Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8025/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X12, Sumqayıt şəhər 1 saylı Notariat Ofisi, Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və miras payın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən X15 və Cavabdeh1 verilmiş 29.08.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 29.08.2019-cu il tarixli miras payının bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlanma müqaviləsi əsasında X6 adına qeydiyyata alınmış mənzilə dair 29.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən cavabdehlər X15 və Cavabdeh1 verilmiş 29.08.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 29.08.2019-cu il tarixli miras payının bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlanma müqaviləsi əsasında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 29.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin təsdiq etdiyi 07.08.2021-ci il tarixli, 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışın ləğv edilməsi və Cavabdeh2 X1 oxunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, ünvan 1 ünvanında yaşayır. Həmin mənzilin mülkiyyətçisi onun qaynanası X3r. Həmin mənzildə o, həyat yoldaşı X16 və Səyyarə Baxşiyeva ilə birlikdə yaşamışdır. X10 09.01.2018-ci ildə vəfat etmişdir. Qaynanası vəfat etdikdən sonra da o, həyat yoldaşı ilə birlikdə həmin mənzildə yaşamış, kommunal ödənişləri ödəmiş, həyat yoldaşı faktiki olaraq mirası qəbul etmişdir. Həyat yoldaşı İmran Baxşiyev 24.02.2019-cu ildə vəfat etmişdir. Onun ölümündən sonra da o, həmin mənzildə yaşamağa davam etmiş, miras əmlakı faktiki olaraq qəbul etmiş və kommunal ödənişləri həyata keçirmiş, hazırda da həmin mənzildə yaşayır. Bu yaxınlarda həyat yoldaşına çatası miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etmək istədikdə məlum olmuşdur ki, mübahisəli mənzil Sumqayıt ‘Asan Xidmət” notariusunun 2V- 1275 reyestr nömrəli, 29.08.2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi və 3M- 908 reyestr nömrəli, 29.08.2019-cu il tarixli miras qayının bağışlanması müqaviləsi ilə X6 adına qeydiyyata alınmışdır. X17 2-ci Cavabdeh2 əridir. Cavabdeh1 və X15 31.07.2019-cu ildə Sumqayıt “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş və 29.08.2019-cu il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Həmin şəhadətnaməyə əsasən, onların hər birinə miras əmlakdan 1/2 hissədə pay verilib. Elə həmin tarixdə Cavabdeh1 ona düşən miras payı qardaşı X11 bağışlamışdır. Miras payın bağışlanma müqaviləsi əsasında mübahisəli mənzil X6 adına qeydiyyata alınmış və 29.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X17 03.06.2020-ci ildə vəfat etdiyindən onun vərəsəsi Cavabdeh2 cavabdeh qismində göstərilmişdir. Çünki Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin 13.08.2021-ci il tarixli məktubundan aydın olur ki, mərhum X6 miras əmlakına dair Sumqayıt şəhəri 1 saylı Dövlət Notariat ofisində 18.07.2020-ci il tarixdə 70 nömrəsi ilə vərəsəlik işi açılmışdır. Miras açılan vaxt, yəni miras qoyan şəxsin öldüyü zaman onun 1-ci növbə vərəsələrindən biri olan həyat yoldaşı İmran Baxşiyev sağ olub, eyni zamanda o, miras əmlakı faktiki olaraq qəbul edib və ona sahiblik etmişdir. Digər 1-ci növbə vərəsələrsə həmin əmlakı qəbul etməyiblər. Onlar həyat yoldaşının ölümündən sonra miras əmlakın qəbul edilməsi üçün notariat orqanına müraciət etmişlər və özlərindən başqa digər vərəsələrin mövcudluğunu gizlətmişlər. Onlar həyat yoldaşı barədə məlumatı notariat kontoruna təqdim etməmişlər və onun miras açıldığı zaman sağ olduğunu bildirməmişlər. Notariat işindən görünür ki, notarius qanunun sadalanan tələblərini pozmuş, mirasın açıldığı vaxtdan 1 il, 7 ay sonra müraciət etmiş vərəsələrə birbaşa, yəni mirasın qəbul edilmə müddəti ilə bağlı məhkəmənin mövqeyini nəzərə almadan vərəsəlik şəhadətnaməsi vermiş, üstəlik, digər vərəsələrin olub-olmamasını araşdırmayıb, miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulan müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə hər hansı qərar qəbul etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili çıxış edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi barədə məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 30.10.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 124031 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 09.01.2018-ci il tarixdə ürəyin hipertenziv xəstəliyi nəticəsində Sumqayıt şəhərində ölmüşdür. - Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə İddiaçı arasında 20.10.2013-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 832 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Doğum haqqında şəhadətnamədən görünür ki, 25.04.1959-cu il təvəllüdlü X8 atası X18, anası X3r. - Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 8/3 saylı evin 10 saylı mənzilinin mülkiyyətçisi X3r və daşınmaz əmlak üzərində hüquq dövlət reyestrində 14 nömrəli kitabda qeydiyyata alınmışdır. - AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 05.10.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, 8/3 nömrəli evin 8 saylı mənzili Sumqayıt “Asan Xidmət” notariusunun 2V-1275 reyestr nömrəli, 29.08.2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi və 3M-908 reyestr nömrəli, 29.08.2019-cu il tarixli miras payın bağışlanması müqaviləsi ilə X9 adına qeydiyyata alınmışdır. - AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 07.04.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 8/3 ünvanda yerləşən 8 nömrəli mənzil Azərbaycan SSR KTN Sumqayıt şəhər Mənzil İdarəsi tərəfindən verilmiş 12.04.1968-ci il tarixli, 04/34 nömrəli orderin dublikatı, Sumqayıt şəhər MKTİB 1 saylı MİS tərəfindən verilmiş 28.07.2003-cü il tarixli, 3798 saylı mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X4 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 2-ci dövlət notariat kontorunun təsdiq etdiyi 29.10.2003-cü il tarixli, 4Ə5/444 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. X7 05.08.2019-cu il tarixdə qeydiyyat vəsiqəsinin itirilməsi ilə bağlı idarəyə müraciət etmiş, “Sumqayıt” qəzet redaksiyasının 03.08.2019-ci il tarixli, 32(8298) nömrəli sayında verilmiş elan və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin 02.08.2019-cu il tarixli, 27-8402B-1219 saylı arayışı əsasında mənzil X2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, 16.08.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “Asan Xidmət”mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 29.08.2019-cu il tarixli, 2V-1275 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 29.08.2019-cu il tarixli, 3M-908 reyestr nömrəli miras payın bağışlanma müqaviləsi əsasında sözügedən mənzil X9 adına qeydiyyata alınmış və 29.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. - 29.08.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən 16.08.2019-cu il tarixdə X5 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.5 kv/m olan daşınmaz əmlakdan (torpaq sahələrindən başqa) ibarətdir. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xüsusi notariusu X13 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. - 29.08.2019-cu il tarixli miras payının bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xüsusi notariusu Əhmədli B.M tərəfindən verilmiş “29 avqust 2019-cu il tarixli 2V-1275 resyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən miras payını – qardaşı X11 bağışlamışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən b. 8/3 saylı evin 8 saylı mənzilinin mülkiyyətçisi X3r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 16.08.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Kommunal Səhəsinin 16.11.2021-ci il tarixli aktdan görünür ki, ünvan 1-də yaşayan mərhum X8 həyat yoldaşı İddiaçı 01.02.2005-ci ildən ailə qurub və Baxşiyev İmran rəhmətə gedənə qədər birgə yaşamışlar. Aktın doğruluğunu Eyvazov Şaiq, Kuriç Qalina və Sadıxov Əlipaşa öz imzaları ilə təsdiq etmişlər. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Səhəsinin 16.11.2021-ci il tarixli, 4529 №-li arayışından görünür ki, İddiaçı 2005-ci ilin fevralın 1-dən ailə quraraq ünvan 1də həmin tarixdən hal-hazıradək yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı miras qoyanın (qayınana-Səyyarə Baxşiyeva) oğlu olan (İmran Baxşiyev) həyat yoldaşı ilə mübahisəli evdə miras açılmazdan əvvəl və sonra yaşamışlar. Miras 09.01.2018-ci ildə açılmış, əri 24.02.2019-cu ildə vəfat etmişdir. Mübahisəli əmlak qanun üzrə vərəsəlik şəhadətnaməsi və miras payının bağışlanması müqaviləsi ilə cavabdeh Zakir Baxşiyevin (qaynı) adına qeydiyyata alınmış, sonuncunun vəfatından sonra vərəsələri Leyla Baxşiyeva və Elvin Baxşizadə sözügedən evə dair qanun üzrə vərəsəlik hüququ barədə şəhadətnamə almışlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. AR MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Bu Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan Məcəllənin 1159.1-ci və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1163-cü maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, miras əmlakına dair vəsiyyətnamə verilmədiyindən, iddiaçının əri İmran Baxşıyev miras qoyanın-Səyyarə Baxşiyevanın birinci növ vərəsəsi olduğundan, eyni zamanda sözügedən evdə miras açılmazdan əvvəl və sonra yaşadığından İddiaçı vərəsəlik hüququna və miras payına qiymət verilməlidir. Belə ki, qanun üzrə vərəsəlik məsələsi həll edilərkən birinci növ vərəsələrlə yanaşı, onların vərəsələri, mirasın faktiki qəbulu, habelə miras əmlakının qəbulu üçün mülki qannunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət olunub-olunmaması araşdırılmalıdır.Odur ki, iddia əsaslıdır. Ona görə də mirasın qəbulu və miras əmlakına dair sonrakı əqdlər etibarsız hesab olunmalı, hüquqların dövlət qeydiyyatları ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən cavabdehlər X15 və Cavabdeh1 verilmiş 29.08.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 29.08.2019-cu il tarixli miras payının bağışlama müqaviləsinin etibarsız hesab edilsin. AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 29.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin təsdiq etdiyi 07.08.2021-ci il tarixli, 2V-239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 27.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarış ləğv edilsin. Cavabdehlər qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-8025/2021
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-8025/2021
02.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver