Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8389/2021 24.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətlə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və bunun nəticəsində əldə olunmuş hüquq verən sənədlərin etibarsız sayılaraq ləğv edilməsi, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzilin üzərində mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26-da yerləşən, 38 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, azyaşlı uşağı ilə cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçı Əliyev Dilşad Cabir qızına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı 2014-cü ilin noyabr ayında işlədiyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sumqayıt şəhər şöbəsindən analıq məzuniyyətinə çıxaraq Türkiyə Respublikasına getmişdir. İddiaçı məzuniyyətə çıxmağı ilə əlaqədar sosial ödənişlərin qardaşı Cavabdeh1 tərəfindən alınmasına dair ona etibarnamə vermişdir. İddiaçının anası Əliyeva Rəfiqə Məhyəddin qızı 22 fevral 2015-ci il tarixdə dünyasını dəyişmişdir. Qeydiyyatda olduğu həmin mənzili mərhum anası 11 fevral 2013-cü il tarixdə iddiaçıya vəsiyyət etmişdir. Ailə vəziyyəti ilə əlaqədar və digər üzürlü səbəblərlə bağlı Azərbaycan Respublikasına gələ bilməmişdir. Nəhayət, iddiaçı 2021-ci ilin sentyabr ayının əvvəlində Sumqayıt şəhərinə gəlib mülkiyyətçisi olduğu Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26-da yerləşən 38 saylı mənzilə daxil olarkən mənzildə qardaşı Cavabdeh1 tərəfindən təmir işlərinə başlanıldığının şahidi olmuşdur. Sonradan verilən məlumat və qısa müddətdə əldə etdiyi sənədlər əsasında iddiaçı öyrəndi ki, mənzil qardaşı Nadirin həyat yoldaşı Cavabdeh2 mülkiyyətinə verilibdir. 05 dekabr 2014-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 (şv.aze 13325118, Sumqayıt ŞPİ QŞVŞ- 07.10.2013, FİN:6GJTH0G, d/t: xx.xx.1969) reyestrdə 7E- 12226 nömrə ilə qeyd olunmuş etibarnamənin ləğv edilməsi barədə Sumqayıt şəhəri 1 saylı notariat ofisinə ərizə vermişdir. İddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla mərhum anası ilə yaşamışdır. Həmin mənzil iddiaçının yeganə yaşayış sahəsidir. Mənzilə dair anasının vəsiyyətnaməsindən hətta onun sağlığında belə ailə üzvlərinin məlumatı olubdur. İddiaçı miras əmlakdan imtina etməmişdir. Qardaşı aldatma yolu ilə həmin mənzili faktiki olaraq ələ keçiribdir. Cavabdeh2 Cavabdeh1 ilə nikah münasibətlərindədirlər. Buna görə də cavabdehlərin arasında bağlanmış 17 fevral 2020-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsi ilə Cavabdeh1 daşınmaz əmlakın 2/1-ni əldə etmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və bunun nəticəsində əldə olunmuş hüquq verən sənədlərin etibarsız sayılaraq ləğv edilməsi, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzilin üzərində mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26-da yerləşən, 38 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, azyaşlı uşağı ilə cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçı Əliyev Dilşad Cabir qızına qaytarılması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Əlavə olaraq, məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, İddiaçı, 07 dekabr 2014-cü il tarixinə qədər Azərbaycanda yaşamışdır. İşlədiyi Sumqayıt şəhər Telekommunikasiya qovşağından analıq məzuniyyətə çıxmışdır. Türkiyənin Antalya şəhərində ailə həyatı qurduğu üçün doğulacaq qızının, Mələk Sarıtaşın atasının yanında doğulması üçün 07.12.2014-cü il tarixində Azərbaycanı tərk etmişdir. 05.12.2014-cü il tarixində Sumqayıt şəhəri 1 saylı notariat ofisində iddiaçı qardaşı Cavabdeh1 reyestrdə 7E-12226 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Həmin etibarnamənin verilmə səbəbləri aşağıdakılardan ibarət olub: İşlədiyi Sumqayıt Telekommunikasiya qovşağından alacağım olan analıq müavinətimin alınması, 11.02.2013-cü il tarixində anasının iddiaçıya vəsiyyət etdiyi Sumqayıt şəhəri 2m/r, ev 4/26da yerləşən 38 saylı mənzilin iddiaçının adına keçirilməsi, 3 il içində övladı Mələk Sarıtaşın adına ayrılan süd pullarının alınması. Təsüfflər olsun ki, qardaşı iddiaçının adına Azərbaycanda buraxdığı şəxsiyyət vəsiqəsi və etibarnamə əsasında analıq, doğum pulu olan 1024 manat pulu almışdır. Azərbaycandan çıxmazdan öncə Cavabdeh1 anası Rəfiqə Əliyeva Məhyəddin qızının iddiaçının vəsiyyət etdiyi Sumqayıt şəhər 2m/r, ev 4/26-da yerləşən 38 saylı mənzilə anasının istəyi ilə qardaşının həmin evə daşınmasını istəmişdir. Çünki həmin zaman Cavabdeh1 Sumqayıt şəhərində 5-ci məhəllədə 300 manat ödəməklə kirayədə yaşayırdı. İlk evliliyindən ailəsinin ayrılmaq səbəbi ilə qardaşı kirayədə yalnız yaşayırdı. Kirayədə yaşadığı evə boş-boşuna 300 manat ödəməkdənsə iddiaçıya vəsiyyət olunmuş evə köçüb onun Azərbaycanda olmadığı tarixlərdə orada yaşamasına anası Rəfiqə və iddiaçı razılıq vermişdir. Razılıq verməyinin səbəbi budur ki, iddiaçı Bank Respublika ASC-dən götürdüyü və davamlı ödədiyi kredit borcunun ayda 191 manat olmaqla ödənişini təmin etsin, (kirayə 300 manat ödəməkdənsə bank borcum olan 191 azn-i ödəsin). Həmin zaman anaları Rəfiqə Əliyeva Məhyəddin qızı Xəzər bağlarında yerləşən 269 saylı bağ evində yaşayırdı. Anaları Rəfiqə ağlı başında və sağlıqlı bir qadın idi. 05.12.2014-cü il tarixində verdiyim etibarnamə anasının, qardaşının və onun iştirakı ilə olmuşdur. Doğumuna 2 həftə qalacaq müddət hesablanaraq anası Rəfiqə Əliyevanın onun yanına yaşadığı Türkiyə Respublikasına gəlməsi üçün avtobus bileti də alınmışdı. 22.02.2015-ci il tarixində analarının qəfil ölüm səbəbi ilə iddiaçının yanına gələ bilmir. Ailəsi və onun qohumları iddiaçının artıq doğumumun yaxınlaşması səbəbindən anasının ölümünü iddiaçıdan gizlədirlər. 10 gün X7 Universitetində reanimasiyada yatmalı olmuşdur. X20 sağlam və keysəriyyə əməliyyatı ilə dünyaya gəlir. Bu müddət əzində iddiaçının doğumunun sağlam olduğu üçün işlədiyi Sumqayıt Telekommunikasiya qovşağından alacağı analıq məzuniyyət pulu olan 1024 (min iyirmi dörd) manatı Cavabdeh1, ona verilən etibarnamə və şəxsiyyət vəsiqəsinin əsasında almışdır. Verdiyi sözü tutmayaraq iddiaçı Respublika Bank ASC-yə olan borcunu ödəməyərək bu illər ərzində bank borcunu şişirdərək iddiaçının bank və icra tərəfindən adına ölkəyə girişçıxışına məhdudiyyət qoyulmasına səbəb olmuşdur. Yeni doğum etmiş bir ana olaraq və sağlamlıq problemi yaşadığı üçün Azərbaycana, anasının məzarına belə gələ bilməmişdir. Həmin illər ərzində iddiaşçı X20dan sonra ikinci övladına hamilə qalır və 2 ay 8 günlük uşaq ana bətnində ürək dayanmasından, əməliyyat olunaraq götürülür. 2017-ci il tarixində ardı-ardına digər əməliyyatlar olur. İlk övladından sonra 3 dəfə fərqli tarixlərdə əməliyyatlar keçirtdiyi üçün bu 6 il ərzində Azərbaycana gələ bilmir. Bu müddət içində öncədən Bank Respublikadan götürdüyü kredit puluna zamin duran rəfiqəsi X5 da iddiaçının borcu səbəbindən ölkəyə giriş-çıxışına məhdudiyyət qoyulur. Cəmilə Rzayeva da həmin müddət içində problemlər yaşayır. Qardaşı Cavabdeh1 bu müddət ərzində nəinki evi iddiaçının adına keçirmir, bank borcundan da ödəniş etmir. Bu illər ərzində iddiaçıya yalan məlumatlar verərək anasının vəsiyyət etdiyi Sumqayıt şəhər 2 m/r, ev 4/26-da yerləşən 38 saylı mənzili iddiaçının adına keçirtdikdə, guya bank borcu səbəbindən Bank Respublika evini satışa çıxaracağını bildirir. Bu illər ərzində evi iddiaçının adına keçirmir. 3 il öncə ikinci dəfə ailə həyatı qurur. Evləndiyi Cavabdeh2 iddiaçının anasının vəsiyyəti olan əşyalarla dolu evinə həyat yoldaşı kimi gətirir. Bildirmək istəyir ki, evində 5 ay işlətmiş olduğu bütün əşyalar cehizi olaraq yeni şəkildə idi. 2018-ci il 23 noyabr tarixində ikinci övladı olan X16 dünyaya gətirir. Bu səbəbdən də yenə Azərbaycana gəlməyi mümkün olmur. Verdiyi etibarnamə əsasında anasının iddiaçıya vəsiyyət etdiyi Sumqayıt şəhəri, 2m/r, ev 4/26-da 38 saylı mənzili 17.02.2020-ci il tarixdə həyat yoldaşı Cavabdeh2 iddiaçının adından hədiyyə etmişdir. Bütün görülmüş işlərdən iddiaçının heç bir xəbəri olmamışdır. Bu illər ərzində davamlı watsapp üzərindən iddiaçıyla telefonla görüşsə belə bu barədə ona bildirməmişdir. İddiaçının bank borcuna zamin olan Cəmilə Rzayevanın bank tərəfindən sıxışdırılıb dələlərlə icra məmuru tərəfindən narahat edilməsi səbəbindən iddiaçı məcburən iki azyaşlı övladları ilə bərabər borclanaraq təyyarə biletlərini qarşılayıb, 04.09.2021 -ci il tarixində Azərbaycana gəlmişdir. Gəldiyi 04.09.2021 -ci il tarixində iki azyaşlı övladı ilə bərabər evə daxil olduğunda evdə təmir getdiyi üçün, yaşanacaq bir şərait olmadığını görür. Cavabdeh X11 iddiaçının evini həyat yoldaşının adına hədiyyə etdiyini də həmin zaman öyrənir. Yaşanması mümkün olmayan evdə qalacaq yeri olmadığından bir həftə qalmalı olur. Bu müddət ərzində övladları təmir gedən və hər tərəfin açıq və tozlu bir şəraitdə olan evdə xəstələndikləri üçün bağ evləri olan Xəzər bağlarında yerləşən 269 saylı evində qalmağı düşünür. Ora getdiyində oranın da kirayə verilərək 200 manata kirayədə olduğunu öyrənir. Bank borcunu ödəməyi üçün bağ evində iddiaçıya düşən payı satmağı düşündüyünü kirayəçiyə bildirir. Bu vaxt qardaşı 2 m/r, ev 4 4/26, mənzil 38-də heç bir haqqı olmadığını ona iddia edərək 17.09.2021-ci il gecə saat 01:00da övladlarının yatdığı bir vaxtda X17nın yanında iddiaçını boğmağa çalışır. X17 2 ayrı tarixlərdə Türkiyədə ayaqlarından əməliyyat olduğu üçün iddiaçı ilə Türkiyədən Azərbaycana gəlmişdir. Gecə saatlarında övladlarının qardaşının ona etdiyi xəsarətləri görməməsi üçün güclə özünü qurtarır. Bu səbəbdən də artıq həmin evdə qalmaqları təhlükəli olduğunu gördüyü üçün bağ evində kirayəçinin evi boşaltmasını tələb edir. Onlar 06.09.2021 -ci il tarixdə kirayəçiyə həmin bağ evinin satışa çıxarıldığını və ona ayın 20.09.2021-ci il tarixinə kimi evi boşaltmasına müddət vermişdir. 17.09.2021-ci il tarixdə qardaşının ona hücumundan sonra ora yerləşməyi tezləşdirdilər və ora yerləşdilər. Anasına iddiaçının aldığı qızıl əşyalarını da öz mənafeyi üçün istifadə edib və ona təqdim etməmişdir. Azərbaycana gəlmə səbəbi bank borcunu ödəmək olduğu bir kənarda qaldı. İddiaçı yeni məlumatlar əldə etmiş və təhdidlərlə qarşılaşmışdır. İddiaçının anası vəsiyyət etdiyi evin təkrar adına geri qaytarılması və ədalətin yerini tutması üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdır. Mülki işin materiallarına əlavə edilmiş 15 dekabr 2014-cü il tarixli "daşınmaz əmlakın bağışlanması" müqaviləsindən görünür ki, iddiaçının adına verilmiş etibarnamədən bilə-bilə sui- istifadə edərək Əlivev Nadir Cabir oğlu hələ sağlığında X3 ilə ünvan 3 ünvanındakı ümumi sahəsi 43,48 kv/m, yaşayış sahəsi 29,07 kv/m olan mənzili hədiyyə alanın mülkiyyətinə verilməsinə nail olmuşdur. Lakin həmin daşınmaz əmlakın gələcəkdə mülkiyyətinə keçirilməsinin bu halda mümkün olmayacağını bilərək 4 gün sonra həmin müqavilə ləğv etmişdir. Əliyeva Rəfiqə Məhyəddin qızı dünyasını dəyişdikdən sonra Cavabdeh1 iddiaçı ilə aralarındakı tapşırıq müqaviləsinin ziddinə hərəkət edərək qeyd olunan miras əmlakın ələ keçirilməsi üçün qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almağa nail olmuşdur. Miras əmlakla bağlı vəsiyyətnamənin olmasını bildirməmişdir. Mülki işə əlavə edilmiş 24 yanvar 2020-ci il tarixli miras payın bağışlanması müqaviləsindən məlumdur ki, qanun üzrə vərəsə Cavabdeh1 Sumqayıt şəhər 1 saylı notariat ofisinin notariusu X4 tərəfindən verilmiş 24.01.2020-cu il 2v-№li reyestrdə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Sumqayıt şəhəri 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzildən ona düşən miras əmlakın 3/1 hissəsini bacısı İddiaçı bağışlayır. Lakin Cavabdeh1 isə həmin mənzilin tamamilə onun mülkiyyətinə keçməsində maraqlıdır. Buna görə də o, qanunsuz və çirkin niyyətini reallaşdırmaq üçün mənzili bacısı- vəsiyyətnamə üzrə vərəsə İddiaçı adına mülkiyyət hüququ ilə sənədləşdirərək sonradan həyat yoldaşı Cavabdeh2 bağışlayaraq faktiki mülkiyyətinə keçirmiş, mənimsəmişdir. Halbuki mənzilin onun adına sənədləşməsini iddiaçıya onun bank kredit borcu olduğundan bunun mümkün olmamasını dəfələrlə bildirmişdir. Cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsinin əlamətləri olduğundan faktla bağlı xüsusi qərardad qəbul edilərək bu barədə prokurora məlumat verilməlidir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iddiaçı tərəfindən ona verilmiş geniş səlahiyyətli etibarnamə əsasında Cavabdeh2 bağışlamışdır. Həmin bağışlama müqaviləsi bağlanarkən hər hansı bir qanun pozuntusuna yol verilməmiş və mülki qanunvericiliyin tələblərinə tam şəkildə riayət olunmuşdur. Belə ki, hər şey razılıq əsasında olub. Sözügedən mənzil valideynlərindən qalan mənzildir. İddiaçı etibarnamə verəndə aralarında razılıq olmuşdur. İddiaçıya onun tərəfindən torpaq və içində ev bağışlanılıb. Ondan başqa digər qardaşına da onun tərəfindən pay verilib. Notariusda etibarnamə veriləndə iddiaçıya etibarnamə üzrə bütün səlahiyyətlər izah olunmuşdur. Onun iddiaçıya bağışladığı bağ evinin dəyəri, hazırki sözügedən mənzildən çox bahadır. Dilşada bağışladığı bağ evinin sənədi onun adına olub. Dilşad öz payını qardaşı Nazimə bağışlamışdır. Əlavə olaraq, Dilşadın banka borcu olduğu üçün, borca görə mənzili satışa çıxarıla bilmək ehtimalı var idi. Bu səbəbdən aralarında olan razılıq əsasında mənzil mülkiyyətində verilmişdir. Bundan başqa, anaları mənzili iddiaçıya vəsiyyət etsə də, sonradan qardaşının pay tələbinə görə verilən vəziyyətnamə ləğv edilmişdir. Hazırda, iddiaçı ilə münasibətləri normal olmadığı üçün iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan AZ-İ № 726834 saylı, 04.03.2015-ci il tarixli, “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Əliyeva Rəfiqə Məhyəddin qızı 22.02.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ № 160881 saylı, 23.08.2005-ci il tarixli, “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Əliyev Cabir Şamil oğlu 15.08.2005-ci il tarixdə ölmüşdür. İş materiallarına olan İddiaçı 16.09.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 05.12.2014-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh1 reyestrdə 7E-12226 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən göstərilən etibarnamənin qüvvəsinə xitam verilməsi barədə dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsini təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan 17 fevral 2020-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı tam mülkiyyət üzrə ona məxsus olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 43.4 kv.m. yaşayış sahəsi 29 kv/m olan 2 otaqlı mənzili hədiyyə alan qardaşının arvadı Cavabdeh2 mülkiyyətinə vermişdir. İddiaçı əvəzinə Cavabdeh1 bağışlanmada iştirak etmişdir. İş materiallarında olan 13.11.2018-ci il tarixli, № 4101/12 saylı, “doğum haqqında arayış”dan görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Ucar şəhərində anadan olmuşdur. Ata qrafasında Əliyev Cabir Şamil oğlu, ana qrafasında Əliyeva Rəfiqə Məhyəddin qızı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 24.01.2020-ci il tarixli, “Miras payın Bağışlama Müqaviləsi”ndən görünür ki, X14 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzildən ona düşən miras əmlakın 1/3 hissəsini bacısı İddiaçı bağışlamışdır. İş materiallarında olan 18.12.2014-cü il tarixli “Bağlanmış bağışlama müqaviləsinin ləğvi barədə” Sazişdən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 1 saylı notariat kontorunda 05.12.2014-cü il tarixli, 7E-12226 saylı reyestrlə təsdiq olunmuş etibarnaməyə əsasən İddiaçı adından çıxış edərək, Əliyeva Rəfiqə Məhyəddin qızı informasiya sistemi tərəfindən əldə edilmiş arayışa və Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi idarəsinin ********* qeydiyyat nömrəli, 26.12.2006-cı il tarixli MH 006060 saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzilinin bağışlama müqaviləsinin ləğvi barədə razılığa gəlmişlər. İş materiallarında olan 15 dekabr 2014-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi”ndən görünür ki, Əliyeva Rəfiqə Məhyəddin qızı ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 43.48 kv.m. yaşayış sahəsi 29,07 kv/m olan mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan 11.02.2013-cü il tarixli “Vəsiyyətnamə”nin surətindən görünür ki, Əliyeva Rəfiqə Məhyəddin qızı ölən günə kimi ona məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzil ünvan 5-də yaşayan qızı İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan X8 11.02.2013-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, X14 2-ci mikrorayon, ev 4/26, mənzil 38-i bacısı İddiaçı adına keçirilməsinə və anası Əliyeva Rəfiqə Məhyəddin qızının vəziyyətnamə verilməsinə razıdır. İş materiallarında olan Cavabdeh1 Sumqayıt şəhər “Xəzər” bağçılıq yoldaşlığı heyətinin sədri H.Tanrıverdiyev yoldaşa ünvanladığı ərizənin surətindən görünür ki, “Xəzər” bağçılıq yoldaşlıq Həmrəylik küçəsində yerləşən faktiki sahəsi 500 kv.m olan 296A saylı bağ sahəsini bacıları İddiaçı və X1 xahiş edir. 500 kv.m olan bağ sahəsinin içərisində 2 otaqlı 1 mərtəbəli ev var. Onun bacıları İddiaçı və X9rından heç bir təmənna və iddiası yoxdur. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin 24.10.2021-ci il tarixli, 4Ə-78 reyestr nömrəli notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 11.02.2020-ci il tarixli, ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin 24.10.2021-ci il tarixli, 4Ə-78 reyestr nömrəli notariat işinə əlavə edilmiş AZ-İİ № 205074 saylı, 22.07.2017-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 22 iyul 2017-ci il tarixdə bağlanmış və 1881 nömrə qeyd olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin 24.10.2021-ci il tarixli, 4Ə-78 reyestr nömrəli notariat işinə əlavə edilmiş ƏN-İ № 478494 saylı, 05.12.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı “harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlaklarını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə onunla icazə verilmiş bütün əqdləri-almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlak ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan, teleqrafdan bütan əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də, sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi və s.” bütün hərəkətləri etməyi 10 il müddətinə yəni, 05.12.2024-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 5-də qeydiyyatdadır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir . Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (339.1). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (339.3). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (339.4). Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir (339.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlanmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.2.2-ci maddəsinə əsasən vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyəalan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyə qaytarmağa borcludur. Məhkəmə bu normalardan çıxış edərək və işin araşdırılması nəticəsində belə qənaətə gəlir ki, barəsində mübahisə edilən mənzilin İddiaçı adından çıxış edən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanması barədə bağışlama müqaviləsi, habelə həmin müqavilə əsasında verilmiş hüquq verən sənədlərin etibarsız hesab edilməsinə heç bir hüquqi əsas yoxdur. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən, fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir (bənd 1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İş materiallarından və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan isə müəyyən olunur ki, İddiaçı adından çıxış edən Cavabdeh1 tərəfindən Cavabdeh2 arasında mübahisəli mənzilə dair olan bağışlanma müqaviləsi “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtlərə əməl edilməklə həyata keçirilmiş və bağışlanma müqaviləsinin nəticələri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əməl olunmaqla bağışlanma müqaviləsi yalnız formal mülahizələrə əsasən etibarsız hesab oluna və müvafiq olaraq həmin müqavilə əsasında verilmiş çıxarış etibarsız hesab edilə bilməz. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və bunun nəticəsində əldə olunmuş hüquq verən sənədlərin etibarsız sayılaraq ləğv edilməsi, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, 38 saylı mənzilin üzərində mülkiyyət hüququnun bərpa edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26-da yerləşən, 38 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi, azyaşlı uşağı ilə cavabdehlərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçı Əliyev Dilşad Cabir qızına qaytarılması” barədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-8389/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8389/2021
24.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver