Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8000/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış cərimə borcunun silinməsi tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış cərimə borcunun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər, Yeni Kotec qəsəbəsi, 50 saylı fərdi yaşayış evinə dair elektrik sayğacına görə hesablanmış 222907 № li, 16.05.2021-ci il tarixli akt əsasında yaranmış 260.88 AZN məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, Yeni Kotec qəsəbəsi, 50 saylı fərdi yaşayış evi onun istifadəsindədir. Uzun illərdir ki o, ailə üzvləri ilə birlikdə bu ünvanda yaşayır. Həmin evə dair elektrik sayğacına **********400424 nömrəli abonent kodu onun adına qeydə alınmışdır. Evə sərf etdiyi elektrik enerjisi ilə bağlı ödənişləri vaxtı-vaxtında etmişdir. Lakin cavabdeh təşkilatın əməkdaşları yaşadıqları ünvana dair elektrik sayğacına görə 222907 № li, 16.05.2021-ci il tarixli tərtib olunmuş akt əsasında 260.88 AZN məbləğində borc hesablamışlar. Borc yazılan aktda da qeyd olunmuşdur ki, onun evinə dair elektrik sayğacının hesabat sayğacı işləmir. Hesabat sayğacının yenisi ilə əvəz edilməsi və çıxarılan sayğacı laboratoriya şəraitində yoxlanıb rəy verilməsi qeyd olunmuşdur. Qeyd edir ki, həmin bu borcdan nəzarətçi tərəfindən evə borc haqqında bildiriş gələrkən məlumatlı olmuşdur. Həmçinin sayğac çöldə, yəni küçədə quraşdırılmışdır. Belə ki, nə o, nə ailə üzvləri tərəfindən sayğaca və ya elektrik naqillərinə heç bir müdaxilə olunmamışdır. Çıxarılarkən belə onun plombu əməkdaşlar tərəfindən açılmışdır. Yazılan akt barədə də heç bir məlumatı olmamışdır. Labaratoriyanın rəyinə əsasən, sayğaca sübutu olmayan qanunsuz qüsur yazılmışdır. Heç vaxt aylıq ödənişlərində gecikmə etməmiş, ödənişləri vaxtı-vaxtında ödəmişdir. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi onun hüquqlarını pozur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, 29.04.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus evinin elektrik hesabat sayğacına baxış keçirərkən sayğacın işləməməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq 29.04.2021-ci il tarixli, 222907 saylı akt tərtib edilərək itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qaydalarının (EEİQ) 8.15-ci bəndinin tələblərinə uyğun olaraq abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınaraq, itirilmiş elektrik enerjisi dəyəri bərpa edilmişdir. Həmçinin qeyd olunan faktla bağlı daha da obyektivaraşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən çıxarılaraq xüsysu qutuya qoyulmaqla möhürlənmiş və "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmış və həmin elektrik hesabat sayğacın daxili qüsurlu olaraq işləməməsi, sayğacın daxili qüsurlu olaraq işləməməsi, sayğacın bütövlüyü və dövlət möhürü normal olması müəyyən edilərək 03.05.2021-ci il tarixli, 21.5972 saylı protokolla təsdiq - edilmişdir. Sadalananlar iddiaçının “EEİQ”-nin tələblərinin açıq aşkar pozduğunu göstərdiyindən və onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyindən hüquqdan sui-istifadə hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.04.2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhər, Yeni Kotec qəsəbəsi, 50 saylı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzilə məxsus hesabat sayğacı işləmir. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarına istinad edərək hesab edir ki, 222907 № li, 26.04.2021 tarixli, akt əsasında hesablanmış 260.88 manat borc əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 mənzilə məxsus elektrik sayğacının işləməməsini qeyd etsə də, sayğacın məhz iddiaçının təqsiri üzündən şləməməsi barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X1 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X1 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.3-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. "X1 qaydalarının (EEİQ) 8.32-ci bəndinin "Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilinəsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istijddəyə görə yenidən hesablaşma aparmağa borcludur. Beləliklə, məhkəmə hesab edir ki, elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına iddiaçı cavabdehlik daşımadığından iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 222907 № li, 29.04.2021 tarixli akt əsasında Sumqayıt şəhər, Yeni Kotec qəsəbəsi, 50 saylı fərdi yaşayış evinə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 260.88 AZN məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 222907 № li, 29.04.2021 tarixli akt əsasında Sumqayıt şəhər, Yeni Kotec qəsəbəsi, 50 saylı fərdi yaşayış evinə (Abunə kodu: **********00424) hesablanmış 260.88 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-8000/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8000/2021
25.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver