Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8533/2021 30.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1ının, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon(köhnə) ünvanında yerləşən 5 otaqlı 36 saylı evin 16 saylı mənzilin (Yeni qaydalarla AZ 5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 410. Ml, m 1) - miras əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 5 otaqlı 36 saylı evin 16 saylı mənzili (Yeni qaydalarla AZ 5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 410, Ml, m 1) mərhum anaları X8 adına dövlət qeydiyyatına alınmışdır. X18 06 oktyabr 2018-ci il tarixdə “essensial hipertenziya” səbəbi ilə vəfat etmişdir. İddiaçılar anaları vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmişlər. Lakin bir tərəfdən analarının dəfni, yas mərasimləri, digər tərəfdən də hüquqi savadları olmadığı üçün mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etməmişlər. Hal-hazırda sözü gedən ünvanda mərhum qardaşları X9 həyat yoldaşı yaşayır. İddiaçı4 mərhum X9 qızıdır. X19 26 iyul 1997-ci il tarixdə “ağ ciyər vərəmi” xəstəliyindən vəfat etmişdir. Ailədə 4 bacı, 3 qardaş olmuşlar, qardaşları vəfat etmişdir. Yalnız bacıları X10 ilə mirasla bağlı problemləri olmuş, digər vərəsələr arasında heç bir narazılıq olmamışdır. X10 mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə müvafiq qaydada məhkəməyə müraciət etmiş, onun ərizəsi təmin edilmişdir. Hazırda iddiaçılar da qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət etsələr də, notariat ofisindən onlara müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hazırda mirasın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilməsi və müddətin bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: -ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X18 06 oktyabr 2018-ci il tarxdə essensial hipertenziya səbəbindən ölmüşdür - ölüm haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X19 26 iyul 1997-ci il tarixdə “ağ ciyər vərəmi” xəstəliyindən ölmüşdür. - doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X2 atası X20, anası X11r. - doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X3 atası X20, anası X11r. - doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, 21.10.1967-ci il təvəllüdlü X5 atası X20, anası X11r. - doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X1 Gülarə İsa qızının nəvəsidir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, X24, X40 qızı, X22, X23, X27, Əliyeva Ülviyyə İsmayıl qızı, X16, X7, Həsənli Əsmanur Həbib qızı ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar. -nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, X45 oğlu ilə X12 arasında 10 fevral 2015-ci il tarixli, 71 saylı nikah qeydi vardır. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X12 arasında 24 oktyabr 1999-cu il tarixli, 586 saylı nikah qeydi vardır. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə İddiaçı2 arasında 7 iyul 1989-cu il tarixli, 25 saylı nikah qeydi vardır. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə İddiaçı3 Bağır qızı arasında 27 iyul 1982-ci il tarixli, 35 saylı nikah qeydi vardır. Nikahdan sonra arvada Feyziyeva soyadı verilmişdir. -Sumqayıt şəhəri Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən iddiaçılara ünvanlanmış 29 iyul 2021-ci il tarixli, 2115 nömrəli, 29 iyul 2021-ci il tarixli, 2116 nömrəli, 30 iyul 2021-ci il tarixli, 2140 nömrəli və 25 avqust 2021-ci il tarixli, 2383 nömrəli məktublardan görünür ki, İddiaçı2, İddiaçı1 qızı, İddiaçı3 və İddiaçı4 mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mərhum anaları X4 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçıların hüquqi savadı olmadığından, eyni zamanda analarının ölümü ilə bağlı dəfn və yas mərasimlərinə başları qarışmış və mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Belə ki, iddiaçılar İddiaçı1 qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 X8 qanun üzrə birinci növbə vərəsələləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə iddiaçılar İddiaçı1 qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 X8 qanun üzrə birinci növbə vərəsələri olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 06 oktyabr 2018-ci ildə ölmüş X4 miras qalmış əmlakın iddiaçılar İddiaçı1 qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və uzadılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 06 oktyabr 2018-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə) ünvanında yerləşən 5 otaqlı 36 saylı evin 16 saylı mənzilin (Yeni qaydalarla AZ 5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 410. Ml, m 1) - miras əmlakın İddiaçı1 qızı, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və uzadılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-8533/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8533/2021
30.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver