Məhkəmə qərarları › İş №2(060)-828/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-828/2021

19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-828/2021 19.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstahsalat Birliyinə qarşı «aktın etibarsız hesab olunmasına və akt üzrə hesablanmış məbləğin silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca dair tərtib olunmuş aktın etibarsız hesab edilməsi, akt əsasında üzərində qanunsuz və əsassız yazılmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilinə quraşdırılmış sayğaca dair tərtib olunmuş aktın etibarsız hesab edilməsinə və akt əsasında üzərində qanunsuz və əsassız yazılmış 427,69 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2013-cu ildən ailəsi ilə birlikdə yaşayır. Cavabdehin əməkdaşları 27.02.2020-ci il tarixdə fərdi yaşayış evinə təbii qazdan istifadəyə görə quraşdırılmış sayğaca baxış keçirtmişlər və bildirmişdirlər ki, sayğac dəyişdirilməlidir. 28.02.2020-ci il tarixdə fərdi yaşayış evinə yeni sayğac quraşdırdılar. Bu yaxınlarda ünvanına cavabdeh tərəfindən daxil olmuş bildirişdə göstərilmişdir ki, 216 manat borcu var. O, bu barədə məlumat alandan sonra başa düşdü ki, smart karta yüklədiyi qaz pulunun 50 faizi nəyə görə silinir. O, fərdi yaşayış evində yaşayır, təbii qazdan istifadəyə görə quraşdırlmış sayğac qonşunun hasarının küçəyə baxan hissəsində quraşdırılmışdır, həmin sayğacın onun tərəfindən yararsız hala gətirilməsi mümkün olan bir hal deyildir. Onun sayğac üzrə bu günə qədər heç bir borcu yoxdur. Hesab edir ki, o, qaz sayğacına müdaxilə etmədiyindən üzərinə yazılmış borc əsassız və qanunsuzdur. Bu barədə tərtib olunmuş akt da qanunsuz və əsassız tərtib olunmuşdur. Əlavə olaraq bildirir ki, son dövrlərdə cavabdeh təşkilat vətəndaşların qaz sayğaclarının müdaxiləsi barədə qanunsuz və əsassız aktlar tərtib edərək vətəndaşları incidirlər. Təsadüfi deyildir ki, Respublika Prezidenti Cənab İlham Əliyev bu yaxınlarda “Cavabdeh” İB-nin rəhbərliyinə bu barədə iradını bildirmişdir. 19.05.2019-cu il tarixdə cavabdehin əməkdaşları fərdi yaşayış evinə gedən qaz verilməsini dayandırmışlar. Göstərilənləri nəzərə alaraq, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilinə quraşdırılmış sayğaca dair tərtib olunmuş aktın etibarsız hesab edilməsinə və akt əsasında üzərində qanunsuz və əsassız yazılmış 427,69 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh “Cavabdeh” İstahsalat Birliyi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan “Cavabdeh” İB-nin 17 iyun 2020-ci il tarixli MSK 29/1710- 00501-2 saylı aktın surətindən görünür ki, “Cavabdeh” İB-nin SOCAR**********30991710X00501 saylı 11 mart 2020-ci il tarixli telefonoqramına əsasən 16 mart 2020-ci il tarixində əhali sektorunda istismarda olan Sumqayıt QİS-dən Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasına aparılmış Fransa istehsalı G4 markalı smart kart və gallus pay tipli qaz sayğacları 11 iyun 2020-ci il tarixində Dövlət yoxlamasına aparılmış əhalinin mexanika tipli qaz sayğaclarına baxış keçirilmiş müəyyən olunmuşdur: sayğacın klapanı işlək deyil, G-4 markalı, (№16** AZ ***1********) sayğaca baxış zamanı bir ədəd dişli çarxın oxu qırılıb. Sayğacın yaddaş arxivi oxunmur. Sayğacda 06.02.2017, 04.10.2017, 25.12.2017, 20.01.2018-ci il tarixlərdə ALARM-1 rejimi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, yaxınlığı 4-cü küçə 1L-ə akta əsasən 216 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları A.Musayev, Y.Gülməmmədov və Q.Əsgərovun iştirakı ilə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 4-cü küçə, 1L-ə dair tərtib edilmiş “Təbii X2nn pozulması haqqında” ******* №li 19.06.2020-ci il tarixli aktın surətindən görünür ki, 16.03.2020-ci ildə D/Y-na gətirilmiş G-4 markalı (№16** AZ ***1********) qaz sayğacının itirinin rəyinə görə sayğaca baxış zamanı bir ədəd dişli çarxın oxu qırılıb. Sayğacın yaddaş arxivi oxunmur. Sayğacda 06.02.2017, 04.10.2017, 25.12.2017, 20.01.2018-ci il tarixlərdə ALARM-1 rejimi aşkar olunmuşdur. İş materiallarında olan “Cavabdeh” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 19.06.2020-ci il tarixli sənəddən görünür ki, ******* №li 19.06.2020-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 m3 /saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2160 m3. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları A.Musayev, Y.Gülməmmədov, M.Salmanov və R.Abbasovun iştirakları ilə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, yaxınlığı 4-cü küçə, ev 1L-ə dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №li 27.02.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı yaşadığı evə aid sayğacın bir ədəd dişli çarxı oxu qırılıb. Sayğacın yaddaş arxivi oxunmur. Sayğacda 06.02.2017, 04.10.2017, 25.12.2017, 20.01.2018-ci il tarixlərdə ALARM-1 rejimində işləyir. İş materiallarında olan “Cavabdeh” İB Sumqayıt QİS tərəfindən İddiaçı ünvanlanmış 27.10.2020-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, yaxınlığı 4-cü küçə, 1L ünvanında olan G-4 markalı 1062AZ**********39 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamaslna göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın klapanı işlək deyil, hesablama mexanizmini hərəkətə gətirən bir ədəd dişli çarxın oxu qırıldığından və Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 211,69 manat ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” 1 saylı Məhəllə Komitəsinin 08.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, yaxınlığı 4-cü küçə, 1L ərazisində yaşayır. “X2"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı tələb edilməsi qanuni olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Məhkəmə iddia tələbinin tərtib edilmiş 27 fevral 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, tərtib edilmiş akt həmin sayğaca müdaxilə ilə bağlı olmuş və sayğaca müdaxilə olunması məhkəmədə öz təstiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X2”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına akt əsasında hesablanmış 427 (dörd yüz iyirmi yeddi) manat 69 (altmış doqquz) qəpik məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına akt əsasında hesablanmış 427 (dörd yüz iyirmi yeddi) manat 69 (altmış doqquz) qəpik məbləğində borc silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar