Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-837/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğum akt qeydinə düzəliş olunması barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 19 iyul 1976-cı il tarixli, 66 saylı doğum akt qeydində düzəliş edilərək, doğum haqqında şəhadətnamənin ana qrafasında anasının atasının adının Məjnum kimi yazılması, digər qeydlərin olduğu kimi saxlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Ərizəçi xx xxxx 1976-cı ildə Azərbaycan Respublikasının, Beyləqan rayonunun, Dünyamallar kəndində anadan olmuşdur. Bunu ona məxsus olan 10.05.2013-cü ildə Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş AZE, ******** №-li şəxsiyyət vəsiqəsi və 04 may 1992-ci ildə verilmiş XVİ-OKİ" 310071 №-li “Doğum haqqında şəhadətnamə təsdiq edir. Ona məxsus “Doğum haqqında şəhadətnamə”də anasının atasının adı səhvən Məcid kimi göstərilmişdir, Beləki ona məxsus “Doğum haqqında şəhadətnamə”də adı Raus, soyadı Bəylərov, atasının adı Atlıxan, şəhadətnamənin ata qrafasmda atasının adı Atlıxan, atasının adı isə Qardaşxan kimi göstərilmişdir. Şəhadətnamənin ana qrafasında anasının adı Humay, soyadı Bəylərova, atasının adı isə Məcid kimi göstərilmişdir. Əslində isə anasının atasının adı Məjnum olmuşdur. Bunu mərhum anasına məxsus olan 15.11.2012-ci ildə Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş AZE 13091782 №-li şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 3 nömrəli Sumqayıt şəhər Poliklinikası tərəfindən verilmiş “Ölüm haqqında Tibbi şəhadətnamə” və bacısı X1 məxsus olan A3 144413 №-li “Doğum haqqında şəhadətnamə” təsdiq edir. Doğum haqqında şəhadətnamədə düzəliş edilməsi üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi özünün 19 mart 2020-ci il tarixli, 05/Q-139/62 saylı imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göstərilənləri nəzərə alaraq, onun 19 iyul 1976-cı il tarixli, 66 saylı doğum akt qeydində düzəliş edilərək, doğum haqqında şəhadətnamənin ana qrafasında anasının atasının adının Məjnum kimi yazılması, digər qeydlərin olduğu kimi saxlanmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf qismində dəvət olunmuş Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, ərizəçi onun xalası oğludur. Ərizəçi iki bacı, iki qardaş olublar. Onların baba adı Məjnum olmuşdur. Eyni zamanda onun da anasının ata adı sənədlərdə “Məjnum” qeyd olunmuşdur. Məhkəmə Ərizəçi və şahid X8 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat şöbəsinin 19.03.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 271 saylı, 29.01.1962-ci il tarixli doğum haqqında akt qeydində ana bəndində Ərizəçi anasının ata adının “Məjnum”dan “Məcid”ə dəyişdirilməsinə dair doğum haqqında akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığına görə məhkəməyə müraciət edilməli olduğu qeyd edilmişdir. İş materiallarında olan AZ № 144413 saylı, 29.01.1962-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 16.01.1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında X6, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan XVİ-JQ seriyalı, № 310071 saylı, 04.05.1992-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi Atlxan oğlu xx.xx.1976cı il tarixdə Beyləqan rayonu, Dünyamallar kəndində anadan olmuşdur. Ata qrafasında ata adı Atlxan Qardaşxan oğlu, ana qrafasında X7 qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı, № 13091782 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bəylərova Humayın şəxsiyyəti təsdiq edən sənəddə ata adı Məjnum kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Bəylərova Humayın ata adı tibbi şəhadətnamədə Məjnum kimi göstərilmişdir. İş materiallarında olan AZ № 084652 saylı, 26.12.2000-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 06.12.2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Dİn-in BPQMİ-nin MAPS şöbəsinin 08.10.2020-ci il tarixli arayışından görünür ki, Ərizəçi Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11, mənzil 25-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadə verərək Ərizəçi anasının ata adı həqiqətən də “Məcid” deyil “Məjnum” olması faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 19 iyul 1976-cı il tarixli, 66 saylı doğum akt qeydində düzəliş edilərək, doğum haqqında şəhadətnamənin ana qrafasında anasının ata adı “Məjnum” kimi yazılmalı, digər qeydlərin olduğu kimi saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 19 iyul 1976-cı il tarixli, 66 saylı doğum akt qeydində düzəliş edilərək, doğum haqqında şəhadətnamənin ana qrafasında anasının ata adı “Məjnum” kimi yazılsın və digər qeydlər olduğu kimi saxlanılsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-837/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-837/2021
01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver