Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8339/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçi İddiaçı iştirakı ilə, İddiaçi İddiaçı cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki işə 06 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum atası Paşayev Ramiz Məmmədiyə oğlundan miras qalan Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən torpaq sahəsi üzərində qeyri yaşayış sahəsinin - mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum atası Paşayev Ramiz Məmmədiyə oğlundan miras qalan əmlakların onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Paşayev Ramiz Məmmədiyə oğlu 10 fevral 2018-ci ildə «essensial hipertenziya» xəstəliyindən dünyasını dəyişmişdir. Atası sağlığında onunla bir ünvanda yaşamışdır. Ona Sumqayıt şəhər Bələdiyyəsinin qərarı ilə Sumqayıt şəhəri 76-cı məhəllədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə torpaq sahəsi ayrılmış və atası sağlığında bu sahədə qeyri-yaşayış sahəsi inşa etmişdir. Atası vəfat etdikdən sonra isə o, atasının qanun üzrə 1-ci növbə vərəsəsi kimi bu obyektdən istifadə etməklə bütün xərcləri ödəmişdir. Lakin o, 6 ay müddətində vərəsəliyin rəsmiləşdirilməsi ilə bağlı notariata müraciət etməmişdir. Belə ki, miras əmlak onun tərəfdən faktiki olaraq qəbul edilmiş və digər tərəfdən mərhumun digər vərəsələri ilə onun arasında miras əmlakla bağlı hər hansı bir mübahisə olmamışdır. Belə ki, miras qoyanın digər qanun üzrə 1-ci növbə vərəsələri də notariat qaydasında mirasdan imtina etmələri barədə ərizə vermişlər. Hal-hazırda da atasından miras qalan əmlak onun faktiki idarəçiliyindədir. O, atasından miras qalan həmin əmlakla bağlı ona qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat Ofısinə müraciət etmiş, ona mirasın qəbulu ilə bağlı müddətin ötürülməsi, həmin müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Belə hesab edir ki, mirasın qəbul edilməsi müddəti məhkəmə qaydasında uzadılmalıdır. Belə ki, miras qoyan vəfat etdikdən sonra o, miras qoyanın 1-ci növbə qanun üzrə vərəsəsi - oğlu kimi miras əmlakı faktiki olaraq qəbul etmiş və miras əmlak bu gün də onun faktiki istifadəsində və idarəçiliyindədir. İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsininn məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, atası 2018-ci ildə vəfat etmişdir. Həmin vaxt başı yas mərasiminə qarışmışdır. Bundan başqa o, mirasın qəbulu ilə bağlı 6 ay müddətin müəyyən edildiyini bilməmişdir. Ona görə də vaxtında atasından qalan miras əmlakı qəbul edə bilməmişdir. Atasından bəzi miras əmlaklar qalmışdır. Əslində o, həmin mirasın nələrdən ibarət olduğunu dəqiq bilmir. Atasının Sumqayıt şəhəri, məhəllə 76-da qeyri-yaşayış obyekti olduğunu bilir. Atasının ölümü ilə əlaqədar Sumqayıt şəhəri, məhəllə 76-da qeyri-yaşayış obyektinin sənədləşməsi yarımçıq qalmışdır. Atası həmçinin X8 təsisçisi olmuşdur və həmin müəssisə ticarət obyekti idi. İddiaçı əlavə olaraq onu da bildirdi ki, ailədə 2 qardaş və bir bacıdırlar. Onlar miras əmlakın onlara çatan hissəsindən onun xeyrinə imtina etmişdirlər. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 16.09.2021-ci il tarixli 2573 saylı məktubda qeyd edilmişdir ki, 16.09.2021-ci il tarixli, notariat ofisinə ünvanlanmış 10.02.2018-ci il tarixində vəfat etmiş Paşayev Ramiz Məmmədiyə oğlunun ölümündən sonra qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsi qeydə alınmış, lakin qanunla müəyyənləşdirilmiş müddəti keçirdiyi üçün müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 441875 nömrəli 16.09.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 25 saylı evin 7 saylı mənzilində qeydiyyatdadır. İşdə olan AZ T 089997 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası Paşayev Ramiz Məmmədiyə oğlu, anası isə X2r. İş materiallarında olan X5 tərəfindən verilmiş 21.09.2021-ci il tarixli **********427 nömrəli ərizədən görünür ki, X5 10.02.2018-ci il tarixində vəfat etmiş atası Paşayev Ramiz Məmmədiyə oğlundan irs qalmış (yaşayış (ev, mənzil və otaq) və qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edir. İşdə olan XVİ-ЖГ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 25.10.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası Paşayev Ramiz Məmmədiyə oğlu, anası isə X2r. İş materiallarında olan X7 tərəfindən verilmiş 20.09.2021-ci il tarixli **********315 nömrəli ərizədən görünür ki, X7 atası Paşayev Ramiz Məmmədiyə oğlunun vəfatından sonra harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakın ona çatası hissəsini qəbul etməmiş, etmir və bu barədə gələcəkdə hər hansı bir iddia qaldırmayacaq. İşdə olan AZ T 155362 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 19.03.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası Paşayev Ramiz Məmmədiyə oğlu, anası isə X2r. X3 12.03.1958-ci il tarixdə Əli Bayramlı rayonu, Güdəçuhur kəndində doğulmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. (iş materiallarında olan AZE seriyalı 09560740 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən) İşdə olan İİ-ЖГ 256762 nömrəli boşanma haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Paşayev Ramiz Məmmədiyə oğlu ilə X3 arasında olan nikah 02.04.1993-cü ildə Sumqayıt şəhər VVAQ Şöbəsində ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 96 nömrə ilə qeyd olunmuşdur. İş materialında olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Paşayev Ramiz Məmmədiyə oğlu 10.02.2018-ci ildə «essensial hipertenziya» xəstəliyindən Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.02.2018-ci il tarixə 294 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsinin 15.05.2014-cü il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində sahibkarlıq məqsədi ilə 80 kv.m. torpaq sahəsinin icarəyə verilməsi barədə həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması qərara alınmışdır. İş materiallarında olan 24.04.2014-cü il tarixli arayışın surətindən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində sahibkarlıq məqsədi ilə 80 kv.m torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir və həmin topraq sahəsinin sahibkarlıq məqsədi ilə satılması nəzərdə tutulmuşdur. İşdə olan 14.05.2014-cü il tarixli hesab-faktura və FJB**********207 saylı qəbzə əsasən Paşayev Ramiz Məmmədiyə oğlu torpaq sahəsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə 120,80 manat ödəniş etmişdir. İş materiallarında olan 01.01.1993-cü il tarixli təsisçi müqaviləsinə əlavədən görünür ki, Paşayev X1 Xızır İsaq oğlu və X9 ilə birlikdə X8 təsisçilərindən biridir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı ərizəsi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Paşayev Ramiz Məmmədiyə oğlu 10.02.2018-ci il tarixində vəfat etmişdir. Paşayev Ramiz Məmmədiyə oğlundan əmlaklar miras qalmışdır. İddiaçı Ramiz Paşayevin birinci növbə vərəsəsidir. Digər birinci növbə vərəsələr onun xeyrinə mirasdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iddiaçi İddiaçı Paşayev Ramiz Məmmədiyə oğlunun birinci növbə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 10.02.2018-ci il tarixində vəfat etmiş Paşayev Ramiz Məmmədiyə oğlundan miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. 10.02.2018-ci il tarixində vəfat etmiş Paşayev Ramiz Məmmədiyə oğlundan miras qalmış əmlakların qəbulu müddətinin İddiaçı tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8339/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8339/2021
06.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver