Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8045/2025 18.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: 1 saylı Sumqayıt regional "ASAN Xidmət" Mərkəzində qeydiyyat şöbəsi) ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ № 536537 saylı ölüm haqqında şəhadətnamənin xx.xx.1948-ci il təvəllüdlü X5 məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək keçmiş əri X3 ölüm haqqında şəhadətnaməsindəki soyadının Kərəmovdan Kərimova düzəliş edilməsi ilə bağlı müraciət etmişdir. Maraqlı şəxs ərizənin təmin olunmasından imtina etmiş və ərizəçiyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ərizəçinin keçmiş həyat yoldaşı, X3 ölüm haqqında şəhadətnaməsində soyadının "Kərəmov"-dan, "Kərimov"-a düzəliş etməsi ilə bağlı müraciətə baxılmış, onun soyadı ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarının informasiya sistemində düzəlişə əsas verən akt qeydi aşkar olunmadığından və ərizəçi tərəfindən heç bir əlavə sənəd təqdim olunmadığından sənədə düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Odur ki, göstərilənlərlə bağlı ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçinin həyat yoldaşı vəfat etdiyinə görə onun aldığı pensiyanın ərizəçinin adına keçirilməsi ilə bağlı Dövlət Sosial Müdafiə fonduna müraciət etsəm də ölüm haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsindəki soyadlardakı uyğunsuzluğa görə prosedurun baş tutması mümkün olmamışdır. Ona görə də ərizəçi hüquqi faktın müəyyən edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra ərizəçi dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ № 536537 saylı ölüm haqqında şəhadətnamənin, 06 iyul 1990-cı il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin və seriya nömrəsi AZE 02478479 olan şəxsiyyət vəsiqəsinin xx.xx.1948-ci il təvəllüdlü X5 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional ”ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPMnin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək bildirdi ki, atası xx.xx.1948-ci il təvəllüdlü X1 yanlışlıqla “Kərəmov” olaraq qeyd edilsə də, əslində onun soyadı “Kərimovdur”. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, xx.xx.1948-ci il təvəllüdlü X7 onun atasıdır. O, atasının soyadını həmişə “Kərimov” olaraq bilmişdir. Atasının atasının adı Kərəm olduğuna görə sonuncu dəfə şəxsiyyət vəsiqəsini dəyişdirəndə o, soyadını “Kərəmov” edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, atası xx.xx.1948-ci il təvəllüdlü X1 onun sonuncu şəxsiyyət vəsiqəsində yanlışlıqla “Kərəmov” olaraq qeyd edilsə də, əslində onun soyadı “Kərimovdur”. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - AZE 02478479 seriya nömrəli, xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1948-ci il tarixdə Quba rayonu, Tülər kəndində dünyaya gəlmişdir. - 1 saylı Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2025-ci il tarixli, AZ- İİ 536537 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə beyin ödemi xəstəliyindən vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 627 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan SSR Quba rayonu Yenikənd kənd soveti tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1948-ci il tarixdə Quba rayonu, Yenikənd kəndində dünyaya gəlmişdir. X2, anası X4r. - 28 dekabr 1976-cı il tarixli, İ- ЖГ 397713 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 və X10 28 dekabr 1976-cı il tarixdə ailə həyatı qurmuş, bu barədə nikah haqqında akt qeydləri kitabında 1174 nömrəsi ilə qeyd edilmişdir. - НЗ ******* nömrəli hərbi biletdən görünür ki, , X7 1948-ci il tarixdə Quba rayonu, Tülər kəndində dünyaya gəlmişdir. - 1 saylı Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-5024/25 saylı məktubdan görünür ki, ərizəçinin keçmiş həyat yoldaşı, X3 ölüm haqqında şəhadətnaməsində soyadının "Kərəmov"-dan, "Kərimov"-a düzəliş etməsi ilə bağlı müraciətə baxılmış, onun soyadı ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarının informasiya sistemində düzəlişə əsas verən akt qeydi aşkar olunmadığından və ərizəçi tərəfindən heç bir əlavə sənəd təqdim olunmadığından sənədə düzəliş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Odur ki, göstərilənlərlə bağlı ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 1 saylı Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2025-ci il tarixli, AZ- İİ 536537 nömrəli ölüm haqqında şəhadətnamə, Azərbaycan SSR Quba rayonu Yenikənd kənd soveti tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, АЗ ******* saylı doğum haqqında şəhadətnamə və Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş seriya nömrəsi AZE 02478479 olan şəxsiyyət vəsiqəsində xx.xx.1948-ci il təvəllüdlü ərizəçinin keçmiş həyat yoldaşının soyadı “Kərimov” olmasına baxmayaq “Kərəmov” olaraq qeyd edilmişdir və yanlışlığın yol verildiyi sənədlər hüquq müəyyənedici sənədlərdir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1 saylı Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2025-ci il tarixli, AZ- İİ 536537 nömrəli ölüm haqqında şəhadətnamə, Azərbaycan SSR Quba rayonu Yenikənd kənd soveti tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, АЗ ******* saylı doğum haqqında şəhadətnamə və Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş seriya nömrəsi AZE 02478479 olan şəxsiyyət vəsiqəsində X6 dair qeydin ərizəçinin mərhum həyat yoldaşı X5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 1 saylı Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2025-ci il tarixli, AZ- İİ 536537 nömrəli ölüm haqqında şəhadətnamə, Azərbaycan SSR Quba rayonu Yenikənd kənd soveti tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, АЗ ******* saylı doğum haqqında şəhadətnamə və Sumqayıt ŞPİ QŞVB tərəfindən verilmiş seriya nömrəsi AZE 02478479 olan şəxsiyyət vəsiqəsində X6 dair qeydin ərizəçinin mərhum həyat yoldaşı xx.xx.1948-ci il təvəllüdlü X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-8045/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8045/2025
18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver