Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-881/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 03 mart 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinə görə yaranmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, ünvan 1-də yerləşən evə elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 2076,73 manat məbləğində debitor borcun **********01109 abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, ünvan 1-də yerləşən otağa elektrik enerjisindən isdifadəyə görə əsassız olaraq 2076,73 manat məbləğində debitor borc hesablanmışdır. Bildirmək istəyir ki, o, Qubadlı rayonundan məcbur köçkündür. Abunə haqqında çıxarış rəhmətlik həyat yoldaşı X1 adına gəlir. Həyat yoldaşı X2 xx.xx.2022-ci il tarixində rəhmətə gedib. O, borcun olub olmaması haqqında arayış və abunə kodu öz adına keçirmək istədikdə mənzilin dondurulmuş borcu olduğunu bildirdilər. Baxmayaraq ki, o mənzilində istifadə etdiyi elektrik enerjisinin haqqını vaxtlı vaxtında ödəmişdir. Hal- hazırda Sumqayıt RETSİ tərəfindən ona məxsus mənzildən özlərinin dediyinə görə tələb olunmayan borc qanunsuz olaraq tələb edilir. Belə ki, qeyd olunan mənzilə məxsus abunə kodunun borcu olub-olmaması haqqında arayış almaq üçün cavabdehə dəfələrlə müraciət etsə də, borcun ödənilməyəcəyi təqdirdə mənzilə verilmiş abunə kodununda borcun olub olmaması haqqında arayış verilməyəcəyini dedilər. Halbuki, abunə haqqmda çıxrışdan da görünür ki, xx.xx.2016-cı il tarixdən 2076,73 manat borcu silinmişdir. Lakin cavabdeh təşkilat qanunsuz və əsasız olaraq həmin məbləğin ödənilməsini tələb etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının başqa vaxta təxirə alınmasını xahiş etmişdir, iddiaçı isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abunə haqqında xx.xx.2022-ci il tarixli invoisdən görünür ki, Sumqayıt şəhəri, ünvan 1-də yerləşən evdə quraşdırılmış sayğaca əsasən 2151.61 manat borc ETAİS-dən gələn xx.xx.2015-ci il tarixə yaranmış borcdur. İşdə olan AZ İİ 243148 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 77 nömrə ilə qeyd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 22 saylı Mənzil Kommunal Sahəsinin 2240 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı məcburi köçkün kimi Sumqayıt şəhəri, ünvan 1-də məskunlaşmışdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhəri, ünvan 1 İddiaçı istifadəsindədir. Sözügedən mənzilə elektrik enerjisindən istifadəyə görə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2008-ci il tarixdə həyata keçirilmişdır. İddiaçının 2151.61 manat məbləğində borcu xx.xx.2015-ci il tarixə qədərki dövrdə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbetmə müddəti keçdiyinə görə cavabdeh tərəfindən iddiaçıya 2015-ci ilin iyul ayına qədər olan dövrə aid elektrik enejisindən istifadəyə görə hesablanmış 2076.73 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, ünvan 1 ünvanına (abunə kodu: **********01109) elektirik enerjisindən istifadəyə görə hesablanmış 2076,73 (iki min yetmiş altı manat yetmiş üç qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-881/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-881/2023
03.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver