Məhkəmə qərarları › İş №2(060)-910/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-910/2024

20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-910/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağlar massivində 0.09 ha torpaq sahəsindən ibarət 1692A saylı bağ sahəsinə dair JN-2041B, kod 308011B saylı «Torpağın mülkiyyətə verilməsi»nə dair şəhadətnamənin xx.xx.1949-cu ildə Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1949-cu ildə Naxçıvan MR, Ordubad şəhərində doğulmuşdur. Ona məxsus hüquqmüəyyənedici sənədlərdə adı Ərizəçi kimi göstərilmişdir. Sumqayıt şəhər 5 nömrəli DNK-nın xx.xx.2005-ci il tarixli, 4Ə/323 saylı alqısatqı müqaviləsi ilə satılmış Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki 0.09 ha torpaq sahəsindən ibarət 1692A saylı bağ sahəsi onun mülkiyyətinə verilmişdir. Bu barədə ona JN-2041B, kod 308011B saylı «Torpağın mülkiyyətə verilməsi»nə dair şəhadətnamə verilmişdir. Lakin, həmin şəhadətnamədə onun adı texniki səhv olaraq “Ərizəçi” əvəzinə “Ərizəçi Səyyar oğlu” kimi göstərilmişdir. O həmin torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün verdiyi müvafiq dövlət qurumuna müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Həmin səhvlərin düzəlişi məhkəmə qaydasında edilməlidir. Sənədlərdə həqiqətən uyğunsuzluq olması aşkardır və bu məhkəmə qaydasında aradan qaldırıla bilər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, eyni məzmunlu izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanlanan müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, JN-2041A (Kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədində qeyd olunan ata adı (Səyyər) ilə müraciətə əlavə edilən şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ata adı (Səyyad) arasında uyğunsuzluq aşkar edilmişdir. Sözügedən sənəddə yaranmış uyğunsuzluqları aradan qaldırmaq və hər hansı düzəliş edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyə olunmuşdur. - Sumqayıt şəhər Bələdiyyəsi Saray və Novxanı bağlar massivi üzrə 1 saylı Məhəllə Komitəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 303 №-li arayışdan görünür ki, Ərizəçi Sumqayıt şəhəri1692A saylı Novxanı bağ massivində qeydiyyatsız yaşayır. - JN-2041B saylı (Kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Sumqayıt şəhər 5 nömrəli DNK-nın xx.xx.2005-ci il tarixli, 4Ə/323 saylı alqı-satqı müqaviləsi ilə satılmış Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki 0.09 ha torpaq sahəsindən ibarət 1692A saylı bağ sahəsi ərizəçinin mülkiyyətinə verilmişdir. Lakin, həmin şəhadətnamədə onun atasının adı texniki səhv olaraq “Səyyər” kimi qeyd olunmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi soyadı, adı və ata adı düzgün olaraq “Ərizəçi” kimi və Məmmədov Səyyad Cəlil oğlunun soyadı, adı və ata adı düzgün olaraq “Məmmədov Səyyad Cəlil oğlu” kimi qeyd edilmişdir. - Ərizəçinin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun soyad, ad və ata adı “Məmmədov Səyyad Cəlil oğlu” qeyd olunmuşdur. Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhər 5 nömrəli DNK-nın xx.xx.2005-ci il tarixli, 4Ə/323 saylı alqı-satqı müqaviləsi ilə satılmış Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki 0.09 ha torpaq sahəsindən ibarət 1692A saylı bağ sahəsi ərizəçinin mülkiyyətinə verilmişdir. Lakin, həmin şəhadətnamədə onun atasının adı texniki səhv olaraq “Səyyər” kimi qeyd olunmuşdur. Qeyd olunan dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin dövlət aktı üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-2041B saylı (Kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar