Məhkəmə qərarları › İş №2(060)-8093/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8093/2022

12.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8093/2022 12.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair” ərizəsi və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə və əlavə edilmiş sənədlərin mümkünlüyünü yoxlayaraq hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd ərizəçi tərəfindən ərizəyə əlavə edilməmişdir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Lakin yoxlanılan ərizədə dövlət rüsumu qanunla nəzərdə tutulmuş məbləğdə ödənilməmiş, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən hesab edirəm ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq qəraraaldı: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair” ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar