Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8227/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun adına olan (abunə kodu **********00332) ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə hesablanmış 390,52 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, ailə üzvlərilə Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 9/12, mənzil 6-da yaşayır. Yaşadığı mənzilə cavabdeh təşkilat tərəfindən sayğac quraşdırılmış, həmin sayğac mənzilin çöl hissəsində yerləşir. 30.07.2021-ci il tarixdə cavabdeh təşkilatın münayəndələri yaşadığı mənzilə quraşdırılmış işıq sayğacına baxış keçirərək 022584 nömrəli Akt tərtib etmiş, həmin aktda qeyd edilmişdir ki, güya mənzilinə quraşdırılan işıq sayğacı enerji sərfıyyatını düzgün qeyd etmir. Cavabdeh təşkilat həmin akt əsasında 06.08.2021-ci il tarixdə sayğacı dəyişmiş, lakin nə bu aktın tərtib olunmasında nə də sayğacın tərtib edilməsində o və ailə üzvləri iştirak etməmişlər. O yaxın qohumunun dəfn və hüzn mərasimləri ilə bağlı bir müddət Xaçmaz rayonunda olmuş, qayıtdıqda isə mənzilinə quraşdırılmış işıq xəttinin kəsildiyini görmüşdür. Bunu səbəbi ilə maraqlandıqda isə ona bildirilmişdir ki, akt tərtib olunmuş və həmin akta əsasən 390,52 manat cərimə hesablanmışdır. O, cavabdehin bu hərəkəti ilə qətiyyən razı deyil, belə ki, əvvəlki sayğacın işlək vəziyyətdə olmasına nəzarət cavabdeh təşkilat tərəfindən həyata keçirilməlidir. Sayğac evin çölündə olduğu üçün ona görə o, cavabdehlik daşımır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddianı qəbul etmir. İddiaçının tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassızdır. Belə ki, 30.07.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik sayğacına baxış keçirilərkən sayğacın sxemindən keçən elektrik yükünü düzgün qeyd etməməsi aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlət Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın 8.15-ci bəndinin tələblərinə uyğun olaraq 30.07.2021-ci il tarixli, 022584 saylı akt tərtib edilərək 384,62 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlət Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın 8.15-ci bəndinin tələblərinə uyğun olaraq yenidən hesablaşma aparılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Abunə haqqında məlumatdan görünür ki, abonent kodu **********00332 olan mənzilə EİQ pozulmasına görə 384,62 manat borc hesablanmışdır. "xxxx" ASC-nin X4 Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 022584 saylı, 30.07.2021-ci il tarixli aktın məzmunundan görünür ki, E.E.İ.Q-na uyğun baxış aparılarkən məlum olmuşdur ki, elektrik sayğacı sxemindən keçən elektrik yükünü düzgün qeyd etmir. Ölçmə zamanı xəttdən axan yük Pfak= 1,67 kvt ( bir tam yüzdə altmış yeddi), Psay= 0,11 kvt (bir tam yüzdə on bir), qoyuluş gücü naqilin en kəsiyinə əsasən 2x10 mm aliminium Pqay=11,3 kvt təşkil edir. Məhkəmə sorğusuna Azərişıq ASC “Şimal” RETSİ tərəfindən verilmiş cavabdan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evi **********00332 saylı kodla 01.10.2002-ci il tarixindən abonent qeydiyyatındadır. Abonentin mənzilinə 23.01.2P09-cu ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. "xxxx" ASC-nin X1 Nəzarət İdarəsinin əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirərkən elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunması halının pozulması faktı aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”na uyğun olaraq 30.07.2021-ci il tarixində NDM022584 saylı akt tərtib olunmuşdur. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 4042 KVT/s (384,62 manat) sərfiyyat abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Akta əsasən 06.08.2021-ci il tarixində M600 tipli, ******* zavod nömrəli, ******* dövlət möhürlü sayğac quraşdırılaraq istismara verilmişdir. Abonentin 05.10.2021-ci il tarixinə enerjitəchizatçı təşkilata 394,40 manat borcu vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş“X2 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinəəsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxışşüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentindəşəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentindəölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilmişdir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşmasıüçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinəşərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsindəöz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Mübahisələndirilən aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən “X2 Qaydaları”nın yuxarıda qeyd olunan tələbləri pozularaq akt tərtib olunarkən abonentin və iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. Bununla yanaşı məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzilə verilən elektrik enerjisini qeydə alan elektrik sayğacı mənzildən kənarda - pilləkən meydançasında quraşdırılmışdır ki, yuxarıda qeyd olunan “X2 Qaydaları”na görə də qeyd olunan halda hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 30 iyul 2021-ci il tarixli NDM 022584 nömrəli akt əsasında hesablanmış 384,62 manat borc ləğv olunaraq iddiaçının abunə hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı adına olan (abunə kodu **********00332) ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilə 30 iyul 2021-ci il tarixli NDM 022584 nömrəli akt əsasında hesablanmış 384,62 (üç yüz səksən dörd manat altmış iki qəpik) manat borc "xxxx" ASC tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" ASC-dən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8227/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8227/2021
30.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver