Məhkəmə qərarları › İş №2(060)-866/2023

Sumqayıt Şəhər Məhkəməsi Əlavə qətnamə — İş №2(060)-866/2023

26.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-866/2023 26.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (Maraqlı şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-866/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə və mülki iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-401 KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi və Hüseynova (Mehralıyeva) Lətafət Qəşəm qızına məxsus olması faktının və Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN- 401 KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi və Hüseynova (Mehralıyeva) Lətafət Qəşəm qızına məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-866/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-401 KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında qeyd edilən Ərizəçi Məhyəddin oğlu və Hüseynova (Mehralıyeva) Lətafət Şərif qızının, Ərizəçi və Hüseynova (Mehralıyeva) Lətafət Qəşəm qızı ilə eyni şəxslər olması faktı müəyyən edilmişdir. Məhkəmə, mülki işin materiallarını və məhkəmənin 2(060)-866/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini araşdıraraq hesab edir ki, iş üzrə qətnamə çıxarılarkən butun tələblər barədə məsələ hakim tərəfindən həll edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-866/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, məhkəmə ərizənin təmin edilməsi ilə bağlı nəticəyə gəlsə də, Qazax rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-401 KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında qeyd edilən Ərizəçi Məhyəddin oğlu və Hüseynova (Mehralıyeva) Lətafət Şərif qızının, Ərizəçi və Hüseynova (Mehralıyeva) Lətafət Qəşəm qızı ilə eyni şəxslər olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul etmiş, Qazax rayon Aqrar İslahat Komissiyasınnın 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-454F KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən Ərizəçi Məhyəddin oğlu və Hüseynova (Mehralıyeva) Lətafət Şərif qızının, Ərizəçi və Hüseynova (Mehralıyeva) Lətafət Qəşəm qızı ilə eyni şəxslər olması faktının müəyyən edilməsi məsələsi hakim tərəfindən həll edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 229.1.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa əlavə qətnamə çıxara bilər. Məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (Maraqlı şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-866/2023 saylı xx.xx.2022-ci tarixli qətnaməsinə əlavə qətnamə çıxarılmalı və Qazax rayon Aqrar İslahat Komissiyasınnın 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-454F KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən Ərizəçi Məhyəddin oğlu və Hüseynova (Mehralıyeva) Lətafət Şərif qızının, Ərizəçi və Hüseynova (Mehralıyeva) Lətafət Qəşəm qızı ilə eyni şəxslər olması faktının müəyyən edilməsi barədə əlavə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 229-cu madddəsini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Qazax rayon Aqrar İslahat Komissiyasınnın 25 sentyabr 1997-ci il tarixli 12 nömrəli qərarı ilə verilmiş JN-454F KOD 50100078 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən Ərizəçi Məhyəddin oğlu və Hüseynova (Mehralıyeva) Lətafət Şərif qızının, Ərizəçi və Hüseynova (Mehralıyeva) Lətafət Qəşəm qızı ilə eyni şəxslər olması faktı müəyyən edilsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar