Məhkəmə qərarları › İş №2(060)-904/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-904/2023

06.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-904/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı X1 cavabdeh “Azəriqaz” İstahsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda istifadə olunan qaza görə quraşdırılmış qaz saygacına müdaxilə edilməsi barədə 28 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsinə, bu akt əsasında hesablanmış 1000 (min) manat məbləğində borcun silinməsi və mediasiya təşkilatı üçün ödənilmiş 51 manat rüsumun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 382 saylı mənzil ona məxsusdur. 28 oktyabr 2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən onun mülkiyyətinə yoxlama keçirilmiş, ona məxsus mənzilin əvvəlki qaz sayğacının dəyişdirilərək yeni smart tipli qaz saygacının quraşdırılması işləri həyata keçirilmişdir. Əvvəlki qaz saygacının çıxarılması onun iştirakı olmadan aparılmışdır. Sonradan 28 oktyabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktda saydagın klapanının işlək vəziyyətdə olmamasının, yivli birləşmələrin korroziyaya uğradığının, qayka plomb üçün nəzərdə tutulmuş qulaqcığın aşkar olunduğu qeyd olunmuşdur. Mənzildə istifadə olunan qaz xəttinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus mənzilin daxilində deyil, həyətin hasarının küçə tərəfində yerləşdirilmişdir. Eyni zamanda sayğaca qaz yalnız kartla yüklənir. Bu səbəbdən həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq cavabdeh təşkilat tərəfindən 28 oktyabr 2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Aktın surəti ona təqdim edilmişdir. Qeyd olunan akt əsasında əsassız olaraq sayğacın istismar müddəti, iqlim şəraiti, küçədə quraşdırılması hesablanmadan ona 1000 manat məbləğində borc hesablanmış, aktın tərtib olunmasına iştirakı təmin edilməmiş, bu barədə məlumatlandırılmamışdır. Göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanda istifadə olunan qaza görə quraşdırılmış qaz saygacına müdaxilə edilməsi barədə 28 oktyabr 2022-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsinə, bu akt əsasında hesablanmış 1000 (min) manat məbləğində borcun silinməsi və mediasiya təşkilatı üçün ödənilmiş 51 manat rüsumun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmədə iştirak edən zaman iddianı qəbul etmədi və bildirdi ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 382 saylı mənzil iddiaçıya məxsusdur. 28 oktyabr 2022-ci il tarixdə «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətinə yoxlama keçirilmiş, ona məxsus mənzilin əvvəlki qaz sayğacının dəyişdirilərək yeni smart tipli qaz saygacının quraşdırılması işləri həyata keçirilmişdir. Sonradan 28 oktyabr 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktda sayğacın klapanının işlək vəziyyətdə olmamasının, yivli birləşmələrin korroziyaya uğradığının, qayka plomb üçün nəzərdə tutulmuş qulaqcığın aşkar olunduğu qeyd olunmuşdur və iddiaçıya 1000 manat cərimə hesablanmışdır. Hesablanma düzgün aparılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan “Azəriqaz” İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının QİS-nin görəcəyi işlər barədə tələblər” adlı sənəddən görünür ki, ******* №li xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üzrə aşağıda qeyd olunanlar tələb olunmuşdur: Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 8640 m3. İşdə olan “Azəriqaz” İB-nin əməkdaşları E.Eyvazov, Y.Gülməmmədov və O.Salmanovun iştirakı ilə ünvan 1 ünvana dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* №li xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2018-ci ildə Dövlət yoxlamasına gətirilmiş G-4 markalı 1302AZ**********34 nömrəli qaz sayğacı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasında baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur: saydagın klapanının işlək vəziyyətdə olmamasının, yivli birləşmələrin korroziyaya uğradığının, qayka plomb üçün nəzərdə tutulmuş qulaqcığın aşkar olunduğu qeyd olunmuşdur. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, H.Ə.Rüsəmova məxsus ünvan 1 evə akta əsasən 1036,80 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq kommersiya münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2022-ci il tarixdə, saat 11:00-11:20-də təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdehin nümayəndəsi həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X8 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İddiaçıya məxsus mənzilin sayğacı küçədə, yəni ictimai yerdə yerləşdiyinə görə həmin sayğaca istənilən şəxs tərəfindən medaxilə oluna bilərdi. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş cərimənin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 1000 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən,öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Məhkəmə iddia tələbinin tərtib edilmiş 28 oktyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi hissəsini araşdıraraq, hesab edir ki, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, tərtib edilmiş akt həmin sayğaca müdaxilə ilə bağlı olmuş və sayğaca müdaxilə olunması məhkəmədə öz təstiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 382-ə aid “Azəriqaz” İstahsalat Birliyi tərəfindən tərtib edilmiş ““Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta görə hesablanmış 1000 (min) manat məbləğində borcun silinməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 382-ə aid “Azəriqaz” İstahsalat Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akta görə hesablanmış 1000 (bir min) manat məbləğində borc silinsin. İş üzrə ödənilmiş mediasiya xərci İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar