Məhkəmə qərarları › İş №2(060)-8071/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8071/2022

12.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8071/2022 12.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri məhkəmə iclasından kənar qaydada nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 tərəfindən hesablanmış 518,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6543/2022 saylı 23 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı «borcun silinməsi» tələbinə dair iddiası Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı eyni cavabdehə qarşı eyni predmet barəsində eyni əsaslarla yenidən iddia qaldırmışdır. Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsiən əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin izah edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən, istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi istehlakçı qaz paylayıcısının hərəkət və hərəkətsizliyindən inzibati qaydada şikayət verilə bilər. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərzəsi və əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada verilməli, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati qaydada müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar