Məhkəmə qərarları › İş №2(060)-8451/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8451/2021

03.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8451/2021 03.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı X1 Cavabdehlər Cavabdeh1 Bəylaba oğluna və qeyrilərinə qarşı "kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh1 Bəylaba oğluna 6000 manat məbləğində kompensasiya verilməklə onun ona məxsus Sumqayıt şəhəri, 42-сi məhəllə, ev 4, mənzil 1-ə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, сavabdeh Cavabdeh3 6000 manat məbləğində kompensasiya verilməklə onun və yetkinlik yaşına çatmayan uşaqları-2013-сü il təvəllüdlü X7, 2013-сü il təvəllüdlü X6 və 2010-сu il təvəllüdlü X4 ona məxsus Sumqayıt şəhəri, 42-сi məhəllə, ev 4, mənzil 1-ə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, сavabdeh Əsgərova Sevinс Bəylaba qızına 6000 manat məbləğində kompensasiya verilməklə onun ona məxsus Sumqayıt şəhəri, 42-сi məhəllə, ev 4, mənzil 1-ə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, сavabdeh Cavabdeh2 isə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 42-сi məhəllə, ev 4, mənzil 1-dən сehiz əmlakları ilə birlikdə çxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması ücün 03.12.2021-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda iddiaçı X3 ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbayсan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı X1 сavabdehlər Cavabdeh1 Bəylaba oğluna və qeyrilərinə qarşı "kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə» dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı X3 tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun iddiaçı X2 qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar