Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8/2023 05.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdeh “X6 Bankı”nın və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil4, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi, qanuni təmsilçisi Nümayəndə2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və digərlərinə qarşı ipoteka müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" MMC-yə, Cavabdeh3 və “X6 Bankı”na (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – "xxxx" MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi (hal hazırda- Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi)) “X6 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsinin etibrsız hesab edilməsi və RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-540/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə “X6 Bankı”nın "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı kredit borcunun tutulması tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraat dayandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh3 qarşı “borcun qaytarılması və digər” tələbi barədə ilkin iddiası, "xxxx" MMC və Cavabdeh3 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1383/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. İşin müəyyən edilmiş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı "xxxx" MMC-yə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 7 547 750 manat əsas borc, 9 057 300 manat dəbbə pulu olmaqla, cəmi 16 605 050 manat pulun tutulması, borcun əvəzinin Cavabdeh3 mülkiyyətindəki əmlaka yönəldilməsi, eyni zamanda tutmanın ünvan 9, 3014-cü məhəllədə "xxxx" MMC-nin inşa etdiyi 73 768,32 kv.m. ümumi sahəsi olan 25 mərtəbəli binaya və Cavabdeh3 "xxxx" MMC-dəki 100% payına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC və Cavabdeh3 də İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı ilə "xxxx" MMC arasında 2009-cu il iyulun 02-də bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMCdən və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7 547 750 manat və dəbbə pulu üzrə 1 000 000 manat olmaqla cəmi 8 547 750 manatın tutulması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən “X6 Bankı” və "xxxx" MMC xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli qərardaddan xx.xx.2021-ci il tarixdə kassasiya şikayəti verərək, qərardadın ləğv edilib apellyasiya şikayətlərinin mümkün hesab edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı xx.xx.2021-ci il tarixli qərardaddan verdiyi kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli qərardaddan kassasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması barədə ərizəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixli qərardaddan verdiyi kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi, işin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması barədə ərizəyə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı verdiyi kassasiya şikayəti qaytarılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli tarixli qərardadı ləğv olunaraq eyni məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin eyni iş üzrə xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, xx.xx.2021-ci il tarixli qərardaddan İddiaçı verdiyi kassasiya şikayəti baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 may 2021 -ci il tarixli qərardadının ləğv olunması, işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsindən “X2 Bankı” və "xxxx" MMC-nin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan digər şəxs qismində apellyasiyalarının mümkünlüyünün yoxlanılması məsələsinə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4331/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən “X6 Bankı” və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, “X6 Bankı”nın və "xxxx" MMC-nin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və işin apellyasiya baxışından çıxarılaraq şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3432/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin qaytarılması üçün iş apellyasiya məhkəməsinə qaytarılmışdır. Eyni zamanda iş üzrə müəyyən edilmişdir ki, “X5 Bankı” cavabdehlər “El.SƏ.Nİ" MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə, sonradan iddia ərizəsinə dəyişiklik barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, kredit müqaviləsinə əsasən əsas borc üzrə 48 734 005,73 avro, faizlər üzrə 31 769 268,39 avro, cərimə üzrə 207 986,05 avro olmaqla ümumilikdə 80 711 260,19 avro məbləğində vəəsaitin, eləcə də 2019-cu il 31 may tarixindən etibarən həmin vəsaitin ödəniləcəyi tarixədək gecikdirilmiş hər bir günə görə 14 890,95 avro məbləğində dəbbə pulunun tutularaq iddiaçıya ödənilməsi, borcun tutulmasının "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116,3 m2 olan 24 mərtəbəli 2 girişli yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına "xxxx" MMC-nin iddiaçıya olan borcunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2020-ci il 6 fevral tarixində işin birinci instansiya məhkəməsi baxışı mərhələsində tərəflər məhkəməyə müraciət edərək, öz aralarında barışığa gəldiklərini, borcun bir hissəsinin müstəqil auditor hesabatı ilə 31 075 000 manat məbləğində qiymətləndirildiyini, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58.116,3 m2 olan 24 mərtəbəli 2 girişli yaşayış binası ilə əvəzləşdirilməsinə dair barışıq sazişi imzaladıqlarını bildirmiş, həmin barışıq sazişinin şərtlərinin təsdiq olunmasını məhkəmədən xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-424/2020 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020ci il tarixli, 2-2(103)-518/2020 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-267/2021 saylı qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsindən imtina olunmuş, məhkəmənin eyni tarixli digər qərardadı ilə iddia ərizəsi tutmanın "xxxx" MMC-nin nizamnamə kapitalındakı 100% paylara yönəldilməsi, payların hərracda satılması və satışdan əldə olunan vəsaitin hesabına “Eİ.SƏ.Nl”-nin iddiaçıya olan borcunun ödənilməsi hissəsində baxılmamış saxlanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-1267/2021 saylı qətnaməsi ilə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-139/2022 saylı qərardadı ilə barışıq sazişi ilk dörd bənddə təsdiq edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(113)-1267/2021 saylı qətnaməsi ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-278/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il qərardadı ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-778/2022 saylı qətnaməsi ilə iddiaçı və "xxxx" tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-144/2023 saylı qərarı ilə “X6 Bankı”nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-2(103)-778/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş üzrə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, “X6 Bankı” ilə "xxxx" MMC (onun adından Cavabdeh3) arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, müqavilə Cavabdeh3 xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi üçün bağlanır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus olan ünvan 2 ünvanında yerləşən 0,4358 hektar torpaq sahəsindəki, ümumi sahəsi 58116,3 kv.metr olan, 24 mərtəbəli, 2 girişli yaşayış binası ipoteka ilə yüklü edilmişdir. “X6 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən Bakı şəhəri yaşayış, kommersiya və biznes kompleksinin tikintisi üzrə "xxxx" MMC ilə podratçı arasında bağlanmış 59 246 908 avro məbləğində layihənin həyata keçirilməsi üçün “X6 Bankı” layihənin 85%-nin maliyyələşməsini öz üzərinə götürür. Həmin müqavilədə ödəniş müddəti 36 ay müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmış nizamnaməsində MMC-nin təsisçisinin Cavabdeh3 olduğu göstərilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0,07752 hektar torpaq sahəsi xx.xx.2009-cu ildən, MA seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 264,8 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2009-cu ildən, MA seriyalı, ******* saylı çıxarış aəsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 266,3 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2009-cu ildən "xxxx" MMC-nin mülkiyyətindədir. İddiaçılə "xxxx" MMC-nin təsisçisi kimi Cavabdeh3 arasında bağlanmış xx.xx.2019cu il tarixli borc müqaviləsində İddiaçı tərəfindən Cavabdeh3 7 547 750 manat məbləğində borc verilməsi və borc məbləğinin xx.xx.2010-cu ilə kimi qaytarılmalı olması razılaşdırılmışdır. "xxxx" MMC-nin təsisçisi Cavabdeh3lə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli payın alqı-satqısı barədə müqaviləyə əsasən Cavabdeh3 "xxxx" MMC-nin nizamnamə kapitalında ona məxsus olan 100 faiz payı "xxxx" MMC-yə satmışdır. "xxxx" MMC-nin nizamnaməsinə edilmiş xx.xx.2016-cı il tarixli dəyişikliyə əsasən MMC-nin təsisçisi və nizamnamə kapitalında 100 faiz paya sahib olan "xxxx" MMC-dir. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2010-cu ildə, Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası və 0,144 hektar torpaq sahəsi xx.xx.2010-cu ildə, daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası və 0,2143 hektar torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası xx.xx.2018-ci il tarixində “X6 Bankı”nın xeyrinə ipoteka ilə yüklü edilmişdir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına ünvan 2 ünvan nömrəsi təyin edilmişdir. “X6 Bankı” ilə "xxxx" MMC (onun adından Cavabdeh3) arasında bağlanmış xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, müqavilə xx.xx.2009-cu il tarixli, kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi üçün bağlanır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus olan ünvan 3 ünvanında yerləşən 0,07752 hektar torpaq sahəsi, həmin ünvanda yerləşən ümumi sahəsi 266,3 kv.metr olan, birmərtəbəli qeyri-yaşayış binası və onun altında yerləşən 0,144 hektar torpaq sahəsi “X6 Bankı”nın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan "xxxx" MMC-nin direktorunun Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 6 ünvanda inşa olunan 2 girişli, 24 mərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək üçün, “X6 Bankı” və "xxxx" MMC arasında bağlanmış 880/M/AZE/l 1 saylı, 21 noyabr 2009-cu il tarixli kredit müqaviləsinə əsasən tikinti işlərinin davam etdirilməsi üçün “X6 Bankı” ‘“El.Sə.Ni." MMC və "xxxx" MMC arasında bağlanmış üçtərəfli müqavilələrə əsasən X8 Bakı filialı vasitəsilə xx.xx.2017-ci il tarixli üçtərəfli müqavilə, xx.xx.2018-ci il tarixli üçtərəfli müqavilə və xx.xx.2018-ci il tarixli üçtərəfli müqavilə və ona əlavələrə uyğun olaraq “Nəsim Bakı” layihəsi üzrə xx.xx.2021-ci il tarixə qədər olan dövr üçün, tikinti quraşdırma işləri üçün, əmək haqqı və digər xərclər üçün "xxxx" MMC-nin kassasına nağd şəkildə 478271,18 manat, "xxxx" MMC-nin X8 Bakı Filialındakı hesabına köçürmə yolu ilə 3 580412.67 manat olmaqla ümumilikdə 4058683,85 manat pul vəsaiti daxil olmuş və həmin vəsait “Nəsim Bakı” layihəsilə bağlı xərclərə sərf olunmuşdur. İş materiallarına “X6 Bankı”, "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli üçtərəfli müqavilənin surəti əlavə edilmişdir. İşdə olan İddiaçı, Cavabdeh3 və digərləri arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1 nömrəli protokolda tərəflər razılaşmışlar ki, “X6 Bankı” və "xxxx" MMC arasında bağlanmış bütün müqavilələri, aktları və sazişləri qəbul edirlər.xx.xx.2013-cü il tarixli müqavilədə qeyd olunan torpaq payların girov qoyulması barədə ipoteka sənədləri və güzəştli kredit müqavilələri mötəbər sayılır. İddiaçı və digərləri bildirirlər ki, gələcəkdə həmin müqavilələrlə bağlı heç bir iddia qaldırmayacaqlar. İddiaçının əsas dəlilləri ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixli müqavilə uydurma əqddir, həmin müqavilənin bağlamaqda məqsəd tamamilə fərqlidir, yəni İddiaçı məhkəmə qətnaməsi ilə ödənilməli olan pulun verilməsindən yayınmaqdır. İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh3 qarşı "borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə hələ 2013-cü ildə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən, tutmanın məhz ünvan 2 ünvanında yerləşən yaşayış binasına yönəldilməsini xahiş etmiş, lakin iddia təmin edilməmişdir. Digər tərəfdən sonradan icra şöbəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cu il tarxli qətnaməsini icra edərəkən "xxxx" MMC və Cavabdeh3 əmlak vəziyyəti ilə bağlı sorğular vermiş, bu zaman cavabdehlər qətnamənin icrası ilə bağlı mülkiyyətlərindəki əmlaklara yönəlmələr olacağını bilmişlər və məhz bu səbəbdən də "X5 Bankı" ilə aralarındakı 2009-cu il tarixli kredit müqaviləsinin təminantı kimi 2017-ci ilin sonunda, təxminən 8-9 il sonra formal olaraq ipoteka müqaviləsi bağlamışlar. İcra prosesində "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən yaşayış binasının üzərinə Nəsimi rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(008)- 565/2018 saylı və xx.xx.2018-ci il tarixli, 8(008)-565/2018 saylı qərardadları ilə həbs qoyularaq ixtisaslaşdırılmış hərrac təşkilatında hərraca çıxarılmış, o zaman "X5 Bankı", "xxxx" MMC, "xxxx" MMC və Cavabdeh3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 208/2014 saylı, 10 fevral 2014-cu il tarxli qətnaməsindən aidiyyəti olmadan şikayətlər verərək, həmin ipoteka müqaviləsini ön plana çəkmişlər. Halbuki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(008)-565/2018 saylı və xx.xx.2018-ci il tarixli, 8(008)-565/2018 saylı qərardadları (həbslə bağlı) cavabdehlər tərəfindən dəfələrlə mübahisələndirilmiş, lakin nədənsə heç vaxt üzərinə həbs qoyulmuş əmlakların ipoteka ilə yüklü olması bildirilməmişdir. Qeyd olunan qərardadlar mübahisələndirilərkən həmin yaşayış binasının "X5 Bankı"nın xeyrinə yüklü edildiyini deyil, həmin əmlakların xx.xx.2014-cü il tarixdə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin müvafiq aktı ilə İran İslam Respublikasının 115 saylı X7 İnşası Şirkətinə verildiyini bildirmələri qeyd olunan ipoteka müqaviləsinin formal xarakter daşıdığını göstərməkdədir. "X5 Bankı" Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmir, qeyri-rezident olduğuna görə Azərbaycan Respublikası ərazisində torpaq sahəsinə malik ola bilməz, ümumiyyətlə, güzəştli kredit müqaviləsi və bankın təsis sənədləri notariat işinə əlavə edilməmişdir. Əmlaka çıxarış alındıqdan bir həftə sonra belə bir müqavilə imzalanmış, müqavilədə tərcüməçi kimi, Nümayəndə2 qeyd edilmişdir, hansı ki, Nümayəndə2 "xxxx" MMC-nin direktoru, "xxxx" MMC həmçinin "xxxx" MMC-nin təsisçisidir. Nümayəndə2 digər məhkəmə proseslərində (həmçinin icra prosesində) "X5 Bankı"nın səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Buradan da aydın olur ki, əslin mübahisəldirilən müqavilə başqa məqsədlərə xidmət edir, onun hüquqi nəticəsi isə birbaşa İddiaçı subyektiv marağına toxunur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi, qanuni təmsilçisi Nümayəndə2 iddiaya etiraz ərizəsində göstərmişdir ki, iddiaçı tərəfindən qüvvəsini itirmiş məhkəmə qərarlarından başqa heç bir əsaslı və tutarlı fakt təqdim olunmamışdır. İddiaçının iddia ərizəsində qeyd olunan predmetlə bağlı iddia qaldırmaq üçün hüç bir subyektiv hüququ yoxdur. İddiaçı “X6 Bankı” və “EL.SƏ.Nİ" MMC arasında 2017-ci ildə bağlanmış ipoteka müqaviləsini mübahisələndirən zaman izi azdırmaq niyyətilə iddia ərizəsində həmin əmlakın hələ 2010-cu ildən etibarən kredit öhdəliklərinin təminatı olaraq “X6 Bankı”nın xeyrinə ipotekaya qoyulduğunu məhkəmədən qəsdən gizlətmişdir. Belə ki, 2010-cu ildə bağlanmış ipoteka müqaviləsindən irəli gələn öhdəliklərə görə ipotekaya qoyan tərəf gələcəkdə ipoteka predmeti üzərində inşa ediləcək binanı qeydiyyatdan keçirməli və ipotekaya qoymalıdır. Məhz bu öhdəliyin icrası məqsədilə birinci müqavilənin şərtlərinə görə 2017-ci ildə ipotekada olan torpaq üzərində inşa edilmiş binanın yarımçıq tikili kimi qeydiyyatdan keçirilərək təkrar ipotekaya qoyulmuşdur. Buradan belə qənaətə gəlmək olur ki, iddiaçı əvvəlcədən ilkin və sonrakı ipoteka müqaviləsi barədə məlumatı olmuşdur. Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(102)-2385/2015 nömrəli qərarının əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı hala 2010-cu ildə “X6 Bankı” va "xxxx" MMC arasında adı çəkilən daşınmaz amlakın hala 2010-cu ildən etibarən kredit öhdəliklərinin təminatı olaraq ipotekaya qoyulduğu barədə məlumatı olmuşdur. İddiaçı Cavabdeh3lə, X1 Bankının nümayəndələri, "xxxx" MMC-nin nümayəndəsinin iştirakı ilə 2014-cü ilin avqust ayında keçirilmiş görüşdə üzərinə müəyyən öhdəliklər götürmüşlər. İddiaçı ipoteka müqaviləsi barədə məlumatlı olduğu digər sənədlərdə də əksini tapmışdır. Misal üçün payla bağlı İddiaçı Cavabdeh3 və qeyrilərinə qarşı məhkəmə çəkişmələrində İddiaçı xx.xx.2016-cı il tarixli kassasiya şikayətində də yuxarıda qeyd edilən məqamlar ətraflı şəkildə təsdiq olunmuşdur. İddiaçı “X1 Bankı” və "xxxx" MMC arasında mövcud olan kredit və ipoteka münasibətlərindən xəbərdar olmuş və hətta 2014-cü ildə imzaladağı protokolda belə qeyd olunan kredit və ipoteka müqavilələrini təsdiqləmiş və qəbul etmişdir. Qeyd olunan protokoldan da göründüyü kimi İddiaçı "xxxx" MMC-nin əmlakının ipotekaya qoyulmasını özünün protokolda imzası ilə təsdiq etdiyi kimi 2014-cü ildə bilmiş və qəbul etmişdir. Nəsimi Rayon Məhkəməsinin icraatında olan 8(008)- 565/2018 saylı işdə "xxxx" MMC və X1 Bankı nə cavabdeh nə də maraqlı şəxs kimi işə cəlb olunmamışdır. Həbslə bağlı iddia ilə əlaqədar işdə iştirak edən Cavabdeh3 tərəfindən qanunsuz və əsassız olaraq təsisçi "xxxx" MMC-yə və ipoteka saxlayan tərəf olan “X1 Bankı” na məlumat verilməmişdir. Eyni zamanda "xxxx" MMC ilə 115 Yol İnşaatı və Tikinti Şirkəti arasında podrat münasibətlərinin olması həm tərəflərin izahatları, həm ödəniş sənədləri, həm də işin 3-cü cildinin 39-103-cü vərəqələrində olan gömrük sənədlərinin surətləri ilə təsdiq olunur. Həmin sənədlərdən müəyyən edilir ki, 2010-2012-ci illərdə 115 Yol İnşaatı və Tikinti Şirkəti tərəfindən EL.SƏ.Nİ” MMC-nin adına müxtəlif mallar idxal edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 yanvar 2013-cü il tarixli qərardadı ilə İran İslam Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş ərizə təmin edilərək, İran İslam Respublikasının Tehran şəhəri Şəhid Sədr adına Məhkəmələr Kompleksinin 37 saylı Ümumi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icra edilməsi, Hakimlər Heyətinin xx.xx.2012 və xx.xx.2012-ci il tarixli qərarları iddiaçı İran İslam Respublikasının 115 saylı X7 İnşası Şirkəti ilə cavabdeh Azərbaycan Respublikasının "xxxx" MMC arasında imzalanmış “Nəsimi” ticarət, yaşayış və ofislər üçün nəzərdə tutulmuş 25 mərtəbəli binanın inşası haqqında” 105-B-2008 saylı xx.xx.2008-ci il tarixli podrat müqaviləsinin tərkib hissəsi olan X3 48-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır. Daha sonra Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, ********** avro məbləğində borcun "xxxx" MMC-yə məxsus tikinti materialları, o cümlədən quraşdırılmış Metal konstruksiyaya və tikintisi yarımçıq qalan 2 bloklu binanın üzərinə həb qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon məhkəməsinin 8(005)-1097/2013 saylı, 10 iyun 2013-cü tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. İcra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1097/2013 saylı qərardadına əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 4, 3014 məhəllədə yerləşən tikinti materialları və tikintisi yarımçıq qalan iki bloklu binanın üzərinə həbs qoyulmuş və tələb həmin əmlaklara yönəldilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru İlyas Cəfərovun 30 noyabr 2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat xitam verilmişdir. Əmlaka həbs qoyulmuş və hərraca çıxarılmışdır. Daha sonra əmlak tələbkara təklif edilmiş və təhvil alınmışdır. Daha sonra isə tələbkarın pulu X1 bankının kredit vəsaiti hesabına ödənilmiş və həbs götürülmüşdür. Podrat müqaviləsi üzrə tikinti işlərinin icrası prosesindən "EL.SƏ.Nİ” MMC və podratçı 115 Şirkəti arasında mövcud münasibətlər indiyə qədər müxtəlif məhkəmə aktlarında öz təsdiqini tapmış və bu aktlar birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsində iddiaya baxılan zaman təqdim olunmuş və iş materiallarına əlavə edilmişdir. Cavabdeh “X6 Bankı”nın və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil4 tələbə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən ipoteka müqaviləsi 2010-cu ildə dövlət reyestrində qeydə alınmışdır. “X5 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 880/M/AZU11 saylı kredit müqaviləsinin icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən torpaq sahəsi və qeyri-yaşayış sahələri “X5 Bankı” ilə "xxxx" MMC arasında xx.xx.2010-cu tarixində bağlanmış ilkin ipoteka müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixində yüklü edilərək dövlət qeydiyyatına alınmışdır. İddiaçı 2010-cu il tarixli ipoteka müqaviləsi barədə məlumatının olmaması həqiqəti əks etdirmir. Belə ki, 21 avqust 2014-cü il tarixdə İddiaçı və Cavabdeh3 iştirakı keçirilmiş iclasın protokolu təsdiq edir ki, İddiaçı 2010-cu il tarixli ipoteka müqaviləsindən xəbərdar idi. "xxxx" MMC ilə “X5 Bankı” arasında bağlanmış 2017-ci il tarixli təkrar ipoteka müqaviləsi xx.xx.2010-cu il tarixində bağlanmış ilkin ipoteka müqaviləsinin davamıdır. Belə ki, 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlandıqdan sonra tikinti işləri yenidən başlanmış və "xxxx" MMC, "xxxx" MMC və “X5 Bankı” arasında bağlanmış üçtərəfli müqavilələrlə tikinti işləri "xxxx" MMC tərəfindən davam etdirilmişdir. İpoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi İddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tululmuş 1 illik kəsici müddət ötürülməklə verilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil3 tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “X6 Bankı” və "xxxx" MMC arasında 2017-ci ildə bağlanmış ipoteka müqaviləsini mübahisələndirən zaman izi azdırmaq niyyətilə iddia ərizəsində həmin əmlakın hələ 2010-cu ildən etibarən kredit öhdəliklərinin təminatı olaraq “X6 Bankı”nın xeyrinə ipotekaya qoyulduğunu məhkəmədən qəsdən gizlətmişdir. Belə ki, 2010-cu ildə bağlanmış ipoteka müqaviləsindən irəli gələn öhdəliklərə görə ipotekaya qoyan tərəf gələcəkdə ipoteka predmeti üzərində inşa ediləcək binanı qeydiyyatdan keçirməli və ipotekaya qoymalıdır. Məhz bu öhdəliyin icrası məqsədilə birinci mıqavilənin şərtlərinə görə 2017-ci ildə ipotekada olan torpaq üzərində inşa edilmiş binanın yarımçıq tikili kimi qeydiyyatdan keçirilərək təkrar ipotekaya qoyulmuşdur. İpoteka faktı dəfələrlə sənəd və sübutlarla məhkəməyə təqdim edilmiş və hətta "xxxx" MMC-nin digər məhkəmə işlərində öz təsdiqini tapmışdır. Buradan belə qənaətə gəlmək olur ki, iddiaçı əvvəlcədən ilkin və sonrakı ipoteka mıüqaviləsi barədə məlumatı olmuşdur. Belə ki, Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli, 2(102)-2385/2015 nömrəli qərarının əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı hələ 2010-cu ildə “X6 Bankı” və "xxxx" MMC arasında adı çəkilən daşınmaz əmlakın hələ 2010-cu ildən etibarən kredit öhdəliklərinin təminatı olaraq X1 Bankının xeyrinə ipotekaya qoyulduğu barədə məlumatı olmuşdur. Bu barədə İddiaçı vəkili izahat verərək İddiaçı Cavabdeh3lə görüşdə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Hətta həmin görüşün gedişatı protokollaşdırılaraq tərəflər, o cümlədən İddiaçı onu imzalamışlar. İddiaçı ipoteka müqaviləsi barədə məlumatlı olduğu digər sənədlərdə də əksini tapmışdır. İş materiallarından görünür ki, hazırda mübahisələndirilən “X1 Bankı” və "xxxx" MMC arasında 2017-ci ilin dekabr ayında bağlanmış ipoteka müqaviləsi eyni tərəflər arasında 2010-cu ildə bağlanmış ilkin ipoteka müqaviləsinə münasibətdə sonrakı ipoteka müqaviləsidir. Sonrakı, yəni 2017-ci ilin dekabr ayında bağlanmış ipoteka müqaviləsinin icrasına 2018-ci ilin yanvar ayında başlanmış və ipotekaya qoyulmuş daşınmaz əmlaka dair yüklülük çıxarışı alınmışdır. İddiaçı isə bu barədə hələ 2010-cu ildə bağlanmış ilkin ipoteka müqaviləsindən xəbərdar olmasına və bu müqavilənin davamı olan 2017-ci ilin dekabr ayında bağlanmış sonrakı ipoteka müqaviləsi barədə bildiyi və ya bilməli olduğuna baxmayaraq, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə, yəni 2 il 9 aydan sonra müraciət olunmuşdur. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, “X6 Bankı” ilə El.Sə.Ni” MMC arasında uzun müddət davam edən məhkəmə mübahisələri zamanı həmin tərəflər arasında kredit münasibətlərinin mövcudluğu və pul vəsaitinin verilməsi sübuta yetirilməmişdir. Ümumiyyətlə, belə bir pul vəsaiti mövcud olmamışdır. Müqavilə süni şəkildə formalaşdırılmış, pulun verilməsi məhkəmə qərarları ilə də təsdiq edilməmişdir. İpoteka müqaviləsi əsassızdır. Verilməmiş pul vəsaiti üzərində hər hansı bir əmlakın yüklü edilməsindən söhbət gedə bilməz. İddiaçı tərəfindən mübahisələndirilən ipoteka müqaviləsi 2017-ci ildə bağlanmış müqavilədir. İddiaçı həmin müqavilənin mövcudluğundan yuxarıda qeyd edilən məhkəmə mübahisəsi gedən zaman xəbərdar olmuşdur. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “X6 Bankı”nın və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin vəkili Vəkil4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. İddiaçı mübahisələndirdiyi müqavilə üzrə tərəf deyil. Sözügedən müqavilə onun üçün heç bir hüquq və vəzifə yaratmır. İddiaçının təkcə istinad etdiyi Nəsimi Rayon Məhkəməsinin müvafiq qərardadı olmuşdur. Həmin qərardad isə ləğv olunmuşdur və hazırda qüvvədə deyil. İpotekada olan əmlaka məhkəmə hər hansı bir tutma yönəldə bilməz. Digər tərəfdən müqavilənin etibarsızlığı barədə qanunda konkret hallar nəzərdə tutulmuşdur. İddiaçı isə həmin halların heç birinə istinad edə bilmir. Bu faktları təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilməmişdir. İpoteka müqaviləsi əsas yox, əlavə müqavilədir. Əsas müqavilə olan kredit müqaviləsinin etibarsızlığı barədə isə iddia qaldırılmayıb. Yəni, həmin müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmə aktı mövcud deyildir. Sözügedən kredit müqaviləsi qüvvədədir. Kredit müqaviləsi qüvvədə ola-ola əlavə müqavilə kimi ipoteka müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmaq absurddur. İddiaçı hələ 2010-cu ildə bağlanmış ipoteka müqaviləsindən məlumatlı olmuşdur. 2017-ci ildə bağlanmış ipoteka müqaviləsi isə həmin müqavilənin davamıdır. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbinin verilməsi üçün müəyyən edilmiş müddəti buraxmışdır. Qeyd edilənlərə əsasən vəkil iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi, qanuni təmsilçisi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbi Nəsimi Rayon Məhkəməsinin 2014-cü ildə qəbul edilmiş müvafiq qətnaməsi üzərində qurulmuşdur. Həmin qətnamədən də aydın olur ki, əmlakla bağlı hər hansı bir qərar qəbul edilməmişdir. İddiaçının 6 milyon avro məbləğində pul vəsaitini Rusiya Federasiyasından Azərbaycana necə gətirməsi sual doğurur. Müvafiq materiallarla bağlı Nəsimi Rayon Polis İdarəsində istintaq aparılmış, müvafiq sorğular verilmişdir. Həmin materiallardan da müəyyən edilir ki, iddiaçı tərəfindən ölkəyə 10.000 ABŞ dollarından çox pul gətirilməmişdir. Ümumiyyətlə, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. İddiaçı ipoteka müqaviləsi üzrə tərəf deyil. Borc əmlaka yönəldilmiş, iddiaçının və onun nümayəndəsinin ərizələri əsasında əmlak üzərindən həbs dəfələrlə götürülmüşdür. Bununla bağlı məhkəmə qərardadları var. Qanunvericilikdə müqavilənin etibarsızlığı barədə konkret hallar nəzərdə tutulmuşdur. İpoteka müqaviləsinin etibarsızlığını təsdiq edən hallar sübut edilmir. Digər tərəfdən də hazırkı mübahisəyə kəsici müddət tətbiq edilməlidir. Belə ki, iddiaçı həmin müddəti ötürmüşdür. İddiaçının ipoteka müqaviləsindən məlumatı olmuş, lakin bir illik kəsici müddəti buraxmaqla məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin vəkili Vəkil3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxx" MMC "xxxx" MMC-nin təsisçisi olmaqla, bilavasitə işə aidiyyəti olan hüquqi şəxsdir. İş materiallarına gömrük sənədləri əlavə edilmişdir. Həmin sənədlərdən də təsdiq edilir ki, İrandan dəmir konstruksiyalar sifariş olunmuş və podrat şirkəti tərəfindən Azərbaycan gətirilmişdir. Kredit İran Bankı tərəfindən "xxxx" MMC-nin razılığı ilə podrat şirkətinə verilmişdir. Sözügedən kredit müqaviləsinin davamı olaraq “X6 Bankı”, "xxxx" MMC və "xxxx" MMC arasında üçtərəfli müqavilə imzalanmışdır. Bank pul ayırmış, "xxxx" MMC-nin nəzarəti ilə "xxxx" MMC tikintini davam etdirmişdir. Həmin müqavilə ilə 2022-ci ilə qədər tikinti işləri yekunlaşdırılmalı idi. Birbaşa “X6 Bankı” tərəfindən pul Azərbaycana, "xxxx" MMC-nin hesaba daxil olmuşdur. Pul vəsaiti hissə-hissə "xxxx" MMC-yə verilib. "xxxx" MMC də həmin puldan təyinatı üzrə istifadə etmiş və "xxxx" MMC-yə bununla bağlı “forma-2” təqdim etmişdir. İpoteka müqaviləsindən də iddiaçının xəbəri olmuşdur. Sözügedən torpaq ipotekaya qoyulmuşdur. Müqavilədə də qeyd edilmişdir ki, torpaq üzərində gələcəkdə tikiləcək 24 mərtəbəli bina ipotekaya qoyulmalıdır. Qeyd edilənlərə əsasən vəkil iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3.). Yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi etibarsız əqdlər iki qrupa: mübahisələndirilən və əhəmiyyətsiz əqdlərə bölünmüşdür. Əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq etibarsız əqdlərdir. Mübahisələndirilən əqdlər isə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Mülki Məcəllədə etibarsız əqdlərin bir qismi mübahisələndirilən, bir qismi isə əhəmiyyətsiz əqdlərə aid edilmişdir. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə "xxxx" MMCdən və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə 8 547 750 manatın tutulması qət edildiyindən, "xxxx" MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış binasına tutmanın yönəldilməsinin qarşısının alınması üçün həmin əmlak “X6 Bankı” qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsi bağlanarkən müqavilə tərəflərinin iradə ifadəsi ona uyğun hüquqi nəticələr yaratmaq olmamışdır. Yəni, həmin ipoteka müqaviləsi uydurma əqddir. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.). Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur (269.5.). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur (10.1). Əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir (48.1.2.). “X5 Bankı”nın cavabdehlər “El.SƏ.Nİ" MMC və "xxxx" MMC-yə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-778/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, göründüyü kimi, kredit müqaviləsi üzrə kredit alan şəxsin borcu qaytarmaq öhdəliyinin yaranması üçün ilk növbədə kredit verən tərəfindən kredit müqaviləsinin predmeti olan pul vəsaitinin kredit alanın mülkiyyətinə verilməsi əsas şərtdir. Hazırki işdə isə kredit məbləğinin nağd şəkildə borc alan "xxxx" MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi halı öz təsdiqini tapmır. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normalarının tələblərinə əsaslanaraq qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə pul vəsaitinin bir hissəsinin cavabdehə, bir hissəsinin isə onun xahişi ilə podratçı olan şirkətlərə ödənildiyini bildirsə də, onun tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallar ümumi şəkildə qeyd olunmuş, konkret olaraq iddia olunan pul vəsaitinin nə qədər hissəsinin “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasına gətirilməsinə aydınlıq gətirilməmişdir. İşin qeyd olunan halı ilə bağlı birinci intansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kredit məbləğinin nağd şəkildə borc alan "xxxx" MMC-yə və ya müqavilədə vəsaitin ödənilməli olduğu şəxs qismində göstərilmiş “115 Construction Co” şirkətinə verilməsi və ya nağdsız formada sözügedən hüquqi şəxslərin bank hesablarına köçürülməklə onların sərəncamına verilməsi işin materiallarına əsasən müəyyən edilmir. İddiaçının iddia etdiyi pul vəsaitinin həqiqətən verilməsini sübuta yetirmək üçün məhkəməyə təqdim etdiyi «maliyyə sənədləri»nə münasibətdə isə qeyd olunmalıdır ki, həmin sənədlər ziddiyyətli olmaqla yanaşı, nağdsız hesablaşmaların aparılmasını təsdiq edən ümumi qəbul edilmiş sənədlər olaraq tərtib olunmuşdur. Həmin sənədlər İran İslam Respublikasının Xarici işlər Nazirliyi tərəfindən leqallaşdırılmış, rəsmi tərcümə olunmuş və Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin Konsulluq Şöbəsi tərəfindən təsdiq edilsə də, təkcə formasına görə deyil, həm də məzmunu ilə bağlı iddiaçı tərəfin iddia etdiyi məbləğdə pul vəsaitinin verilməsini təsdiqləmir və buna görə də iddia tələbinin təmin olunması üçün yetərli sübutlar sayılmır. Kollegiya onu da qeyd edir ki, sözügedən “maliyyə sənədləri”nin hazırkı işə aidliyi müəyyən olunarkən nəzərə alınmalıdır ki, iddiaçı maliyyə sənədlərinə əsasən 44 milyon avro məbləğindən artıq vəsaitin cavabdeh "xxxx" MMC-nin öhdəliklərinə görə 115 Yol İnşaatı və Tikinti Şirkətinə və İran İslam Respublikasının ayrı-ayrı hüquqi şəxslərinə ödənildiyini göstərmişdir. Bununla belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2013-cü il 09 yanvar tarixli qərardadından aydın olur ki, "xxxx" MMC-nin 115 Yol inşaatı və Tikinti Şirkəti qarşısında öhdəliyi icra olunma qalmış və bu səbəbdən İran İslam Respublikasında 2012-ci il 18 iyul tarixli qərar qəbul edilmişdir. Beləliklə, iddiaçının iddia etdiyi vəsaitin bank qanunvericiliyinin tələblərinə uyğun olaraq borcalanın kredit müqaviləsi üzrə hesabına daxil olduğu iş üzrə müəyyən edilmədiyindən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri pozulmuş sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli kredit müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmadığından kredit borcunun qaytarılması ilə bağlı iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. Qeyd edilən xüsusatlar Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-778/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 144/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında “X5 Bankı” ilə cavabdeh “El.SƏ.Nİ" MMC arasında xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən hər hansı kredit məbləğinin ödənilmədiyi, yəni tərəflər arasında kredit öhdəliyinin yaranmadığı müəyyən edilmişdir. MPM-də göstərilmişdir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3.). Beləliklə xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən müqavilə tərəfləri arasında kredit öhdəliyinin yaranmadığı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edildiyindən məhkəmə tərəfindən həmin məsələ üzrə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsi isə "xxxx" MMC-nin məhz xx.xx.2009-cu il tarixli, 880/M/AZE11 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü kredit öhdəliyinin təminatı olaraq bağlanmışdır. xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsinin təminat verdiyi əsas (kredit) öhdəlik mövcud olmadığı üçün ipoteka müqaviləsi özü-özlüyündə etibarsız (əhəmiyyətsiz) əqddir. Çünki həmin müqavilə bağlanarkən tərəflərin həqiqi niyyəti ona uyğun hüquqi nəticələr yaratmaq olmamışdır. Cavabdeh tərəfin əsas dəlillərindən biri ondan ibarətdir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında hüquqi mövqelərdən biri belə olmuşdur ki, göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. İşin yuxarıda qeyd edilən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC-dən və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə əsas borc üzrə 7 547 750 manat və dəbbə pulu üzrə 1 000 000 manat olmaqla cəmi 8 547 750 manatın tutulması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən “X6 Bankı” və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı həmin məhkəmənin 103)-4331/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3432/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadından "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və kassasiya şikayətinin qaytarılması üçün iş apellyasiya məhkəməsinə qaytarılmışdır. Yəni, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsi hal-hazırda qüvvədədir. İddiaçının da əsas dəlili ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsi mövcud olduğu müddətdə həmin qətnamə ilə tutulmalı olan borc məbləği "xxxx" MMC-nin mülkiyyətində olan və həmin müqaviləyə əsasən ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməyəcəkdir. Yəni, iddiaçı həmin ipoteka müqaviləsinin etibarsız hesab edilməsində maraqlı olan şəxsdir. Bu səbəbdən məhkəmə cavabdehin və üçüncü şəxslərin iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmaması barədə dəlillərini əsassız hesab edir. Cavabdehlərin və üçüncü şəxsin digər dəlili isə tələb üzrə müddətin keçməsi ilə bağlıdır. Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddianın verilməsi üçün müəyyən edilmiş müddət kəsici müddətdir. Cavabdeh tərəf hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsi xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinin davamı olaraq bağlanmışdır. İddiaçı xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsindən məlumatlı olmuşdur. Buna baxmayaraq iddiaçı hazırkı iddianı 2020-ci ildə qaldırmış və bu səbəbdən tələb üzrə müddəti buraxmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi hazırkı iddia tələbi əhəmiyyətsiz əqd üzrə əldə edilmişlərin geri qaytarılması ilə bağlı deyildir. Tələb əhəmiyyətsiz müqavilənin etibarsızlığının məhkəmə tərəfindən müəyyən olunmadığı müddətdə iddiaçının hüquqlarının pozulması ilə bağlıdır. Eyni zamanda həmin müqavilə daşınmaz əmlak barədə bağlanmışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarına əsasən iddiaçının hazırkı tələbinə bir illik kəsici müddət təbiq edilə bilməz. Yəni, iddiaçının xx.xx.2017-ci il tarixli, yaxud xx.xx.2010-cu il tarixli ipoteka müqavilələrinin mövcudluğundan nə vaxt xəbərdar olmasının iş üzrə əhəmiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixli, 3M-1382 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X6 Bankı” ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında verilmiş RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8/2023
05.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver