Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8469/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əməhiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər X2 İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarı ilə verilmiş 08\97 saylı 24 sentyabr 1974cü il tarixli Orderdə qeyd edilən Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində 31 saylı beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən 63 saylı 29,09 kvadrat metrdən ibarət iki otaqlı mənzili ilə Sumqayıt şəhər X2 İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarından 326 saylı 02 may 2021-ci il tarixli arxiv çıxarışında qeyd edilən Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində 31 saylı binanın 53 saylı mənzili, Sumqayıt şəhər Pİ QŞVB tərəfindən 12.08.2005-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində qeyd edilən Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində 80 saylı beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən 63 saylı 29,09 kvadrat metrdən ibarət iki otaqlı mənzilin və Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 56 saylı 20 may 2021-ci il tarixli Forma-2 saylı arayışda qeyd edilən Sumqayıt şəhərinin 4-cü mikrorayon ərazisində 80 saylı beş mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşən 117 saylı 29,09 kvadrat metrdən ibarət iki otaqlı mənzilin eyni ünvan olması faktının və Sumqayıt şəhər X2 İcraiyyə Komitəsinin 17 sentyabr 1974-cü il tarixli qərarından 326 saylı 02 may 2021-ci il tarixli arxiv çıxarışında qeyd edilən X1 onunla eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, yoxlanılan mübahisənin həlli məhkəməyə aid olmadığından ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, adıçəkilən sənədlərdə göstərilən ünvanın eyni ünvan olması faktı aidiyyəti orqanlara müraciət edilməklə müəyyən edilən haldır və həmin halın fakt kimi məhkəmə qaydasında baxılması, həmçinin ərizəçinin mübahisələndirdiyi sənəddə göstərilən şəxslə eyni şəxs olması faktının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 306, 153, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər rəsmi qaydada ərizəçiyə verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-8469/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8469/2021
05.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver