Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-820/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil oglunun, Cavabdeh X1 Firuzə Vaqif qızının iştirakı ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «aktın etibarsız hesab olunması, sayğacın dəyəri olaraq tələb edilən pul məbləğinin və qaza görə qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh QSC tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 avqust 2023-cü il tarixli, ******* nömrəli Aktın etibarsız hesab olunması və qanunsuz hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində əlavə sərfiyyatın (borcun) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri tam və vaxtında ödəmiş, indiyədək istifadə etdiyi təbii qaza görə borcu olmamışdır və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olumayıb. AZƏRİQAZdan ona verilmiş xx.xx.2023-cü il tarixli bildiriş xəbərdarlıq-da deyilir: Köhnə kodu:**********05000; Abunə kodu:01**********050; Adı və soyadı: İddiaçı Zakir oğlu: Ünvanı: Yaşıldərə massivi, ev 2/4. mənzil 5. İlin əvvəlindən cari ayadək istifadə olunmuş qaz sərfi (kubmetr ilə): 2142: Sayğac Nömrəsi: **********7; Son göstərici: 882; Əvvəlki göstərici 753; Sərfiyyat (kubmetr); 129, Məbləğ (ƏDV-li): 870.00 manat, Qalıq borc: 844.2 manat; Son ödənilən: 50 AZN xx.xx.2023; yekun borc: 870.00 manat..." X3 və ona təqdim edilən digər sənədlərdən belə məlum olur ki. guya mənzilində quraşdırılmış qaz sayğacına müdaxilə edilmişdir. Buna görə də cavabdeh qurum sayğac istismara yararsız kimi qiymətləndirmişdir. 2023-cü ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək sərfin məbləği olaraq borc kimi 354 manat 20 qəpik və 90 gün ərzində əlavə sərfiyyat kimi hesablanmış 4320 kub metr qazın dəyəri olaraq 518 manat 40 qəpik, cəmi 870 (səkkiz yüz yetmiş) manat məbləğində pulu ödəməyi tələb edir. Buna görə də cavabdehin ondan qeyd edilən məbləğdə pul tələb etməsi tamamilə əsassız və qanunsuzdur. Ona dair Abonent Saldosuna əsasən, ailə tərkibi 1 nəfərdən, qaz cihazı isə 4 gözlü plitəsindən (PQ-4) (İ/İ) ibarətdir. Abonent kodu: **********40050: Sayğac:Tip: ZENNER MEXANİKİ; № **********7; Quraşdırılma tarixi: xx.xx.2023-cü il. Cavabdeh QSC-nin Sumqayıt QİS tərəfindən tərtib edilmiş və mənzilə ünvanlanmış 25 iyun 2023-cü il tarixli “dəymiş ziyanin bərpasina dair tələbnamə”yə əsasən: aşkar edilmiş nöqsan: Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə 31 avqust 2023-cü il -cü il tarixində AKT № MSK- İ4-2-2/3-5-8856/Q00İ saylı Aktına əsasən **********4 Sayğaca baxış keçirildi. Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizmin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətraflı əzik-cızıq izləri var. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir Sayğac istismara yararsızdır. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin. İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 201l-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydalarının 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqı barədə müqavilənin 2.2.5-ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi). Habelə Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzi ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən, itirilmiş qaz bərpa edilsin. xx.xx.2023-cü il. 309653 №-li akt. Dəymiş ziyan həcminin hesablanması; Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 31 avqust 2023-cü il tarixli. 0309 nömrəli akta əsasən “...İstehlakçı İddiaçı: Ünvan: Sumqayıt şəhəri, yaşıldərə massivi.2/4, mənzil 5: Abonentin kodu: 01**********050: Fəaliyyət növü: Fərdi ev: İmza edənlər: Sumqayıt QİS-in nümayəndələri 10 saylı sahənin xidmət rəisi Gülməmmədov Yusif və çilingəri Babazadə Tural və istehlakçının nümayəndəsi İddiaçı ilə bu “Akt” ı tərtib edir, ona görə ki, istehlakçıya məxsus qeyri yaşayış sahəsində xx.xx.2023 tarixində saat (saat göstərilməyib) təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı və qeyd olunanlar müəyyən olundu: Metrologiya departamentinin rəyinə görə G4 markalı (**********4) sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod platmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Dəymiş ziyan hesablansın...” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 201l-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydalarının 4.3 bəndinə əsasən "Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə” 25 iyun 2023-cü il tarixli, MSK - 14-2-2/3-5-8856/Q001 №-li Akta əsasən Cavabdeh İB-nin İ4-2-2/3-5-8856/2023/Q00İ saylı 30 avqust 2023-cü il tarixli məktubuna əsasən 30 avqust 2023-cü il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına gətirilmiş əhalinin diaqramına tipli qaz sayğaclarına 31 avqust 2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirildi və aşağıdakılar müəyyən edildi: Sayğacın zavod nömrəsi: 20UCH999S4; İnzibati rayon: Sumqayıt: Sayğacın tipi: Zenner: Sayğacın markası: G-4: Mexaniki göstərici (m.3): 7899; Yoxlamanın nəticəsi: Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçan qazın həcmi qeyd etmir. Sayğac istismara yararsızdır..." X2 Sumqayıt QİS-in əməkdaşları ona məlum olmayan tarixdə onun iştirakı olmadan mənzilinə quraşdırılan sayğacı götürüb aparmışlar. Əsas kimi sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olması, sayğacın istismara yararsız olması qeyd edilmişdir. Lakin tam məsuliyyəti ilə və qəti əminliklə bildirir ki, onun bunda heç bir təqsiri yoxdur. Ona 00309653 nömrəli 31 avqust 2023-ci il tarixdə akt tərtib edilərək 4320 m3-518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində əlavə sərfiyyat hesablamışlar. Əlavə olaraq bildirir ki, sayğacın xüsusi plombu da üstündə olmuş və bu da hər hansı kənar müdaxiləni mümkünsüz edir. Həmçinin sayğac mənzilin çölündə yerləşir və X2 Sumqayıt QİS-in əməkdaşları asanlıqla müdaxilə edə bilər və ya dedikləri kimi nasaz sayğac quraşdıraraq cərimə yazmaq üçün bu cür qanunsuz əməllərdən istifadə edə bilər. Nəticədə isə qanunsuz olaraq ona 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində əlavə sərfiyyat (borc) hesablanmışdır. Ümid edir ki, sivil, demokratik cəmiyyətdə bu cür qanunsuz əməllərin qarşısı tezliklə alınacaq və ədalət öz yerini tapacaqdır. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, sayğacın istismar müddəti bitdiyinə görə yenisi ilə əvəz edilmişdir. Sayğac laboratoriyaya göndərilmişdir. Sayğacın üzərində əzik-cızıq işlər aşkar olunmuşdur. Buna görə də, 518,40 manat məbləğində cərimə hesablanmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 29 noyabr 2023-cü il abonentin saldosundan müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 3 ünvanına akt əsasında 518,40 manat borc hesablanmışdır. İşə əlavə olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 4320 m3. İş materiallarında olan Cavabdeh MSK-14-2-2/3-5-8856/Q001 saylı aktdan görünür ki, **********4 saylı, G-4 markalı qaz sayğacına Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İddiaçıya məxsus mənzilin sayğacı küçədə, yəni ictimai yerdə yerləşdiyinə görə həmin sayğaca istənilən şəxs tərəfindən medaxilə oluna bilərdi. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş cərimənin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 518,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı Cavabdehnə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Məhkəmə iddia tələbinin tərtib edilmiş 31 avqust 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi hissəsini araşdıraraq, hesab edir ki, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, tərtib edilmiş akt həmin sayğaca müdaxilə ilə bağlı olmuş və sayğaca müdaxilə olunması məhkəmədə öz təstiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 4 ünvanına aid Cavabdeh İstahsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta görə hesablanmış 518 (beş yüz on səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Aktın etibarsız hesab olunması hissəsində iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-820/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-820/2024
11.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver