Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-817/2025 20.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsini cəlb etməklə cavabdehlər 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsini cəlb etməklə cavabdehlər 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras qoyan X14 xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu Yalama kəndində rəhmətə getmişdir. Miras qoyana məxsus iki yaşayış evi və torpaq sahəsi olmuşdur: Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və yaşayış sahəsi 124,8 kv.metr olan fərdi yaşayış evi (qeydiyyat nömrəsi **********), Xaçmaz rayonu, Yalama kəndində yerləşən sahəsi 0,07 ha olan torpaq sahəsinin 2\3 hissəsi və sahəsi 110 kv.metr olan fərdi yaşayış evi (qeydiyyat nömrəsi **********). Sumqayıt “ASAN xidmət” mərkəsində notariat ofisinin xüsusi notariusu Ə.Əmirəliyev tərəfindən həmin əmlaklara dair “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” və “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələr verilərkən qanunun tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, AR MM-nin tələblərinə görə miras qoyanın öldüyü yer və əmlaklarının əsas hissəsinin yerləşdiyi yer mirasın açıldığı yer hesab edilir. Miras qoyan Xaçmaz rayonu, Yalama kəndində rəhmətə getmiş və miras əmlaklar da həmin ünvanda yerləşir. Miras açılan yer Xaçmazda olmasına baxmayaraq, mirasa dair vərəsəlik şəhadətnamələrini Sumqayıt şəhərində fəaliyyət göstərən notarius vermişdir ki, bununla da qanunun tələblərini pozmuşdur. Bundan əlavə, miras qoyanın cavabdehlərdən başqa iki vərəsəsi iddiaçı və digər qızı olmasına baxmayaraq, hər iki cavabdeh bunu gizlətmiş, vərəsəlik şəhadətnamələrini yalnız öz adlarına almaqla tərəfləri vərəsəlik hüququndan məhrum etmişlər. Bundan əlavə, Cavabdeh3 adına olan vəsiyyətnamə məhkəmə tərəfindən etibarsız hesab edildiyi üçün, miras qoyanın iddiaçının oğlu X29 adına vermiş olduğu vəsiyyətnamə qüvvədə olmuşdur və miras qoyanın miras əmlaklarına vərəsəlik haqda şəhadətnamə verilərkən onun da hüquqları pozulmuşdur. Cavabdehlər miras əmlaka dair vərəsəlik haqda şəhadətnamə verilməsi üçün noratiusa ərizə verərkən bilərəkdən bu faktları gizlətmişlər və digər vərəsələrin- cavabdehlərin anası və bacısı, eləcədə adına qanuni qüvvədə olan vəsiyyətnaməsi olan oğlu X9 ərizədə göstərməmişlər. Notarius isə miras qoyanın digər vərəsələrinin olub-olmaması barədə hər hansı bir tədbir görməmiş və vərəsələrin vərəsəliyə çağrılmasının qarşısını almışlar. Bu hallar isə verilmiş şəhadətnamələrin qanunsuzluğunu təsdiq edir və onların etibarsız hesab edilməsini zəruri edir. Notariusun verdiyi vərəsəlik haqda şəhadətnaməyə əsasən miras qoyana məxsus olmuş ********** qeydiyyat nömrəli torpaq sahəsi və fərdi yaşayış evinə dair çıxarış alınmışdır. Vərəsəlik haqda şəhadətnamə etibarsız olduğu üçün bunun əsasında verilmiş həmin çıxarış da ləğv edilməlidir. Göstərilənlərə əsasən, Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş Cavabdeh3 adına verilmiş 2v-1529 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, 2V-1530 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli “Məcburi paya vərəsəlik hüququ haqqında” şəhadətnamənin, Cavabdeh2 adına verilmiş 2V-937 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, bunun əsasında Xaçmaz 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı miras qoyanın əmlaklarının tam siyahısını verməmişdir və iddiaçı miras qoyana məxsus bir daşınmaz əmlakdan-Xaçmaz rayonu Yalama kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair dövlət aktında (J№ 0060; KOD ********) göstərilən 0.44 ha ölçülü topaq sahəsindən qəsdən bəhs etməmişdir. Belə ki, miras qoyan X15 20 avqust 2019-cu il tarixli vəsiyyətnamə üzrə Xaçmaz rayonu Yalama kəndində yerləşən, “torpağa mülkiyyət hüququna dair dövlət Akt”nda (J№ 0060; KOD ********) göstərilən 0.44 ha ölçülü torpaq sahəsini nəvəsi, yəni hal-hazırki iş üzrə iddiaçının digər oğlu X30 vəsiyyət etmişdir. Belə ki, həmin mübahisələndirilən şəhadətnamələr Sumqayıt şəhərində fəaliyyət göstərən hər hansı bir notariat ofisində deyil, fəaliyyəti regional xarakter daşıyan dövlət orqanının- Sumqayıt “ASAN xidmət” mərkəzində müvafiq qanunvericiliyin tələblərinə tam uyğun olaraq verilmişdir. “ASAN XİDMƏT”-in rəsmi internet saytında Sumqayıt “ASAN xidmət” mərkəzi ilə bağlı rəsmi məlumatda deyilir ki, “...Sumqayıt “ASAN xidmət” mərkəzi ətraf rayonların sakinlərinə də xidmət göstərəcəkdir. 25 mart 2014-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sumqayıt “ASAN xidmət” mərkəzi artıq Şamaxı, Qobustan, Quba, Qusar və Xaçmazın ümumi sayı 550 000-dən çox olan sakinlərinə də xidmət göstərəcəkdir. 2013-cü ilin may ayından etibarən vətəndaşlara xidmət göstərən və 260 000-dən çox müraciəti qəbul etmiş Sumqayıt “ASAN xidmət” mərkəzi Sumqayıt şəhəri ilə yanaşı Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının sakinlərinə xidmət göstərir. “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Vətəndaşlar mərkəzlərdə dövlət orqanları və özəl qurumlar tərəfindən göstərilən 150-dən çox xidmətdən yararlana bilərlər. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar...” İddiaçı vəsiyyətnamə verildiyini, öz doğma anasının 25 aprel 2021-ci ildə öldüyünü və anasına məxsus olan miras əmlakların nədən ibarət olduğunu tam dəqiqliklə bildiyi halda nə üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə-3 ay müddətində, 6 aydan gec olmayaraq qanun üzrə vərəsə olaraq öz adından miras əmlakı qəbul etmədiyinə və ya vəsiyyətnamə olduğunu bildiyi halda isə nə üçün xx.xx.2023-cü il tarixinədək qanun üzrə vərəsə olaraq mirasda məcburi paya malik olduğuna dair miras qoyanın və özünün yaşadığı yerin notariat orqanına ərizə ilə müraciət etmədiyini və altı ay müddətində öz adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almadığını izah etməmiş və əsaslandırmamışdır. İddiaçının başqa şəxsin adından danışmağa, onun hüquqlarını müdafiə etməyə hüququ və səlahiyyəti yoxdur və hüququnun pozulduğunu iddia etdiyi şəxs tam hüquq qabiliyyətli və tam prosessual fəaliyyət qabiliyyətli olduğu üçün o öz hüquqlarını müdafiə edə bilər. Digər tərəfdən, iddiaçı miras qoyanın miras əmlaklarına vərəsəlik haqda şəhadətnamə verilərkən oğlu X29 hansı hüquqlarının kim tərəfindən, ayrı-ayrılıqda və necə pozulduğunu izah etməmiş və əsaslandırmamışdır. Belə ki, miras qoyan tərəfindən qeyd edilən 2 əmlak üzrə, eyni gündə, eyni tarixdə, eyni saatda, eyni notaiusda, eyni şahidlərin iştirakı ilə cavabdehlərə və X32 2 vəsiyyətnamə verilmişdir. Cavabdeh2 və Z.İsayev ikinci dərəcəli vərəsələr olduqları üçün miras qoyanla qohumluğunun kimdən yarandığını qeyd etmək üçün miras qoyanın qızlarının övladları olduqlarını, yəni miras qoyanın birinci dərəcəli vərəsələrinin kim olduqları barədə məlumat vermişlər, yəni notarius onlardan miras qoyanla nə kimi qohumluq münasibətində olduqlarını soruşmuş, onlar da miras qoyanın qızlarının övladları olduğunu bildirmişlər və bununla da miras qoyanın bütün birinci dərəcəli vərəsələri-3 qızı barəsində məlumat verilib. X29 anası hal-hazırki mülki iş üzrə İddiaçıdır, İddiaçı miras qoyanın qızlarından biridir. Cavabdeh2 anası X18r, X24 miras qoyanın qızlarından biridir. Miras qoyanın qızlarından biri-Cavabdeh3 miras qoyanın birinci dərəcəli vərəsəsi olaraq vəsiyyətnamədə bilavasitə adı qeyd edilmişdir və pay almışdır. Göründüyü kimi, hər 3 birinci dərəcəli vərəsənin kim olduğu notariusa məlum olmuşdur və gizlədilməmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edilərək iddia müddəti ötürüldüyündən tələbin rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Yalama kəndində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi və ümumi sahəsi 124,8 kv.m olan fərdi yaşayış evi X5 adına xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2010-cu il tarixdə 12 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Yalama kəndində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi və ümumi sahəsi 110 kv.m olan fərdi yaşayış evi 2/3 hissədə (fərdi yaşayış evi tam, torpaq sahəsi) X6, 1/3 hissədə (torpaq sahəsi) Cavabdeh3 məxsusdur və bu barədə xx.xx.2010-cu il tarixdə 12 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır.
12. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat kontorunun notariusu X10, şahidlər X4 və X11 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 rayonu, Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini nəvəsi X32 vəsiyyət etmişdir. Qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir.
13. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat kontorunun notariusu X10, şahidlər X4 və X11 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 rayonu, Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 2/3 hissəsini və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini nəvəsi Cavabdeh2 vəsiyyət etmişdir. Qalan vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir.
14. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 176699 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit xəstəliyindən ölmüşdür.
15. İş materiallarında olan 23 oktyabr 2019-cu il tarixli 457 nömrəli arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası Xaçmaz rayon Yalama kəndində anadan olmuş X16 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.1976-cı ildən xx.xx.2019-cu ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır.
16. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli, 2V-1529 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2021-ci ildə vəfat etmiş X5 vərəsəsi: Cavabdeh3dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X6 verilmiş **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Yalama kəndi ünvanında yerləşən ümumi sahəsi 124,8 kv/m olan fərdi yaşayış evindən və 0,07 ha torpaq sahəsindən ibarətdir.
17. İş materiallarında olan İddiaçı tərəfindən Xaçmaz Notariat Ofisinə ünvanlanan xx.xx.2021-ci il tarixli, **********304 saylı ərizənin surətindən görünür ki, İddiaçı anası X15 xx.xx.2021-ci il tarixində vəfatından sonra qalmış miras əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat ofisinə ərizə verməklə qəbul etməmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. Məcburi paydan ibarətdir.
18. İş materiallarında olan 27 oktyabr 2021-ci il tarixli, 2V-1530 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 1193-cü maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2021-ci ildə vəfat etmiş X5 vərəsəsi Cavabdeh3dır və o miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X6 verilmiş **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Yalama kəndi ünvanında yerləşən ümumi sahəsi 110 kv/m olan fərdi yaşayış evindən və 0,07 ha torpaq sahəsinin 2/3 hissəsindən ibarətdir. Miras əmlakın 1/2 hissəsi açıq saxlanılmışdır.
19. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin Memura Sadullayeva tərəfindən Cavabdeh3 vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi qət olunmuşdur.
20. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin təmin olunması, Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin Memura Sadullayeva tərəfindən Cavabdeh3 vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, Cavabdeh3 ekspertiza tədqiqatının dəyəri olan 126 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
21. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasınınxx.xx.2024-cü il tarixli, 2(102)-2084/2024 saylı qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. İş materiallarında olan 11 avqust 2023-cü il tarixli, 2V-937 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 rayonu 1 saylı notariat ofisi tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş və reyestrdə 386 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2021-ci ildə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi: Cavabdeh2dur və o miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X6 verilmiş **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Yalama kəndi ünvanında yerləşən ümumi sahəsi 110 kv/m olan fərdi yaşayış evindən və 0,07 ha torpaq sahəsinin mərhuma məxsus 2/3 hissəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi **********YV32006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Xaçmaz rayonu, Yalama kəndi ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
23. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məlumatın təqdim edilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-13452/2024 saylı məktubdan görünür ki, 13 sentyabr 2024-cü il tarixli, 395 nömrəli sorğuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələlərinin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır Bildirilir ki, X8 məxsus Xaçmaz rayonu, Yalama kəndində **********07-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınmış paylı mülkiyyətdə olan olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli, 2V-937 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 çatan hissə Cavabdeh2 keçmişdir. Həmin əmlaka Cavabdeh2 fərdi yaşayış evindən 1/2 hissə, torpaq sahəsindən 1/3 hissə olmaqla, xx.xx.2021-ci il tarixli, 2V-1530 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X12 fərdi yaşayış evindən 1/2 hissə, torpaq sahəsindən 2/3 hissə olmaqla, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X8 məxsus Xaçmaz rayonu, Yalama kəndində digər **********49-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış verilmiş fərdi yaşayış evi qeydə alınmışdır. Sadalanan əmlaklar üzərində arxiv məlumatlarında hal-hazırda heç bir məhdudiyyət yüklülüyü aşkar edilməmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X15 xx.xx.2021-ci ildə vəfat etmiş, ondan miras qalmış əmlaklar - Xaçmaz rayonu, Yalama kəndində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi və ümumi sahəsi 124,8 kv.m olan fərdi yaşayış evi və Xaçmaz rayonu, Yalama kəndində yerləşən ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi və ümumi sahəsi 110 kv.m olan fərdi yaşayış evi 2/3 hissədən (fərdi yaşayış evi tam, torpaq sahəsi) ibarətdir. Onun vəfatı ilə miras əmlak açılmış və vəsiyyət edənin xx.xx.2015-ci il tarixli vəsiyyətnaməsinə əsasən X3 rayonu, Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini nəvəsi X32 vəsiyyət etmiş, həmçinin xx.xx.2015-ci il tarixli vəsiyyətnaməsinə əsasən X3 rayonu, Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsinin 2/3 hissəsini və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini nəvəsi Cavabdeh2 vəsiyyət etmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən Xaçmaz rayon Yalama kəndində yerləşən 0,07 ha torpaq sahəsi və orada tikilmiş 124,8 kv.metr ümumi sahəsi olan yaşayış evinin Memura Sadullayeva tərəfindən Cavabdeh3 vəsiyyət edilməsinə dair xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon Yalama İƏD (nümayəndəliyində) tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi qət olunmuşdur. Hazırda İddiaçı Cavabdeh3 adına verilmiş 2v-1529 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin, 2V-1530 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli “Məcburi paya vərəsəlik hüququ haqqında” şəhadətnamənin, Cavabdeh2 adına verilmiş 2V-937 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, bunun əsasında Xaçmaz 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini tələb edir. Eyni zamanda, İddiaçı (mərhumənin qızı) tərəfindən Xaçmaz Notariat Ofisinə ünvanlanan xx.xx.2021-ci il tarixli, **********304 saylı ərizəyə əsasən o, anası X5 xx.xx.2021-ci il tarixində vəfatından sonra qalmış miras əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat ofisinə ərizə verməklə qəbul etmədiyini və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 aylıq müddəti buraxdığını, hərəkətsizliyinin nəticələri aydın olması və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
25. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
27. Eyni Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
28. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
29. Göstərilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
30. Eyni Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
31. Eyni Məcəllənin 1172-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.
32. Eyni Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin
33. Göstərilən Məcəllənin 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: -1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; -1220.0.2. notariat orqanına ərizə verməklə; -1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə.
34. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
35. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlakın mülkiyyətçisi X1 öz iradə ifadəsini bildirərək, öz əmlakını nəvələri X32 və Cavabdeh2 vəsiyyət etmişdir.
36. Bundan əlavə, hazırki iş üzrə İddiaçı (mərhumənin qızı) Xaçmaz Notariat Ofisinə ünvanlanan xx.xx.2021-ci il tarixli, **********304 saylı ərizəsinə əsasən o, anası X5 xx.xx.2021-ci il tarixində vəfatından sonra qalmış miras əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat ofisinə ərizə verməklə qəbul etmədiyini və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 aylıq müddəti buraxdığını, hərəkətsizliyinin nəticələri aydın olması və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir.
37. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, əvvəla, hazırkı tələb mirasın qəbulundan imtinanın mübahisələndirilmədən həmin imtina əsasında verilmiş qanun vərəsəlik haqqında şəhadətnamənin, məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin və vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədədir, iddiaçı bundan ötrü müvafiq əsas olduğunu xx.xx.2021-ci il tarixdə bilmiş, həmin tarixdə eyni məzmunlu müraciət ilə Notariat kontoruna müraciət etmişdir, iddia tələbi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir, qanunvericiliyin tələbinə əsasən, mirasın qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər ki, həmin müddət də kəsici müddətdir, lakin iddiaçı qeyd olunan müddəti ötürməklə iddia tələbini vermiş, həmçinin mirasın qəbulundan imtinanı mübahisələndirməmişdir.
38. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz.
39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
40. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
41. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər.
42. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.
43. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
44. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
45. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.
47. Belə olan halda, məhkəmə iddiaçının xx.xx.2021-ci il tarixli imtina ərizəsini əsas götürərərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
48. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
49. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
50. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkilinin iddia müddətinin ötürülməsinə dair ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.
52. Məhkəmə qeyd edir ki, MM-in 1231.1-ci maddəsində qeyd olunan iddia müddəti kəsici müddət deyildir.
53. Bundan əlavə, məhkəmə qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı (ləğv edilməsi) ilə bağlı iddia müddəti tətbiq edilmir.
54. Həmçinin, iddiaçının mübahisələndirdiyi “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” tarixi xx.xx.2023-cü il, məhkəmə müraciət edilən tarix xx.xx.2024-cü ildir. Göründüyü kimi vəsiyyətnamənin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 2 illik iddia müddəti ötürülməmişdir.
55. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinə, X20, X21 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin, vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışların ləğv edilməsi, vərəsə kimi tanınma və miras əmlakda vərəsə payının müəyyən edilməsi tələbi”nə dair iddiası rədd edilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığına görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
64. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsini cəlb etməklə cavabdehlər 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzində notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva