Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8585/2021 28.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin bərpa edilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 mart 2016-cı ildə vəfat etmiş həyat yoldaşı X5 məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsindəki fərdi evə və əkin üçün yararlı torpaq sahəsinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 iddiaçının əridir. Bunu Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamədən çıxarış da təsdiq edir. Əri 29 mart 2016-cı ildə “Bronxo pnevmaniya” xəstəliyindən ölmüşdür. Bunu “ölüm haqqında şəhadətnamə” təsdiq edir. Ərinin vəfatı tarixində mülkiyyətində ünvan 1indəki torpaq sahəsindəki fərdi ev və əkin üçün yararlı torpaq sahəsi vardır. Bununla bağlı “Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə” və “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” verilmişdir. Həmin fərdi evi və torpaq sahəsini ərinin ölümündən sonra iddiaçı onun qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin hüquqi savadsızlıq üzündən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmiş, lakin mirasın qəbulu müddətini buraxdığı üçün iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəməyə gəlməmiş, məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: -ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 29 mart 2016-cı il tarixdə bronxo pnevmaniya səbəbindən ölmüşdür. - doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, 29 fevral 1956-cı il təvəllüdlü X1 atası X6, anası Zalova Tamam Həmidulla qızıdır. - Quba rayon Qeydiyyat Şöbəsin tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X7 ilə İddiaçı qızı arasında 23.05.1977-ci il tarixli nikah qeydi vardır. - Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, İddiaçı mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mərhum əri Şadiyev Ağakərim Şadi oğlundan miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. Lakin notariat ofisi imtina etmişdir, ona görə ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddiaçının hüquqi savadı olmadığından mirasın qəbulu üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. İddiaçı mərhum X4 qanun üzrə vərəsəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə İddiaçı mərhum X4 qanun üzrə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 29 mart 2016-cı ildə vəfat etmiş X5 məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsindəki fərdi evə və əkin üçün yararlı torpaq sahəsinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzrlü hesab edilməli və müddət bərpa edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 29 mart 2016-cı ildə vəfat etmiş X5 məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahəsindəki fərdi evə və əkin üçün yararlı torpaq sahəsinə dair miras əmlakın qəbulu müddətinin buraxılması üzrlü hesab edilsin və müddət bərpa edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-8585/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8585/2021
28.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver