “X4 Bankı”-na ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Lakin İddiaçı “X4 Bankı” Cavabdeh2 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində 48.426.756.12 avro məbləğində əldən çıxmış faydanın cavabdehlər Cavabdeh2 və qeyrilərindən tutulmasını tələb etsə də, həmin şəxsləri iddia ərizəsində cavabdeh qismində göstərməmiş, onların adlarını və poçt ünvanlarını qeyd etməmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə iddiaçının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “X4 Bankı”-nın cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov Иш № 2(060)-6949/2020 Мящкямя иъласындан кянар айрыъа просессуал щярякят барядя ПРОТОКОЛ СУМГАЙЫТ ШЯЩЯР МЯЩКЯМЯСИ Щаким Исмайылов Азяр Ибращим оьлу, Тяряфлярин иштиракı олмадан, Сумгайыт шящяр Мящкямясинин бинасында 26 noyabr 2020-ъi ил тарихдя, İddiaçı X1 cavabdeh X2 və qeyrilərinə qarşı “evə köçürülmə, yaşayış sahəsində istifadə hüququnun tanınması və qızıl-zinət əşyalarının özləri, özləri olmadıqda dəyərinin pul ilə verilməsi tələbinə” даир iddia яризясиня бахараг, мящкямя иъласындан кянар айрыъа просессуал щярякят етдиm. Просессуал щярякят саат 16:30- da башланды. İddia ərизяsinи вя iş materiallarını нязярдян кечиряряк, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması барядя гярардад гябул етдиm. Hakim:
Məhkəmə qərarları › İş №2(060)-7996/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7996/2021
15.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver