Məhkəmə qərarları › İş №2(060)-8818/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8818/2021

15.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8818/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin 447/21 saylı 03.09.2021-ci il tarixli hərrac protokolunun ləğv edilməsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 124/14 saylı 11.08.2021-ci il tarixli sifariş məktubunun əsassız hesab edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin 447/21 saylı 03.09.2021-ci il tarixli hərrac protokolunun ləğv edilməsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 124/14 saylı 11.08.2021-ci il tarixli sifariş məktubunun əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı sifariş məktubunun əsassız hesab edilməsi tələbi aydın şəkildə ifadə olunmamış, hansı hallarla əsaslandırılması göstərilməmişdir. Məhkəmə eyni zamanda, hesab edir ki, icra məmurunun hərəkət və qərarlarından aidiyyəti məhkəməyə şikayət verilməli və bu zaman həmin müraciətə məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılmalıdır. Göründüyü kimi ayrı-ayrı icraat qaydasında baxılmalı tələblər iddia ərizəsində birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin məzmunundan görünür ki, ərizədə ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin maddəsinə əsasən 149.3-cü iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin 447/21 saylı 03.09.2021-ci il tarixli hərrac protokolunun ləğv edilməsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 124/14 saylı 11.08.2021-ci il tarixli sifariş məktubunun əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar