Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8534/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçıların nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı «mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı «mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 23 may 2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 3 otaqlı 38 saylı evin, 22 saylı mənzili, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 5 saylı evin, 13 saylı mənzili və "TOYOTA COROLLA” minik markalı, 99B0741 qeydiyyat nişanlı avtomobilin-miras əmlakın qəbulu müddətinin buraxılmasını üzürlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 3 otaqlı 38 saylı evin, 22 saylı mənzil, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 5 saylı evin, 13 saylı mənzili və “TOYOTA COROLLA” minik markalı, 99B0741 qeydiyyat nişanlı avtomobil mərhum anaları X2 adına dövlət qeydiyyatına alınmışdır. X5 23 may 2019-cu il tarixdə “dəqiqləşdirilməmiş qaraciyər sirrozu” səbəbi ilə vəfat etmişdir. Onlar anaları vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmişlər. Lakin bir tərəfdən mərhumun dəfni, yas mərasimləri, digər tərəfdən də hüquqi savadları olmadığı üçün , son isə pandemiya səbəbi ilə mirasın qəbulu ilə bağlı müddəti üzürlü səbəbdən ötürmüşlər. Onlar 1 bacı, 2 qardaşdırlar və hal-hazırda qanun üzrə vərəsələr arasında heç bir mübahisə yoxdur. Onlar qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsi üçün Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə müraciət etsələr də, notariat ofisindən onlara müddətin bərpası üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Hesab edirlər ki, mirasın qəbulu müddətinin ötürülməsi üzrlü hesab edilməli və müddət bərpa olunmalıdır. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin Notariusu ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçıların nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçıların anası X5 23.05.2019-ci ildə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1981-ci ildə anadan olmuşdur, atası X6, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1989-cu ildə anadan olmuşdur, atası X6, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində istifadədə olan 0.0693 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binada, 46.74 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 13 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 300 nömrəli reyestr kitabının 28648 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayonda istifadədə olan 0.12 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişidə, 4-cü mərtəbəsində yerləşən 67.72 kv.m ümumi, 47.32 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır İş materiallarında olan AD № 030311 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "TOYOTA COROLLA” minik markalı, 99B0741 qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 28.09.2021-ci il tarixli, 2698 nömrəli məktubdan görünür ki, X2 23.05.2019-cu ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın vərəsəsi -İddiaçı2 mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Vərəsəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşin araşdırılan və iş materiallarına əlavə edilmiş digər sənədlərdən müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mirasın qəbul edilməsi üçün müddəti üzrlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə, iş materiallarını araşdıraraq və işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 anaları X1 qalmış mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 anaları X1 qalmış mirasın- Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 3 otaqlı 38 saylı evin, 22 saylı mənzilinin, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 5 saylı evin, 13 saylı mənzilinin və " TOYOTA COROLLA” minik markalı, 99BO741 dövlət qeydiyyat nişanlı avtomobilin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-8534/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8534/2021
17.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver