Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-826/2021 05.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri, 1 saylı notariat kontoruna və maraqlı şəxslər 1 saylı Bakı ASAN xidməti mərkəzində notariat ofisinə və Maraqlı şəxs2 qarşı «vəsiyyətnamənin etibarsız sayılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2020-ci ildə vəfat etmiş X6 X4 Maraqlı şəxs2 Qəib oğluna Sumqayıt şəhəri, 1 saylı notariat kontorunda verilmiş vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 08 aprel 2020ci ildə onun dayısı qızı X9 vəfat etmişdir. Onun vəfat etməsindən dərhal sonra Maraqlı şəxs2 bildirmişdir ki, X9 onun adına vəsiyyətnamə qoymuşdur və onun bütün əmlakını artıq o, idarə etməlidir. Bu səbəbdən də dayısı qızının evinə girib ona məxsus əmlakları və digər bahalı əşyaları evdən çıxarıb satmağa başlamışdır. O, maraqlı şəxsə dayısı qızının ağır xəstə olduğunu və belə bir vəsiyyətnamə yaza bilməyəcəyini dedikdə, Maraqlı şəxs2 cavabdında onunla 1 saylı notariat kontoruna getmiş və orada vəsiyyətnamə yazıb qoyduğunu demişdir. O, maraqlananda ona bu haqda məlumat verməkdən imtina etmişdilər. Çox araşdırmalardan sonra o, vəsiyyətnamənin surətini əldə edə bilmiş və başa düşümdür ki, dayısı qızının xəstəliyindən istifadə edən Maraqlı şəxs2 1 saylı notariat kontorunun işçiləri ilə birləşib bu vəsiyyətnamənin yazılmasına nail olmuşlar. Dayısı qızı ağır xərçəng xəstəsi idi və son aylarda nə etdiyini belə bilmirdi. Bu səbəbdən də onun heç evdən çıxmağa belə halı olmurdu, nəinki notariat kontoruna gedib vəsiyyətnamə yazmağa. Göstərilənləri nəzərə alaraq, 08 aprel 2020-ci ildə vəfat etmiş X6 X4 Maraqlı şəxs2 Qəib oğluna Sumqayıt şəhəri, 1 saylı notariat kontorunda verilmiş vəsiyyətnamənin etibarsız sayılması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə İddiaçı, cavabdeh Sumqayıt şəhəri, 1 saylı notariat kontoru və maraqlı şəxslər 1 saylı Bakı ASAN xidməti mərkəzində notariat ofisi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə İddiaçı, cavabdeh Sumqayıt şəhəri, 1 saylı notariat kontoru və maraqlı şəxslər 1 saylı Bakı ASAN xidməti mərkəzində notariat ofisinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, əvvəllər yaxından tanıdığı X1 ailəsinə çox yaxın adam olmuşdur. Ağ ciyərlərində əmələ gəlmiş bərkimələrin sonradan ağ ciyər xərçənginə çevrilmişdir. Vəziyyətin ağır olduğu günlərdə o, Maraqlı şəxs2 evində yaşamış və ona ailə üzvü kimi qayğı göstərilmişdir. 24 yanvar 2020-ci il tarixdə ona ailə , Maraqlı şəxs2 ailə üzvlərinin iştirakı ilə ad günü keçirilmişdir. Bundan başqa 27.02.2020-ci il tarixdə X9 bütün əmlakına sərəncam vermək üçün Maraqlı şəxs2 etibarnamə vermişdir. Sonradan özünün təkidi ilə 05.03.2020-ci il tarixdə Maraqlı şəxs2 şahidlərin iştirakı ilə vəsiyətnamə vermişdir. X6 ağ ciyərində bəd xasiyyətli şişlər əmələ gəlmişdir. Lakin onun ağlı hər zaman yerində olmuş və hərəkətlərini ölçüb biçmək iqtidarında olmaqla nəticələrini bilirdi. 14.02.2020-ci il tarixdə X13 Mehman həkim müayinəsindən keçirtmək üçün İran İslam Respublikasına aparmışdır. Əzizbəyova Naiçi atçılıq idmanı ilə məşğul olmuşdur. Bununla bağlı o, daimi atçılıq klublarında fəal iştirak edirdi. Son günlərində xüsusi kislorod balonu vasitəsilə nəfəs almaqla yaşayırdı. Tənha qadın olduğu üçün vəfat etdikdən dərhal sonra tibbi yardım maşınını dəvət etmiş, həkimlər Əzizbəyova Naiçinin ölüm faktını müəyyən etdikdən sonra inzibati orqanlara müraciət etmişdir. Bakı şəhəri, Xətai rayon X2 ölümü ilə bağlı araşdırmalar aparılmış və ona məlumat verilmişdir ki, onun ölümü xəstəlik ilə bağlı olmuş və Maraqlı şəxs2 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin olmadığı müəyyən edilmişdir. İddiaçı X6 xərçəng xəstəliyi ilə bağlı anlaqsız olmasına istinad edir. Lakin bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin Maraqlı şəxs2 tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, X9 ölən günə kimi anlaqlı vəziyyətdə olmuş və öz hərəkətlərini ölçüb biçmək iqtidarında olmuşdur. Vəsiyətnamə verərkən də, şəxsən Sumqayıt şəhəri, 1 saylı notariat kontoruna gəlmiş və hüquqlarını müdafiə etdiyi şəxsin adına əvvəlcə etibarnamə vermiş, sonra isə etibarnaməni ləğv etmədən ona vəsiyyətnamə vermişdir. İddiaçı iddia ərizəsində göstərir ki, X9 onun dayısı qızıdır. Lakin bununla bağlı da, məhkəməyə və yaxud iddia ərizəsinə heç bir sənəd əlavə olunmamışdır. Bu baxımdan hesab edir ki, iddiaçının bu kateqoriyadan iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Göstərilənləri nəzərə alıb İddiaçı iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır İş materiallarında olan 05.03.2020-ci il tarixli “Vəsiyyətnamə”nin surətindən görünür ki, X9 ona məxsus olan bütün əmlakını Maraqlı şəxs2 vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin İddiaçı Xanbala oğluna ünvanladığı 05.10.2020-ci il tarixli məktubundan görünür ki, ərizəsində mərhumə 08 aprel 2020-ci il tarixdə vəfat etmiş X6 nəvəsi olduğunu və onun yeganə vərəsəsi olduğunu bildirir. Ərizəsində qeyd etdiyi kimi miras qoyanın adından vəsiyyət üzrə vərəsəlik işi açıldığı məlumdur. Bu halda məcbur pay hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə uyğun olaraq “Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarsını təşkil etməlidir. O, qeyd olunan vərəsələr sırasına daxil deyildir. İş materiallarında olan AZ-İİ № 075799 saylı, 14.05.2020-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 02.06.1995-ci il tarixdə “Kəskin ürək damar çatışmamazlığı” səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-İ № 832787 saylı, 12.11.2016-cı il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 26.02.1986-cı il tarixdə “Xərçəng intoksikasiyası” səbəbindən ölmüşdür. İş materiallarında olan AZ-T № 006468 saylı, 15.10.2016-cı il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ata qrafasında Səfərov X19, ana qrafasında X3 qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə görə fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179-cu maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə (yerli özünüidarə orqanı) müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1220.0-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. Vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1223.2-ci maddəsinə əsasən notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair» 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrində bələdiyyələr tərəfindən vəsiyyətnamələrin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması öz-özlüyündə yerli özünüidarə orqanlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə görə vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.3-cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 327-ci maddəsinə əsasən birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının, X6 Maraqlı şəxs2 Qəib oğluna Sumqayıt şəhəri, 1 saylı notariat kontorunda verilmiş vəsiyyətnamənin etibarsız sayılması tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçı, X6 xərçəng xəstəliyi ilə bağlı anlaqsız olmasına istinad edir. Bundan başqa, X9 onun dayısı qızı olduğunu göstərmişdir. Lakin bununla bağlı da, məhkəməyə və yaxud iddia ərizəsinə heç bir sənəd əlavə olunmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının iddia qaldırmağa subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdeh Sumqayıt şəhəri, 1 saylı notariat kontoruna və maraqlı şəxslər 1 saylı Bakı ASAN xidməti mərkəzində notariat ofisinə və Maraqlı şəxs2 qarşı “08 aprel 2020-ci ildə vəfat etmiş X6 X4 Maraqlı şəxs2 Qəib oğluna Sumqayıt şəhəri, 1 saylı notariat kontorunda verilmiş vəsiyyətnamənin etibarsız sayılması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-826/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-826/2021
05.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver