Məhkəmə qərarları › İş №2(060)-813/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-813/2021

17.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-813/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Оfisinə qarşı müddətin bərpa edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Оfisinə qarşı müddətin bərpa edilməsi və vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1992-ci ildə vəfat etmiş mərhum atası X5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllədə yerləşən 74 saylı (yeni qaydada: ünvan 1 mənzilinə dair miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılaraq müddətin bərpa edilməsi və həmin mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, iddia tələbinin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllədə yerləşən 74 saylı (yeni qaydada: ünvan 1 mənzilinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi tələbini irəli sürməmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası xx.xx.1992-ci ildə vəfat etmişdir. Bunu 311987 saylı “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (yeni qaydada: ünvan 1 ünvanı mərhum atası X4 mülkiyyətində olmuşdur. Bunu xx.xx.2020-ci ildə AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış təsdiq edir. İddiaçı həmin mənzildə 2016-cı ilə qədər ailə üzvləri ilə birlikdə yaşamışdır. Bunu xx.xx.2020-ci il tarixli akt təsdiq edir. Miras əmlak varislər tərəfindən rəsmi qəbul olunmasa da faktiki olaraq onların istifadəsindədir. Hüquqi savadsızlıq olması səbəbindən vaxtında atasının mülkiyyətində olan və ona çatası miras əmlakı qəbul etməmişdir. Belə ki, bu barədə müraciət etməli olduğunu bilməmiş, bu səbəbdən müddəti ötürmüşdür. Mərhuma məxsus miras əmlakın qəbulu məqsədi ilə Sumqayıt şəhər 3 saylı Notariat ofisinə müraciət etmiş, xx.xx.2020-ci il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, miras əmlakdan ona çatası payı qəbul etmək istəyir. Miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Belə ki, 2016-cı ilədək həmin evdə yaşamamışdır. Cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Оfisinin notariusu T.M.Mustafazadə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13, X11 və X12 eyni məzmunlu ifadələr verərək hər biri ayrı-ayrılıqda göstərdilər ki, iddiaçı 2016-cı ilə qədər sözügedən mənzildə yaşamışdır. Atası xx.xx.1992-ci il tarixdə ölmüşdür. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (yeni qaydada: ünvan 1 ünvanı iddiaçının atasına məxsus olmuş və miras qalmışdır. Həmin mənzil iddiaçının istifadəsi və sahibliyində olmaqla miras əmlak olan həmin mənzil iddiaçı tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilmişdir. Lakin iddiaçı hüquqi savadı olmadığından vərəsəlik şəhadətnaməsi almamışdır. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan : - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqlarin Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, ev 147 (yeni qaydada: ünvan 1 ünvanı X4 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X7, anası X2r. - 311987 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1992ci ildə vəfat etmişdir. - 226579 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə vəfat etmişdir. - Sumqayıt şəhəri 3 saylı Notariat Оfisinin 1376 nömrəli xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı miras açıldığı gündən altı ay keçdikdən mirasın qəbuluna yol verilməməsi əsası ilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsəsi İddiaçıdur və bunu Sumqayıt şəhəri 3 saylı Notariat Оfisinin xüsusi notariusu X9 öz imzası ilə təsdiq etmişdir. - Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Ofisində imzalanmış **********426 saylı ərizədən görünür ki, X8 mərhum atası X5 məxsus bütün əmlakdan ona çatası miras payını almaqdan imtina etmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X15 həmin ərizənin həqiqiliyini təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. İşin araşdırılan hallarından müəyyən olunur ki, X7 öldükdən sonra onun vərəsəsi İddiaçı miras əmlakı qəbul edərək faktiki sahiblik etsə də üzrlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllədə yerləşən 147 saylı (yeni qaydada: ünvan 1 mənzilinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllədə yerləşən 147 saylı (yeni qaydada: ünvan 1 evin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar