Məhkəmə qərarları › İş №2(060)-819/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-819/2023

22.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-819/2023 22.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, BTZ ərazisində yerləşən evinə qanunsuz və əsassız yazılmış xx.xx.2022-ci il tarixli, 030016 saylı akta əsasən hesablanmış 829,53 manat borcun **********00258 saylı abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, BTZ ərazisində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin evdə elektrik enerjisindən yalnız işıqlandırma məqsədi ilə istifadə edir. Tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyərini vaxtlı- vaxtında ödəyir. Həmin ünvan xx.xx.2017-ci il tarixdə enerji təchizatçı müəssisəsi tərəfindən qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixdə cavadeh təşkilatın işçiləri tərəfindən qeyd olunan ona məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirirkən elektrik hesabat sayğacın müdaxilə olması deyilərək ona 030016 saylı akt tərtib edilərək həmin akta əsasən ona 829,53 manat əlavə sərfıyyat hesablanmışdır. Məhkəməninin nəzərinə çatdırır ki, həmin ərazidə həmin sayğaca cavabdeh təşkilatın nümayəndələri hər ay sayğaca baxış keçirərək ona bildiriş təqdim edirlər və sayğacın qorunmasına o, hər hansı cavabdehlik daşımır. Sayğac çöl divarda yerləşir sayğaca enerjitəchizatçı təşkilat nəzarət edir və cavadehlik daşıyır. Abunə haqqında çıxarışdanda görünür ki, mənzilə quraşdırılmış elektrik hesabat sayğacı əsasında yaranmış borc vaxtında tərəfindən cavabdehə ödənilmişdir. Hal-hazırda isə "xxxx" ASC tərəfindən əsasız tərtib olunmuş akt əsassında yaranmış borcu ondan tələb edir. Qeyd etmək istəyir ki, o, Qubadlı rayonundan məcbur köçkündür. Qaçqınkom tərəfindən hər ay 84 manat ödəniş olunur. Yəni onun sayğaca müdaxilə etməyə ehtiyacı yoxdur. Abunə haqqında çıxarışdanda aydın görünür ki, orda X1 olunmur. Akt tərtib edildikdən sonra ki, aylardada hər hansı dəyişiklik olmamışdır hər hansı hesabat getməmişdir. Enerjitəchizatçı təşkilatın öz abunə haqqında çıxarışından da görünür ki, aktdan sora belə hesabatda dəyişiklik olmamışdır. Olmayan belə kənar xətt ləğv edildikdən sora sayğac qeyd aparardı. Abunə haqqında çıxarışdan aydın görünür ki, aktdan sonrada hər hansı hesablaşma qeyd aparılmamışdır. Aydın görünür ki. akt qanunsuz və qərəzli olaraq yazılmışdır. Tərtib olunmuş aktdan isə görünür ki, akt yalnız cavabdeh təşkilatın nüamayəndələri tərəfindən imzalanmış və iştirakı təmin edilməmişdir. Bütün bunları nəzər alaraq hesab edir ki, tərtib olunmuş akt qanunsuz hesab edilərək ləğv olunmalıdır. Sayğacın işlək vəziyyətdə saxlanması istehlakçının vəzifəsi deyil və bu səbəbə görədə o, məsuliyyət daşıya bilməz. Mövcud qanunvericiliyin tələblərindəndə görünür ki, cavadeh heç bir əsası olmadan onun üzərinə istifadə etmədiyi elektrik enerjisinə görə yaranmış borcun ödənilməsi öhdəliyi qoymuşdur. Borcun ödənilməyəcəyi təqdirdə isə mənzilinə elektrik enerjisinin verilməsinin dayandırılacağını bildirmişlər. Məhkəmədə iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, sayğacın alt qapaq möhürü yerində mövcud deyil. Sayğacın çıxış faz xətti sayğacın giriş faz xəttinə qoşularaq sayğac sxemindən kənarlaşdırılıb. Kənar xəttin en kəsi 2,5 mm-lik məftildən ibarətdir. Naqilin qoyuluş gücü 5,9 kvt-dır. xx.xx.2022-ci il tarixli, NDM 030016 saylı akt əsasında 721,19 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində akt əsasında ona 829,53 manat məbləğində hesabat aparıldığını qeyd etmişdir. İddiaçının akt əsasında aparılmış hesabatdan əlavə (721,19 manat) hal-hazırda X1yə görə 117,34 manat debitor borcu da qalmışdır Hal hazırki dövrə ümümi borcu 838,73 manat təşkil edir. İddiaçı istehlak etdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında ödəmir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Bələdiyyəsi “İnşaatçı” 1 saylı məhəllə komitəsinin “Ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən ev № 718a-da ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abunə haqqında saldodan görünür ki, ünvan 1 ünvanına ümumi olaraq görə 829,53 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları R.Kərimov və İ.Səfiyarov tərəfindən tərtib edilmiş 05 oktyabr 2022-ci il tarixli NDM seriyalı 030016 №li aktdan görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən fərdi evə məxsus elektrik sayğacına baxış keçirərkən məlum olmuşdur ki, sayğacın alt qapaq möhürü yerində mövcud deyildir. Sayğacın çıxış faz xətti sayğacın giriş faz xəttinə qoşularaq sayğac sxemdən kənarlaşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş bilidirişin surətindən görünür ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəs, BTZ ünvanına838,73 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Mübahisələndirilən aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələbləri pozularaq abonentə məxsus elektrik hesabat sayğacının bütövlüyünün pozulması halı üçün abonentə əlavə sərfiyyat hesablanarkən Qaydaların qeyd olunan tələbləri nəzərə alınmamış, akt tərtib olunarkən iki nəfər hal şahidinin iştirakı təmin olunmamış və iddiaçı aktın doğruluğu barəsində məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı onun evinə əsassız olaraq hesablanmış 829,53 manat borcun silinməsini xahiş etsə də, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən və aktdan görünür ki, akt əsasında iddiaçıya 721,19 manat borc hesablanmış və məhkəmə iddia tələbini həmin hissədə təmin edir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, BTZ ərazisində yerləşən evinə dair cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş 030016 №li akta əsasən əsassız olaraq hesablanmış 721 (yeddi yüz iyirmi bir) manat 19 (on doqquz) qəpik məbləğində borc əsassız olduğu üçün **********00258 saylı abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, BTZ ərazisində yerləşən evinə dair cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş 030016 №li akta əsasən əsassız olaraq hesablanmış 721 (yeddi yüz iyirmi bir) manat 19 (on doqquz) qəpik məbləğində borc əsassız olduğu üçün **********00258 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar