Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8300/2025 18.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X13 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X9rşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X9rşı iddia qaldıraraq, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5 A/8-də yerləşən 2 saylı mənzilə əsassız hesablanmış 527 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5 A/8-də yerləşən 2 saylı mənzili 2016-cı il tarxdə alqı-satqı müqaviləsinə əsasən almış və hazırda mənzil mülkiyyətindədir. X1 2018-ci ildə mənzilə qeydiyyata alınmışdır. Sumqayıt şəhər “Sukanal” İdarəsi tərəfindən onun adına 527 manat su borcu hesablamışdır. Bu borcun yaranması, mənzilində yaşamayan və onun tanımadığı şəxs - X3 həmin ünvanda qeydiyyatda olması ilə bağlıdır. Həmin şəxsin mənzilində qeydiyyatda olmasından xəbəri olmayıb, bu şəxsi tanımır, heç bir qohumluq əlaqəsi yoxdur. Həmin şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-8158/2025 saylı qərarına əsasən X10 qeydiyyatdan çıxarılmışdır. Bu şəxs mənzilində yaşamamış, sudan istifadə etməmişdir. Onun mənzildə yaşamadığını ərizəsinə əlavə etdiyi məhkəmənin qətnaməsi və Mənzil İstismar Sahəsinin arayışı da təsdiq edir. Mənzildə sayğac olmadığına görə, su pulu adam hesabı ilə hesablandığından ona maddi problem yaratmış və əsassız olaraq suya görə 527 manat borc yazılmışdır. Hətta bununla əlaqədar Sumqayıt şəhər “Sukanal” İdarəsinə müraciət etmiş, ordan da bildirdilər ki, suya görə olan borc qeydiyyatda olan adamların sayına görə hesablanır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X13 nümayəndəsi X7 izahatında bildirdi ki, iddiaçı 2016-cı ildə evi almış, cavabdeh tərəfindən göstərilən xidmətlərdən istifadə etmişdir. Mənzildə 3 nəfər qeydiyyatda olan şəxs olmuş, buna görə də hesabat 3 nəfərə görə aparılmışdır. İddia tələbində isə sayğac göstəricisinə əsasən hesablanmış borcun silinməsini xahiş edir. Əgər iddiaçı 2025-ci ildə digər bir nəfərin qeydiyyatdan çıxarılması ilə bağlı arayışı təqdim edərsə, hesabat buna uyğun aparılacaqdır. Hesab edir ki, keçmiş dövrə görə hesabat düzgün aparılmışdır.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-8158/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə üçüncü şəxs X4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunması qərara alınmışdır.
6. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı, X8 qeydiyyatdadırlar.
7. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X20 Sumqayıt şəhər Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1-ci mikrorayon ev 5a/8 mənzil 2 ünvanı xx.xx.2020-ci il tarixdə müvafiq sənədlər təqdim edilməklə (ailə tərkibi, çıxarış,şəxsiyyət vəsiqəsi) Asan xidmət mərkəzində İddiaçı adına 3 nəfər ailə tərkibi olmaqla qeydiyyata alınmışdır. Ünvan su sayğacı ilə təchiz edilmədiyi üçün, aylıq su sərfi Sudan istifadə qaydalarının 7.4 bəndinə uyğun olaraq ailə tərkibi 3 nəfər olmaqla icra edilmişdir və hər ay əməkdaşlar tərəfindən ünvana borc haqqında hesab-faktura təqdim edilmişdir.
8. Abonent kartından görünür ki, abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 469 manat borcu yaranmışdır.
9. AN-İ seriyalı, ******* nömrəli, 31 oktyabr 2016-cı il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı X5 ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 41,2 kv/m olan mənzili 34000 manat müqabilində İddiaçı satmışdır.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun
-4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. -4.3-cü maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. -30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. -59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və ya müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. -61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın
-2.1.5-ci maddəsinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. -4.1.3-cü maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. -5.1.5-ci maddəsinə əsasən istehlakçının hüquqlarına verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ aid edilmişdir. -7.4-cü maddəsinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
15. Belə ki, iş materialları ilə müəyyən olunur ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X20 tərəfindən ünvan 2 ünvanına (abonent kodu: **********020) xx.xx.2020-ci il tarixindən su təchizatı sistemindən suyun buraxılması xidmətləri göstərilmiş və bu barədə 43631873 saylı müqavilə bağlanmışdır. Həmin ünvana dair abonent kodu İddiaçı məxsusdur. «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X20 tərəfindən qeyd olunan ünvana su təchizatı xidmətlərinə görə 469 manat məbləğində borc hesablanmışdır.
16. İddiaçı hal-hazırda 527 manat borc məbləğinin silinməsini məhkəmədən xahiş edir.
17. Məhkəmə cavabdeh tərəfindən hesablanmış borcun miqdarının düzgün hesablanmaması ilə bağlı nəticəyə gələrək qeyd edir ki, iddiaçı əhali qrupu abonentinə aid olduğundan ona su təchizatı və tullantı sularına görə ödənişin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 7.4-cü maddəsinə uyğun olaraq istehlakçı tərəfindən qeydiyyatda olan şəxslərin sayı barədə təqdim edilmiş sənəd əsasında ona məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə aparılmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
18. İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5A/8, 2 saylı mənzili iki əvvəl alqısatqı müqaviləsi əsasında aldığını, ailə tərkibinin 2 nəfər olmasına baxmayaraq hesabatın mənzilin keçmiş mülkiyyətçisi də nəzərə alınmaqla 3 nəfər ailə tərkibinə uyğun hesablandığını, nəticədə əsassız borcun yarandığını bildirmişdir.
19. İddiaçının məhkəməyə təqdim etdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı, X8 qeydiyyatdadırlar.
20. Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-8158/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə üçüncü şəxs X4 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunması qərara alınmışdır.
21. Beləliklə, X11 həmin ünvanda qeydiyatda olmadığı halda, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvanda 3 nəfər ailə üzvünün sayı əsas götürülərək ona su təchizatı xidmətlərinə görə borc hesablanmışdır.
22. Eyni zamanda abonent kartından çıxarışdan iddiaçı tərəfindən ünvan 2 ünvanında sudan istifadəyə görə aylıq ödənişlərin həyata keçirildiyi müəyyən olunur.
23. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsi olduğu halda iddiaçıya istehlakçıya verilən suyun dəyərinin hesablanması barədə məlumat təqdim etməmiş, bunu sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının 1.2.2-ci bəndinə əsasən istehlakçı – STKM-in xidmətlərindən istifadə edən hüquqi və ya fiziki şəxsdir.
25. İddiaçı tərəfindən mənzilin 31 oktyabr 2016-cı il tarixdə alındığını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin dövrdən sonra qeyd edilən ünvana görə su təchizatından və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat iki nəfər ailə tərkibi nəzərə alınmaqla hesablanmalıdır. Məhkəmə 31 oktyabr 2016-cı il tarixdən su təchizatından və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 804,50 manat məbləğində vəsaitin hesablandığını nəzərə alaraq, hesab edir ki, qeyd edilən ünvanda sudan istifadəyə görə hesablanmış 268,16 (804,50/3) manat məbləğində pul vəsaiti **********020 saylı abunə hesabından silinməlidir. İddianın qalan hissəsində münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbində qeyd edilən 527 manat məbləğin 258,84 manat hissəsi iki nəfər ailə tərkibinə aid ödənilməli hissə olduğundan iddia həmin hissədə təmin edilməməlidir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X20 tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5 A/8, 2 saylı mənzildə sudan istifadəyə görə hesablanmış 268 (iki yüz altmış səkkiz) manat, 16 (on altı) qəpik məbləğində borc **********020 saylı abunə hesabından silinməlidir.
Nəticə:
1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
«İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X20 tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 5 A/8, 2 saylı mənzildə sudan istifadəyə görə hesablanmış 268 (iki yüz altmış səkkiz) manat, 16 (on altı) qəpik məbləğində borc **********020 saylı abunə hesabından silinsin. Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X12 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva