Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8147/2022 16.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı cavabdeh Azərişıq ASC «Şimal» X1 və Satış İdarəsi Sumqayıt Elektrik Şəbəkəsinə qarşı «borcun silinməsi tələbi» barədə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, MÜƏYYƏNETDİM: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ondan xəbərsiz akt tərtib edən binaların nəzarətçisi Səfiyarov Zaur barədə lazımi tədbir görülməsi, eyni zamanda onun adına əsassız olaraq yazılmış 213 manat borcun silinməsi barədə qətnamə qət edilməsi xahiş etmişdir. Ərizəni və sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə belə halda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə tərtib edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİM: İddiaçı cavabdeh Azərişıq ASC «Şimal» X1 və Satış İdarəsi Sumqayıt Elektrik Şəbəkəsinə qarşı «borcun silinməsi tələbi» barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-8147/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8147/2022
16.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver