Məhkəmə qərarları › İş №2(060)-8091/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8091/2021

07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8091/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi İbrahimova Nuranə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (Maraqlı şəxs: Azərbaycan Respublikasl Ədliyyə Nazirliyi Sumqayıt regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi) mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (Maraqlı şəxs: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi) ərizə ilə məhkəməyə müraciət edərək, X2 ilə İİİ-ЖГ 261865 №-li ölüm haqqında şəhadətnaməsində qeyd olunan X15 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi xx.xx.1963-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuşdur. X2 anası X5 ilə 14.05.1957-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. İ-ИЕ 048698 № Lİ, 14.05.1957-ci il tarixli nikah haqqında şəhadətnamədə atasının ad və soyadı “X13” kimi yazılmışdır. Anası ilə atasının nikahından beş övladları olmuşdur. İki bacısı və bir qardaşı rəhmətə getmişdir. Lakin digər iki bacısı 05.10.1946-cı il təvəllüdlü X14 və 25.01.1955-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnamələrinin ata qrafasında ata adı “X13” kimi yazılmışdır. Bundan başqa ərizəçinin, A3 408116 № li, 21.01.1963-ci il tarixli doğum haqqında şəhadətnaməmin də ata qrafasında ata adı “X13” kimi yazılmışdır. Belə ki, bütün qohumlar, qonşular, tanışlar atamı Haman kimi tanımış və ona elə o adla da müraciət etmişlər. Lakin atasının təqaüd vəsiqəsinin ad, soyad qrafasında adı “X4 yazılmışdır. Bundan başqa atasının adı 20.12.1983-cü il tarixli, İİİ- ЖГ 261865 № li ölüm haqqında şəhadətnaməsinin ad -soyad qrafasında X15 və ərizəçinin AZE ******** № li, 27.014.2014cü il tarixli şəxsiyyət vəsiqəsində ata adı qrafasında atasının adı “Aman “ kimi yazılmışdır. Sənədlərdə yaranan bu uyğunsuzluq ucbatından bəzi sənədləşmə işlərində zərurət yaranmışdır. Həmçinin ərizəçi mərhum atasından miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün AR ƏN Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin doğum haqqında şəhadətnaməsində və atasının ölüm haqqında şəhadətnaməsində uyğunsuzluq olduğu üçün vərəsəlik şəhadətnaməsini verməkdən imtina edilmişdir. Bu səbəbdən məhkəmə qaydasında X2 ilə ölüm haqqında şəhadətnamədə qeyd edilən X8 eyni şəxs olmağının müəyyən edilməsi lazımdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə dindirilən şahid X9 bildirdi ki, ərizəçi onun qardaşıdır. Onlar ailədə 6 uşaq olmuşlar. Atasının adının Cavadov Haman olduğunu bilmişlər, lakin sonradan onlara məlum olmuşdur ki, sənədlərdə onun adı Aman kimi soyadı Cəfərov kimi qeyd olunub. Məhkəmə ərizəçini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin olunmalıdır. İş materiallarında olan: - 565622 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X6 ata qrafasında adı “Haman” kimi qeyd edilmişdir. - 408116 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Haman oğlunun ata qrafasında adı “Haman” kimi qeyd edilmişdir. - 247989 №-li doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X3 ata qrafasında adı “Haman” kimi qeyd edilmişdir. - ölüm haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X10 adı “Aman” kimi qeyd edilmişdir. -nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X7 adı “Haman” kimi qeyd edilmişdir. - təqaüd vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki, X23 oğlunun adı qrafasında “Aman” kimi qeyd edilmişdir. - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən görünür ki Ərizəçi ata adı qrafasında “Aman” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisindən Ərizəçi ünvanlanmış məktubun surətindən görünür ki, qohumluq münasibəti faktını təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 Münəvvər Ağamir qızı ilə 14.05.1957-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. İ-ИЕ 048698 № Lİ, 14.05.1957-ci il tarixli nikah haqqında şəhadətnamədə onun ad və soyadı “X13” kimi yazılmışdır. Onların nikahlarından beş övladları olmuşdur. Övladları 05.10.1946-cı il təvəllüdlü X14 və 25.01.1955-ci il təvəllüdlü X3 doğum haqqında şəhadətnamələrinin ata qrafasında ata adı “X13” kimi yazılmışdır. Bundan başqa ərizəçinin, A3 408116 № li, 21.01.1963-ci il tarixli doğum haqqında şəhadətnaməmin də ata qrafasında ata adı “X13” kimi yazılmışdır. Ölən şəxsin təqaüd vəsiqəsinin ad, soyad qrafasında adı “X4 yazılmışdır. Bundan 20.12.1983-cü il tarixli, İİİ- ЖГ 261865 № li ölüm haqqında şəhadətnamənin ad -soyad qrafasında X15 və ərizəçinin AZE ******** № li, 27.014.2014-cü il tarixli şəxsiyyət vəsiqəsində ata adı qrafasında atasının adı “Aman “ kimi yazılmışdır. Bu fakt iş materiallarında olan sənədlər, ərizəçinin və şahidin izahatı və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquq əhəmiyyətli olan faktlarıın müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin X2 ilə İİİ-ЖГ 261865 №-li ölüm haqqında şəhadətnaməsində qeyd olunan X15 ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X2 ilə İİİ-ЖГ 261865 №-li ölüm haqqında şəhadətnaməsində qeyd olunan X15 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar