Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8115/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu, İddiaçı (şikayətçi) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Regional İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı (şikayətçi) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Regional İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk öncə ərizənin məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının İXM-nın 128-137ci maddələrinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş, ərizədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Regional İdarəsini cavabdeh qismində, özünü isə iddiaçı əvəzinə şikayətçi kimi göstərmişdir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Ərizənin tələb hissəsindən görünür ki, iddiaçının tələbi qeyri müəyyəndir və çıxarışın kimə aid olduğu göstərilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsi halında dövlət rüsumu tutulur. Əlavə edilmiş materiallardan görünür ki, ərizəyə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əalvə edilməmişdir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Sumqayıt Regional İdarəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-8115/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8115/2021
23.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver